"Sovetski"də evlərin problemi aktual olaraq qalır

“Sovetski” problemi uzun illərdir ki, sözün əsl mənasında Bakı sakinlərinin probleminə çevrilib. Bir neçə il söküntü işləri aparıldı, sonra isə dayandırıldı. İstismar müddətini başa vuran binaların sökülməsi təqdirəlayiqdir. Lakin bəzi binalar var ki, onlar bizim tariximizi, keçmişimizi özündə qoruyub-saxlayır.
Bunlardan biri də “Sovetski”dəki neft sərmayədarı Fətullah bəy Rüstəmbəyovun şəxsi evidir. 1911-ci ildə tikilən bina sonradan sakinlərin istismarına verilib. Onlar isə hazırda orada yaşamaq istəmirlər. Bir qismi 100-dən çox yaşı olan binanın sökülməsinin tərəfdarı olmasa da, əksəriyyət köçmək istəyir.
Təzəpir məscidinin yaxınlığında evlər söküldüyündən ərazi xarabalığı xatırladır. Sakitlikdir. Ətrafa nəzər yetirdikdə üstü təkərlə örtülmüş kanalizasiya quyusu diqqətimizi çəkir. Belə başa düşürük ki, qapağı olmadığı üçün sakinlər kanalizasiya quyusunun üzərini örtməyə çalışıblar.
Sözügedən üçmərtəbəli binaya çatırıq. Giriş qapısını çətinliklə açırıq. İçəri alaqaranlıqdır. İlk mərtəbədəki qapını döyürük. Ancaq sakin qapının arxasından danışmaq istəmədiyini qeyd edir.
İkinci mərtəbənin sakini də danışmaqda maraqlı deyil. Üçüncü mərtəbədəki gülərüz simalı xanım qonşularının qaradinməzliyini unutdurur.
Sakin Ülviyyə Məcidova dünyaya göz açandan bu mənzildə yaşadığını dilə gətirir:
“Doğulandan burada yaşayıram. Hətta anam 1947-ci ildə burada dünyaya gəlib. Uşaqlığı burada keçib. Bina 1911-ci ildə tikilib. Mən tək yaşayıram. Birinci və ikinci mərtəbənin hərəsində bir ailə yaşayır. Ümumi binada dörd ailə var. Bizdə mənzil üçotaqlıdır”.
Ü.Məcidovanın sözlərinə görə, evin içi səliqəli olsa da, bina təhlükə saçır:
“Müraciət edilib. Baxan yoxdur. İçərisi səliqəlidir, təhlükə hiss olunmur, amma əslində, belə deyil. Köçürülmə ilə bağlı heç nə deyilməyib. Pəncərələr, eyvanlar təhlükəlidir. Eyvana çıxmıram. Çünki tərpənir. Kanalizasiya quyularının üstü açıqdır. Antisanitariya şəraiti hökm sürür. Axşam qaranlıq olur. Elektrik kabelləri çəkilsə də, işıq yoxdur.
Bir dəfə külək əsəndə pəncərə uçdu. Lakin xoşbəxtlikdən, kiminsə başına düşmədi. İllərdir ki, bu vəziyyətdə yaşayırıq. Ortadakı binalar söküldü. Boşluq sahə olduğu üçün burada zibilləri də yandırırlar. Axşam itlərə görə çölə çıxmırıq. İnsanlar əziyyət çəkirlər”.
Xanımla söhbəti yekunlaşdırıb həyətə düşürük. Həyətdə üçüncü mərtəbədə yaşayan sakin Polad Əliyevlə qarşılaşırıq. Evinin içini göstərmək istəməsə də, çətin vəziyyətdə yaşadıqlarını söyləyir:
“1993-cü ildən burada yaşayıram. Əziyyət çəkirik. Xəstəlik içərisində yaşayırıq. Kanalizasiya quyusu açıqdır. İnsanlar yıxılmasınlar deyə üzərini təkərlə qapatmağa çalışmışıq. Axşamlar qaranlıq olur. Kabellər var. Lakin nə zaman şəbəkəyə qoşacaqları məlum deyil. O qaranlıq da azmış kimi, küçə itləri ilə mübarizə aparırıq. Çölə çıxılası deyil. Köçürüləcəyimiz günü gözləyirik. Ümidlə yaşayırıq”.
Tələsdiyi üçün söhbəti tez yekunlaşdırıb uzaqlaşır. Sakinlərdən daha biri ilə söhbətləşirik. Özünü təqdim etmək istəmir, amma vurğulayır ki, heç bir qurum vəziyyətlə maraqlanmır:
“Acınacaqlı vəziyyətdə yaşayırıq. Bir qurum da maraqlanmır. Bilmirik, bura söküləcək, yoxsa yox. Xəstəlik baş alıb gedir. 1991-ci ildən burada yaşayıram. Heç kəs adama cavab vermir. Sökülmürsə, deyin, işimizi bilək. Köhnədir, uçulur. Eyvan bir gün kiminsə başına uçacaq. Ömrümüz gedib, şikəst adamıq. Bir qurum bizə kömək etsin. Siçovul, ilan və itlərlə mübarizə aparırıq”.
Xatırladaq ki, Səid Rüstəmov küçəsində son söküntü işləri 2020-ci ildə aparılıb. Daha sonra isə dayandırılıb.
OXU.AZ
- 11.05.2023
- 554
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
4 000Bugün, 21:46Kirayə (aylıq) Obyekt
Qaraçuxur qəs., Suraxanı r.
1000 m² -
3 500Bugün, 21:01Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 128 m² 11/18 mərtəbə -
115 000Bugün, 20:51Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 42 m² 1/5 mərtəbə -
150Bugün, 20:44Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı -
1 500Bugün, 20:36Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
40 m² -
220 000Bugün, 20:32Satılır Obyekt
Nizami m., Nəsimi r.
30 m² -
400 000Bugün, 20:31Satılır Həyət evi/villa
Şamaxı ş.
10 otaqlı 250 m² -
1 000Bugün, 20:23Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., 20 nömrəli məktəb, Yasamal r.
100 m² -
136 000Bugün, 20:20Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 105 m² 9/16 mərtəbə -
129 500Bugün, 20:17Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə -
160 000Bugün, 20:13Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 55 m² 15/17 mərtəbə -
450Bugün, 20:12Kirayə (aylıq) Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 100 m² -
1 400Bugün, 20:11Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 110 m² 3/14 mərtəbə -
1 100 000Bugün, 20:03Satılır Həyət evi/villa
Xətai r.
9 otaqlı 400 m² -
3 500Bugün, 20:01Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
5 otaqlı 300 m² 16/18 mərtəbə -
800Bugün, 19:57Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Musabəyov parkı, Yasamal r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
1 200Bugün, 19:52Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 50 m² 11/17 mərtəbə -
3 200Bugün, 19:43Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
80 m² -
182 000Bugün, 19:34Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 67 m² 2/5 mərtəbə -
29 940Bugün, 19:31Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 43.65 m² 15/16 mərtəbə -
1 200Bugün, 19:27Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 170 m² 10/18 mərtəbə -
1 500Bugün, 19:25Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 100 m² -
240 000Bugün, 19:13Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 65 m² 13/18 mərtəbə -
105 000Bugün, 19:07Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 100 m² -
152 000Bugün, 19:07Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 69 m² 16/18 mərtəbə -
172 000Bugün, 19:04Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 50 m² 9/10 mərtəbə -
850Bugün, 19:01Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 55 m² 4/14 mərtəbə -
126 000Bugün, 18:52Satılır Yeni Tikili
Masazır, Bravo Masazır, Abşeron r.
2 otaqlı 60 m² 2/7 mərtəbə -
365 000Bugün, 18:50Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 144 m² 10/16 mərtəbə -
1 150Bugün, 18:47Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, AGA Business Center, Xətai r.
2 otaqlı 90 m² 16/19 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

