Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, – deyə E.Azadov əlavə edib.
- 31.03.2026
- 58
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
50Bugün, 21:30Kirayə (günlük) Bağ evi
Qusar ş.
3 otaqlı 300 sot -
220 000Bugün, 21:18Satılır Obyekt
İsmayıllı ş.
300 m² -
1 000Bugün, 21:12Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Bayıl qəs., Səbail r.
3 otaqlı 150 m² 9/20 mərtəbə -
46 000Bugün, 20:58Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 95 m² 11/14 mərtəbə -
1 000Bugün, 20:47Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 100 m² 16/23 mərtəbə -
82 500Bugün, 20:40Satılır Torpaq
Qəbələ ş.
3.3 sot -
35 000Bugün, 20:22Satılır Torpaq
Quba ş.
14 sot -
110 000Bugün, 20:11Satılır Həyət evi/villa
Azadlıq m., Biləcəri qəs., Binəqədi r.
6 otaqlı 200 m² -
80Bugün, 20:08Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
599Bugün, 19:59Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 52 m² 2/20 mərtəbə -
280 000Bugün, 19:36Satılır Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Şəhidlər xiyabanı, Səbail r.
3 otaqlı 90 m² 12/16 mərtəbə -
285 000Bugün, 19:34Satılır Yeni Tikili
8 Noyabr m., Papanin, Nəsimi r.
3 otaqlı 114 m² 6/17 mərtəbə -
600Bugün, 19:17Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 57 m² 10/16 mərtəbə -
1 300Bugün, 19:08Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nizami r.
3 otaqlı 170 m² 19/19 mərtəbə -
125 000Bugün, 19:08Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 90 m² 2/18 mərtəbə -
126 000Bugün, 19:03Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 26 m² 2/3 mərtəbə -
398 000Bugün, 19:02Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 126 m² 8/17 mərtəbə -
105 000Bugün, 19:01Satılır Həyət evi/villa
Lökbatan qəs., Qaradağ r.
6 otaqlı 150 m² -
1 000Bugün, 18:58Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 104 m² 2/14 mərtəbə -
132 000Bugün, 18:55Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 85 m² 9/9 mərtəbə -
148 000Bugün, 18:53Satılır Yeni Tikili
20 Yanvar m., Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Yasamal r.
2 otaqlı 47.7 m² 20/20 mərtəbə -
499Bugün, 18:49Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 80 m² 2/9 mərtəbə -
1 100Bugün, 18:48Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 67 m² 5/18 mərtəbə -
1 000Bugün, 18:43Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 132 m² 7/18 mərtəbə -
350Bugün, 18:39Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 58 m² 4/5 mərtəbə -
750Bugün, 18:37Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 65 m² 5/5 mərtəbə -
160 000Bugün, 18:36Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
160 000Bugün, 18:30Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
145 000Bugün, 18:26Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
1 otaqlı 45 m² 4/16 mərtəbə -
185 000Bugün, 18:25Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 60 m² 8/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

