Elan Yerləşdirmə Qaydaları

1. Arenda.Az-da saytında bir ay ərzində eyni nömrədən 2 pulsuz (təkrar olmayan) elan yerləşdirmək olar.

Hər bir növbəti elanın qiyməti - 1 AZN.

2. Arenda.az saytında ay ərzində 10.000- lə və daha çox elan göndərilir.

3. Elanın saytda qalma müddəti 30 gündür. Müddəti bitmiş elanları şəxsi kabinetindən pulsuz şəkildə bərpa edə bilərsiniz.

4. Arenda.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.

5. Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanını) düzgün qeyd edin.

6. Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir. Tövsiyyə edirik ki, e-mail ünvanınızı mütəmadi olaraq yoxlayın.

7. Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı, şirkətin adı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.

8. Üzərində Arenda.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.

9. Əgər əmlakın yerləşdiyi ünvanı xəritədə göstərmək istəyirsinizsə, zəhmət olmasa bunu dəqiq edin.

10. Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir. Elan verdiyiniz andan etibarən elektron poçtunuz əsasa alınaraq sizə istifadəçi hesabı açılır. İstifadəçi hesabına istənilən qədər nömrə bağlanıla bilər. İstifadəçi hesabına bağlanmış nömrədən başqa bir istifadəçi hesabı ilə elan verilərsə, nömrə bloklanır və həmin nömrədən verdiyiniz bütün elanlar nömrə balansından istifadə edilməsindən aslı olmayaraq limitə düşür. (Bu qayda yalnız vastəçilərə (rieltorlara) və agentliklərə şamil edilir)

11. Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Texniki dəstək üçün (070) 596 24 24 (Whatsapp),  müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.

12. Arenda.az saytında tikinti şirkətlər ödəniş edib-etməməsindən aslı olmayaraq ay ərzindən yalnız 2 elan yerləşdirə bilər. 

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller