"Sovetski"də evlərin problemi aktual olaraq qalır
“Sovetski” problemi uzun illərdir ki, sözün əsl mənasında Bakı sakinlərinin probleminə çevrilib. Bir neçə il söküntü işləri aparıldı, sonra isə dayandırıldı. İstismar müddətini başa vuran binaların sökülməsi təqdirəlayiqdir. Lakin bəzi binalar var ki, onlar bizim tariximizi, keçmişimizi özündə qoruyub-saxlayır.
Bunlardan biri də “Sovetski”dəki neft sərmayədarı Fətullah bəy Rüstəmbəyovun şəxsi evidir. 1911-ci ildə tikilən bina sonradan sakinlərin istismarına verilib. Onlar isə hazırda orada yaşamaq istəmirlər. Bir qismi 100-dən çox yaşı olan binanın sökülməsinin tərəfdarı olmasa da, əksəriyyət köçmək istəyir.
Təzəpir məscidinin yaxınlığında evlər söküldüyündən ərazi xarabalığı xatırladır. Sakitlikdir. Ətrafa nəzər yetirdikdə üstü təkərlə örtülmüş kanalizasiya quyusu diqqətimizi çəkir. Belə başa düşürük ki, qapağı olmadığı üçün sakinlər kanalizasiya quyusunun üzərini örtməyə çalışıblar.
Sözügedən üçmərtəbəli binaya çatırıq. Giriş qapısını çətinliklə açırıq. İçəri alaqaranlıqdır. İlk mərtəbədəki qapını döyürük. Ancaq sakin qapının arxasından danışmaq istəmədiyini qeyd edir.
İkinci mərtəbənin sakini də danışmaqda maraqlı deyil. Üçüncü mərtəbədəki gülərüz simalı xanım qonşularının qaradinməzliyini unutdurur.
Sakin Ülviyyə Məcidova dünyaya göz açandan bu mənzildə yaşadığını dilə gətirir:
“Doğulandan burada yaşayıram. Hətta anam 1947-ci ildə burada dünyaya gəlib. Uşaqlığı burada keçib. Bina 1911-ci ildə tikilib. Mən tək yaşayıram. Birinci və ikinci mərtəbənin hərəsində bir ailə yaşayır. Ümumi binada dörd ailə var. Bizdə mənzil üçotaqlıdır”.
Ü.Məcidovanın sözlərinə görə, evin içi səliqəli olsa da, bina təhlükə saçır:
“Müraciət edilib. Baxan yoxdur. İçərisi səliqəlidir, təhlükə hiss olunmur, amma əslində, belə deyil. Köçürülmə ilə bağlı heç nə deyilməyib. Pəncərələr, eyvanlar təhlükəlidir. Eyvana çıxmıram. Çünki tərpənir. Kanalizasiya quyularının üstü açıqdır. Antisanitariya şəraiti hökm sürür. Axşam qaranlıq olur. Elektrik kabelləri çəkilsə də, işıq yoxdur.
Bir dəfə külək əsəndə pəncərə uçdu. Lakin xoşbəxtlikdən, kiminsə başına düşmədi. İllərdir ki, bu vəziyyətdə yaşayırıq. Ortadakı binalar söküldü. Boşluq sahə olduğu üçün burada zibilləri də yandırırlar. Axşam itlərə görə çölə çıxmırıq. İnsanlar əziyyət çəkirlər”.
Xanımla söhbəti yekunlaşdırıb həyətə düşürük. Həyətdə üçüncü mərtəbədə yaşayan sakin Polad Əliyevlə qarşılaşırıq. Evinin içini göstərmək istəməsə də, çətin vəziyyətdə yaşadıqlarını söyləyir:
“1993-cü ildən burada yaşayıram. Əziyyət çəkirik. Xəstəlik içərisində yaşayırıq. Kanalizasiya quyusu açıqdır. İnsanlar yıxılmasınlar deyə üzərini təkərlə qapatmağa çalışmışıq. Axşamlar qaranlıq olur. Kabellər var. Lakin nə zaman şəbəkəyə qoşacaqları məlum deyil. O qaranlıq da azmış kimi, küçə itləri ilə mübarizə aparırıq. Çölə çıxılası deyil. Köçürüləcəyimiz günü gözləyirik. Ümidlə yaşayırıq”.
Tələsdiyi üçün söhbəti tez yekunlaşdırıb uzaqlaşır. Sakinlərdən daha biri ilə söhbətləşirik. Özünü təqdim etmək istəmir, amma vurğulayır ki, heç bir qurum vəziyyətlə maraqlanmır:
“Acınacaqlı vəziyyətdə yaşayırıq. Bir qurum da maraqlanmır. Bilmirik, bura söküləcək, yoxsa yox. Xəstəlik baş alıb gedir. 1991-ci ildən burada yaşayıram. Heç kəs adama cavab vermir. Sökülmürsə, deyin, işimizi bilək. Köhnədir, uçulur. Eyvan bir gün kiminsə başına uçacaq. Ömrümüz gedib, şikəst adamıq. Bir qurum bizə kömək etsin. Siçovul, ilan və itlərlə mübarizə aparırıq”.
Xatırladaq ki, Səid Rüstəmov küçəsində son söküntü işləri 2020-ci ildə aparılıb. Daha sonra isə dayandırılıb.
OXU.AZ
- 11.05.2023
- 589
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
400Dünən, 23:45Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi r.
30 m² -
65 000Dünən, 23:40Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 96 m² 2/18 mərtəbə -
50 000Dünən, 23:33Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 127.5 m² 11/16 mərtəbə -
4 000Dünən, 22:41Kirayə (aylıq) Ofis
Ağ şəhər, Xətai r.
4 otaqlı 170 m² -
800Dünən, 22:30Kirayə (aylıq) Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., A.S.Puşkin parkı, Binəqədi r.
4 otaqlı 130 m² -
100Dünən, 22:27Kirayə (günlük) Həyət evi/villa
Gəncə ş.
5 otaqlı -
46 000Dünən, 22:08Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 100 m² -
63 000Dünən, 21:55Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 75 m² -
75 000Dünən, 21:50Satılır Köhnə Tikili
Mərdəkan, Xəzər r.
1 otaqlı 33 m² 2/5 mərtəbə -
900Dünən, 21:49Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Xətai r.
3 otaqlı 90 m² 7/9 mərtəbə -
900Dünən, 21:35Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 60 m² 10/17 mərtəbə -
92 000Dünən, 21:30Satılır Torpaq
BTZ bağları r., Sumqayıt ş.
7.6 sot -
1 300Dünən, 21:23Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AGA Business Center, Xətai r.
3 otaqlı 120 m² -
180 000Dünən, 21:22Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
1 otaqlı 66 m² 4/15 mərtəbə -
86 500Dünən, 21:12Satılır Həyət evi/villa
Koroğlu m., Maştağa qəs., Sabunçu r.
4 otaqlı 120 m² -
400Dünən, 21:02Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 70 m² 6/16 mərtəbə -
217 000Dünən, 20:42Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 57 m² 8/12 mərtəbə -
1 500Dünən, 20:40Kirayə (aylıq) Torpaq
Xaçmaz ş.
8 sot -
499Dünən, 20:37Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Nəsimi r.
1 otaqlı 25 m² -
100Dünən, 20:26Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 5/5 mərtəbə -
1 300Dünən, 20:19Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
40 m² -
375 000Dünən, 20:19Satılır Bağ evi
Buzovna, Xəzər r.
7 otaqlı 12 sot -
1 500Dünən, 20:19Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
140 m² -
185 000Dünən, 20:16Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 116 m² 4/5 mərtəbə -
145 000Dünən, 20:15Satılır Yeni Tikili
Masazır, Abşeron r.
4 otaqlı 90 m² 2/8 mərtəbə -
850 000Dünən, 20:13Satılır Obyekt
Saray, Abşeron r.
600 m² -
5 000Dünən, 20:04Kirayə (aylıq) Obyekt
Neftçilər m., Nizami r.
300 m² -
190 000Dünən, 20:01Satılır Həyət evi/villa
Biləcəri qəs., Binəqədi r.
10 otaqlı 470 m² -
87 500Dünən, 19:52Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 5/7 mərtəbə -
129 000Dünən, 19:47Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 94.5 m² 15/15 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller