"Sovetski"də evlərin problemi aktual olaraq qalır

“Sovetski” problemi uzun illərdir ki, sözün əsl mənasında Bakı sakinlərinin probleminə çevrilib. Bir neçə il söküntü işləri aparıldı, sonra isə dayandırıldı. İstismar müddətini başa vuran binaların sökülməsi təqdirəlayiqdir. Lakin bəzi binalar var ki, onlar bizim tariximizi, keçmişimizi özündə qoruyub-saxlayır.
Bunlardan biri də “Sovetski”dəki neft sərmayədarı Fətullah bəy Rüstəmbəyovun şəxsi evidir. 1911-ci ildə tikilən bina sonradan sakinlərin istismarına verilib. Onlar isə hazırda orada yaşamaq istəmirlər. Bir qismi 100-dən çox yaşı olan binanın sökülməsinin tərəfdarı olmasa da, əksəriyyət köçmək istəyir.
Təzəpir məscidinin yaxınlığında evlər söküldüyündən ərazi xarabalığı xatırladır. Sakitlikdir. Ətrafa nəzər yetirdikdə üstü təkərlə örtülmüş kanalizasiya quyusu diqqətimizi çəkir. Belə başa düşürük ki, qapağı olmadığı üçün sakinlər kanalizasiya quyusunun üzərini örtməyə çalışıblar.
Sözügedən üçmərtəbəli binaya çatırıq. Giriş qapısını çətinliklə açırıq. İçəri alaqaranlıqdır. İlk mərtəbədəki qapını döyürük. Ancaq sakin qapının arxasından danışmaq istəmədiyini qeyd edir.
İkinci mərtəbənin sakini də danışmaqda maraqlı deyil. Üçüncü mərtəbədəki gülərüz simalı xanım qonşularının qaradinməzliyini unutdurur.
Sakin Ülviyyə Məcidova dünyaya göz açandan bu mənzildə yaşadığını dilə gətirir:
“Doğulandan burada yaşayıram. Hətta anam 1947-ci ildə burada dünyaya gəlib. Uşaqlığı burada keçib. Bina 1911-ci ildə tikilib. Mən tək yaşayıram. Birinci və ikinci mərtəbənin hərəsində bir ailə yaşayır. Ümumi binada dörd ailə var. Bizdə mənzil üçotaqlıdır”.
Ü.Məcidovanın sözlərinə görə, evin içi səliqəli olsa da, bina təhlükə saçır:
“Müraciət edilib. Baxan yoxdur. İçərisi səliqəlidir, təhlükə hiss olunmur, amma əslində, belə deyil. Köçürülmə ilə bağlı heç nə deyilməyib. Pəncərələr, eyvanlar təhlükəlidir. Eyvana çıxmıram. Çünki tərpənir. Kanalizasiya quyularının üstü açıqdır. Antisanitariya şəraiti hökm sürür. Axşam qaranlıq olur. Elektrik kabelləri çəkilsə də, işıq yoxdur.
Bir dəfə külək əsəndə pəncərə uçdu. Lakin xoşbəxtlikdən, kiminsə başına düşmədi. İllərdir ki, bu vəziyyətdə yaşayırıq. Ortadakı binalar söküldü. Boşluq sahə olduğu üçün burada zibilləri də yandırırlar. Axşam itlərə görə çölə çıxmırıq. İnsanlar əziyyət çəkirlər”.
Xanımla söhbəti yekunlaşdırıb həyətə düşürük. Həyətdə üçüncü mərtəbədə yaşayan sakin Polad Əliyevlə qarşılaşırıq. Evinin içini göstərmək istəməsə də, çətin vəziyyətdə yaşadıqlarını söyləyir:
“1993-cü ildən burada yaşayıram. Əziyyət çəkirik. Xəstəlik içərisində yaşayırıq. Kanalizasiya quyusu açıqdır. İnsanlar yıxılmasınlar deyə üzərini təkərlə qapatmağa çalışmışıq. Axşamlar qaranlıq olur. Kabellər var. Lakin nə zaman şəbəkəyə qoşacaqları məlum deyil. O qaranlıq da azmış kimi, küçə itləri ilə mübarizə aparırıq. Çölə çıxılası deyil. Köçürüləcəyimiz günü gözləyirik. Ümidlə yaşayırıq”.
Tələsdiyi üçün söhbəti tez yekunlaşdırıb uzaqlaşır. Sakinlərdən daha biri ilə söhbətləşirik. Özünü təqdim etmək istəmir, amma vurğulayır ki, heç bir qurum vəziyyətlə maraqlanmır:
“Acınacaqlı vəziyyətdə yaşayırıq. Bir qurum da maraqlanmır. Bilmirik, bura söküləcək, yoxsa yox. Xəstəlik baş alıb gedir. 1991-ci ildən burada yaşayıram. Heç kəs adama cavab vermir. Sökülmürsə, deyin, işimizi bilək. Köhnədir, uçulur. Eyvan bir gün kiminsə başına uçacaq. Ömrümüz gedib, şikəst adamıq. Bir qurum bizə kömək etsin. Siçovul, ilan və itlərlə mübarizə aparırıq”.
Xatırladaq ki, Səid Rüstəmov küçəsində son söküntü işləri 2020-ci ildə aparılıb. Daha sonra isə dayandırılıb.
OXU.AZ
- 11.05.2023
- 592
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
235 000Bugün, 16:24Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Space TV, Yasamal r.
3 otaqlı 63 m² 4/5 mərtəbə -
3 200Bugün, 16:21Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal r.
5 otaqlı 170 m² -
6 000Bugün, 16:21Kirayə (aylıq) Həyət evi/villa
Binəqədi r.
11 otaqlı 650 m² -
65 000Bugün, 16:19Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 80 m² 7/12 mərtəbə -
125 000Bugün, 16:17Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., A.S.Puşkin parkı, Yasamal r.
3 otaqlı 90 m² 6/6 mərtəbə -
120 000Bugün, 16:14Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
4 otaqlı 130 m² -
140 000Bugün, 16:12Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 55 m² 1/9 mərtəbə -
700Bugün, 16:12Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 75 m² 3/5 mərtəbə -
1 600Bugün, 16:07Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
6 otaqlı 135 m² 1/5 mərtəbə -
140 000Bugün, 16:07Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
1 otaqlı 50 m² 1/5 mərtəbə -
160 000Bugün, 16:07Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
4 otaqlı 140 m² -
205 000Bugün, 16:03Satılır Köhnə Tikili
Azadlıq m., Binəqədi r.
-
700Bugün, 16:02Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 60 m² 6/9 mərtəbə -
105 000Bugün, 16:02Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 68 m² 4/16 mərtəbə -
38 000Bugün, 16:01Satılır Yeni Tikili
Saray, Abşeron r.
1 otaqlı 70 m² 2/14 mərtəbə -
310 000Bugün, 15:59Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 120 m² 2/14 mərtəbə -
335 000Bugün, 15:58Satılır Yeni Tikili
8 Noyabr m., Yasamal r.
3 otaqlı 134 m² 3/16 mərtəbə -
170 000Bugün, 15:58Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 53 m² 8/15 mərtəbə -
690Bugün, 15:58Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 75 m² 4/16 mərtəbə -
157 000Bugün, 15:57Satılır Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 80 m² 1/9 mərtəbə -
198 000Bugün, 15:56Satılır Bağ evi
Sabunçu r.
4 otaqlı 5 sot -
33 000Bugün, 15:55Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 81 m² 8/14 mərtəbə -
7 500Bugün, 15:53Kirayə (aylıq) Obyekt
Binəqədi qəs., Binəqədi r.
1500 m² -
750Bugün, 15:51Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Absheron Marriott otel, Yasamal r.
3 otaqlı 117 m² 7/10 mərtəbə -
2 800Bugün, 15:50Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
2 otaqlı 70 m² -
1 700Bugün, 15:50Kirayə (aylıq) Yeni Tikili
Sahil m., Yasamal r.
3 otaqlı 145 m² 12/17 mərtəbə -
125 000Bugün, 15:45Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 50 m² 1/5 mərtəbə -
120 000Bugün, 15:45Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 43 m² 7/9 mərtəbə -
450Bugün, 15:42Kirayə (aylıq) Həyət evi/villa
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 90 m² -
1 300Bugün, 15:41Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
4 otaqlı 200 m² 10/12 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller