Yeddi-doqquz mərtəbəli binalar söküləcək? - Açıqlama

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.
Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:
“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:
“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:
“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:
“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:
“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
- 26.01.2024
- 2248
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
75 000Dünən, 23:49Satılır Yeni Tikili
Masazır, 28 Mall, Abşeron r.
2 otaqlı 58 m² 8/9 mərtəbə -
2 000Dünən, 23:35Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
500 m² -
700Dünən, 23:26Kirayə (aylıq) Yeni Tikili
Binəqədi r.
2 otaqlı 62 m² 8/14 mərtəbə -
196 000Dünən, 22:54Satılır Torpaq
Saray, Abşeron r.
7 sot -
89 000Dünən, 22:48Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 53 m² 4/6 mərtəbə -
4 200Dünən, 22:36Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
256 m² -
1 400 000Dünən, 22:31Satılır Köhnə Tikili
Sahil m., Səbail r.
5 otaqlı 250 m² 2/4 mərtəbə -
165 000Dünən, 22:29Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 5/9 mərtəbə -
70Dünən, 22:20Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
3 otaqlı -
110 000Dünən, 22:16Satılır Köhnə Tikili
Əmircan qəs., Suraxanı r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
48 000Dünən, 22:13Satılır Torpaq
Türkan, Xəzər r.
6 sot -
40 000Dünən, 22:11Satılır Torpaq
Türkan, Xəzər r.
5 sot -
30 000Dünən, 22:03Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 52 m² 5/12 mərtəbə -
900Dünən, 21:59Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Gənclik Mall, Nərimanov r.
4 otaqlı 110 m² 4/9 mərtəbə -
152 000Dünən, 21:50Satılır Torpaq
Qala, Xəzər r.
8 sot -
149 000Dünən, 21:46Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 100 m² -
2 700Dünən, 21:32Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
180 m² -
88 000Dünən, 21:30Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 44 m² 12/13 mərtəbə -
93 000Dünən, 21:13Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 44 m² 10/13 mərtəbə -
650Dünən, 21:10Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Baku Mall, Yasamal r.
2 otaqlı 60 m² 7/9 mərtəbə -
225 000Dünən, 21:05Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 80 m² 4/6 mərtəbə -
2 500Dünən, 20:57Satılır Torpaq
Qəbələ ş.
0.58 sot -
100 000Dünən, 20:44Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 64 m² 1/6 mərtəbə -
330Dünən, 20:38Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 40 m² 2/5 mərtəbə -
190Dünən, 20:34Kirayə (aylıq) Həyət evi/villa
Nəsimi r.
5 otaqlı 170 m² -
1 000Dünən, 20:16Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Heydər Əliyev Mərkəzi, Xətai r.
3 otaqlı 70 m² 8/18 mərtəbə -
600Dünən, 20:15Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
1 otaqlı 35 m² 4/18 mərtəbə -
132 000Dünən, 20:12Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 55 m² 2/9 mərtəbə -
600Dünən, 20:06Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Baku Mall, Yasamal r.
2 otaqlı 60 m² 4/5 mərtəbə -
220 000Dünən, 19:55Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 110 m² 5/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller