Yeddi-doqquz mərtəbəli binalar söküləcək? - Açıqlama
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.
Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:
“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:
“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:
“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:
“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:
“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
- 26.01.2024
- 2245
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
89 000Dünən, 23:49Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 60 m² 2/3 mərtəbə -
650Dünən, 23:29Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 10/16 mərtəbə -
180Dünən, 23:25Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı -
160 500Dünən, 22:39Satılır Yeni Tikili
Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 89 m² 2/16 mərtəbə -
99 000Dünən, 22:26Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 58 m² 7/9 mərtəbə -
850Dünən, 22:12Kirayə (aylıq) Yeni Tikili
Yasamal qəs., Gənclik Mall, Yasamal r.
2 otaqlı 87 m² 9/20 mərtəbə -
106 000Dünən, 21:53Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 51 m² 10/16 mərtəbə -
315 000Dünən, 21:42Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 68 m² 15/17 mərtəbə -
599Dünən, 21:37Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 150 m² 4/9 mərtəbə -
200 000Dünən, 21:20Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
5 otaqlı 172 m² -
450Dünən, 21:15Kirayə (aylıq) Yeni Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 58 m² 6/18 mərtəbə -
468Dünən, 20:38Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 11/12 mərtəbə -
150 000Dünən, 20:37Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 2/18 mərtəbə -
5 000Dünən, 20:21Kirayə (aylıq) Obyekt
Sabunçu r.
1200 m² -
105 000Dünən, 20:20Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 51 m² 10/16 mərtəbə -
23 000Dünən, 20:12Kirayə (aylıq) Obyekt
Nərimanov r.
2800 m² -
4 000Dünən, 19:55Kirayə (aylıq) Obyekt
Nərimanov r.
400 m² -
232 000Dünən, 19:47Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 110 m² 3/16 mərtəbə -
258 000Dünən, 19:46Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
4 otaqlı 121 m² 2/10 mərtəbə -
225 000Dünən, 19:39Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 101 m² 2/12 mərtəbə -
108 000Dünən, 19:36Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 114 m² 5/6 mərtəbə -
212 000Dünən, 19:16Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 61 m² 3/4 mərtəbə -
950Dünən, 19:11Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 105 m² 11/19 mərtəbə -
350Dünən, 19:05Kirayə (aylıq) Həyət evi/villa
Ulduz m., Nizami r.
3 otaqlı 100 m² -
285 000Dünən, 18:59Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 140 m² 10/18 mərtəbə -
250 000Dünən, 18:56Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
65 000Dünən, 18:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 37 m² 3/6 mərtəbə -
550Dünən, 18:52Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 67 m² 14/17 mərtəbə -
2 100Dünən, 18:52Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 113 m² 12/16 mərtəbə -
50 000Dünən, 18:49Satılır Torpaq
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
10 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller