Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, – deyə E.Azadov əlavə edib.
- 31.03.2026
- 63
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
87 000Bugün, 13:36Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 53 m² 2/5 mərtəbə -
1 800Bugün, 13:36Kirayə (aylıq) Obyekt
Binəqədi r.
300 m² -
650Bugün, 13:32Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
2 otaqlı 55 m² 5/20 mərtəbə -
150Bugün, 13:31Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 85 m² 5/5 mərtəbə -
27 000Bugün, 13:30Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 300 m² 1/1 mərtəbə -
200Bugün, 13:26Kirayə (günlük) Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 75 m² 2/5 mərtəbə -
169 500Bugün, 13:25Satılır Yeni Tikili
Binəqədi r.
2 otaqlı 60 m² 15/20 mərtəbə -
950 000Bugün, 13:18Satılır Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
450 m² -
350Bugün, 13:17Kirayə (aylıq) Yeni Tikili
2-ci məhəllə r., Sumqayıt ş.
1 otaqlı 54 m² 8/10 mərtəbə -
1 200Bugün, 13:16Kirayə (aylıq) Obyekt
Badamdar qəs., AZTV telekanalı, Səbail r.
100 m² -
3 750Bugün, 13:15Kirayə (aylıq) Obyekt
Zabrat qəs., Sabunçu r.
750 m² -
1 000Bugün, 13:15Kirayə (aylıq) Yeni Tikili
Bayıl qəs., Səbail r.
2 otaqlı 90 m² 4/17 mərtəbə -
152 000Bugün, 13:12Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 71.5 m² 1/9 mərtəbə -
157 000Bugün, 13:12Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 70 m² 9/9 mərtəbə -
1 620Bugün, 13:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 180 m² 8/16 mərtəbə -
76 000Bugün, 13:02Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 170 m² -
6 000Bugün, 13:02Kirayə (aylıq) Obyekt
8 Noyabr m., Nəsimi r.
450 m² -
220 000Bugün, 12:58Satılır Həyət evi/villa
Şağan, Xəzər r.
3 otaqlı 105 m² -
310 000Bugün, 12:57Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 135 m² 16/16 mərtəbə -
1 500Bugün, 12:57Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 90 m² 15/17 mərtəbə -
400Bugün, 12:52Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 1/3 mərtəbə -
36 000Bugün, 12:52Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 60 m² -
2 500Bugün, 12:51Kirayə (aylıq) Ofis
Sahil m., Sahil bağı, Səbail r.
2 otaqlı 60 m² -
159 000Bugün, 12:50Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 55 m² 7/20 mərtəbə -
700Bugün, 12:47Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 125 m² 5/16 mərtəbə -
650Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 60 m² 5/20 mərtəbə -
780Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 112 m² 7/10 mərtəbə -
150 000Bugün, 12:45Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 47 m² 3/10 mərtəbə -
349 000Bugün, 12:43Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 106 m² 6/17 mərtəbə -
107 000Bugün, 12:42Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 86 m² 4/6 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

