Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, – deyə E.Azadov əlavə edib.
- 31.03.2026
- 62
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
365 000Bugün, 11:57Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 116 m² 11/16 mərtəbə -
228 000Bugün, 11:55Satılır Yeni Tikili
Nəsimi m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 100 m² 9/18 mərtəbə -
270 000Bugün, 11:52Satılır Torpaq
Mərdəkan, Xəzər r.
8 sot -
109 000Bugün, 11:52Satılır Həyət evi/villa
Ramana qəs., Sabunçu r.
3 otaqlı 130 m² -
2 500 000Bugün, 11:50Satılır Torpaq
Nəsimi m., 6-cı mikrorayon, Binəqədi r.
20 sot -
233 000Bugün, 11:49Satılır Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 88.5 m² 19/20 mərtəbə -
4 300Bugün, 11:47Kirayə (aylıq) Obyekt
Biləcəri qəs., Binəqədi r.
648 m² -
600Bugün, 11:47Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 42 m² 2/5 mərtəbə -
165 000Bugün, 11:46Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 8/17 mərtəbə -
148 500Bugün, 11:43Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
1 otaqlı 58.3 m² 11/16 mərtəbə -
127 000Bugün, 11:42Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 32 m² 5/5 mərtəbə -
700Bugün, 11:40Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
3 otaqlı 145 m² 4/17 mərtəbə -
110 000Bugün, 11:39Satılır Həyət evi/villa
Kürdəxanı qəs., Sabunçu r.
6 otaqlı 145 m² -
5 000Bugün, 11:36Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
6 otaqlı 265 m² -
250 000Bugün, 11:31Satılır Köhnə Tikili
Yasamal qəs., Yasamal r.
4 otaqlı 110 m² 1/5 mərtəbə -
890 000Bugün, 11:27Satılır Yeni Tikili
İçərişəhər m., Səbail r.
4 otaqlı 220 m² 6/14 mərtəbə -
150 000Bugün, 11:26Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 51 m² 8/16 mərtəbə -
82 000Bugün, 11:24Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 29 m² 2/5 mərtəbə -
45Bugün, 11:23Kirayə (günlük) Yeni Tikili
Xətai m., Ağ şəhər, AGA Business Center, Xətai r.
3 otaqlı 124 m² 4/16 mərtəbə -
122 000Bugün, 11:20Satılır Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
249 000Bugün, 11:17Satılır Köhnə Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 75 m² 9/9 mərtəbə -
130 000Bugün, 11:11Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə -
162 000Bugün, 11:07Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 33 m² 2/2 mərtəbə -
149 000Bugün, 11:06Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 46 m² 2/9 mərtəbə -
45Bugün, 11:03Kirayə (günlük) Yeni Tikili
Xətai m., Ağ şəhər, AGA Business Center, Xətai r.
3 otaqlı 123 m² 4/17 mərtəbə -
100 000Bugün, 11:02Satılır Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 63 m² 2/16 mərtəbə -
123 000Bugün, 11:01Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 35 m² 4/5 mərtəbə -
149 000Bugün, 10:59Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
800Bugün, 10:58Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 50 m² 6/16 mərtəbə -
262 000Bugün, 10:53Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 112 m² 11/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller