Yaxın 10 il ərzində bu yerlərdə torpaq tapılmayacaq: Bakının ən ideal əraziləri - ADLAR

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı ərazisi ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
"İsətər həyət evi olsun, istərsə də bina evi əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsəl üçün Xırdalan ərazisi 5 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək günün pik vaxtlarında 2 saatdan uzun çəkir. İndi həmin əraziyə yaxın duran yoxdur. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir. Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibidirsə, həmin yerlər qiymət baxımından da baha olur: "Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaranda Ləiş bağları, Türkan, Mehdiabad qəsəbəsi və Abşeron şəhərinin bir çox ərazisində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır".
Elnur Azadov əlavə edib ki, ötən ilin oktyabr ayının 1-də paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı yeni qərar qəbul olundu. Sənədsiz evlərlə bağlı qəbul olunan bu dəyişiklik birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq və bu məsələ hazırda özünü doğruldub. Keçən ilə nisbətən bu ildən ölkənin daşınmaz əmlak bazarında başlayan artım hələ də davam edir və bir neçə ay beləcə davam edəcək.
- 28.02.2024
- 326
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
35 000Dünən, 21:21Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 93 m² 16/17 mərtəbə -
1 000Dünən, 21:16Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Səbail r.
4 otaqlı 100 m² 3/4 mərtəbə -
1 000Dünən, 21:09Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 90 m² -
60 000Dünən, 21:03Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 75 m² -
800Dünən, 20:58Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 105 m² 6/18 mərtəbə -
48 000Dünən, 20:51Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 50 m² -
1 500Dünən, 20:33Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
55 m² -
260 000Dünən, 20:33Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 94.5 m² 9/14 mərtəbə -
218 000Dünən, 20:25Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Metropark, Nərimanov r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
600 000Dünən, 20:18Satılır Torpaq
Nardaran qəs., Sabunçu r.
33 sot -
3 500Dünən, 20:11Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
110 m² -
3 000Dünən, 20:11Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
90 m² -
225 000Dünən, 19:48Satılır Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 60 m² 3/17 mərtəbə -
2 200Dünən, 19:41Kirayə (aylıq) Obyekt
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
305 m² -
2 999Dünən, 19:41Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
32 m² -
1 500Dünən, 19:29Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
2 otaqlı 101 m² 18/22 mərtəbə -
1 100Dünən, 19:27Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 70 m² 5/17 mərtəbə -
550Dünən, 19:23Kirayə (aylıq) Köhnə Tikili
20 Yanvar m., Binəqədi r.
2 otaqlı 45 m² 4/6 mərtəbə -
1 300 000Dünən, 19:15Satılır Obyekt
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
1000 m² -
600Dünən, 19:15Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 65 m² 3/5 mərtəbə -
1 250Dünən, 19:11Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 70 m² 21/27 mərtəbə -
600Dünən, 19:10Kirayə (aylıq) Köhnə Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 60 m² 9/9 mərtəbə -
135 000Dünən, 19:10Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 75 m² 9/14 mərtəbə -
650Dünən, 19:06Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 41 m² 8/18 mərtəbə -
13 000Dünən, 19:01Satılır Qaraj
Yasamal qəs., ADA universiteti, Yasamal r.
22 m² -
700Dünən, 18:56Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 100 m² 18/19 mərtəbə -
900Dünən, 18:52Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Dövlət Statistika Komitəsi, Yasamal r.
3 otaqlı 100 m² 4/16 mərtəbə -
550Dünən, 18:52Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 55 m² 6/9 mərtəbə -
75 500Dünən, 18:52Satılır Bağ evi
Qəbələ ş.
4 otaqlı 4.12 sot -
110 000Dünən, 18:46Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 82 m² 1/6 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
