Yaxın 10 il ərzində bu yerlərdə torpaq tapılmayacaq: Bakının ən ideal əraziləri - ADLAR

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı ərazisi ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
"İsətər həyət evi olsun, istərsə də bina evi əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsəl üçün Xırdalan ərazisi 5 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək günün pik vaxtlarında 2 saatdan uzun çəkir. İndi həmin əraziyə yaxın duran yoxdur. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir. Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibidirsə, həmin yerlər qiymət baxımından da baha olur: "Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaranda Ləiş bağları, Türkan, Mehdiabad qəsəbəsi və Abşeron şəhərinin bir çox ərazisində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır".
Elnur Azadov əlavə edib ki, ötən ilin oktyabr ayının 1-də paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı yeni qərar qəbul olundu. Sənədsiz evlərlə bağlı qəbul olunan bu dəyişiklik birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq və bu məsələ hazırda özünü doğruldub. Keçən ilə nisbətən bu ildən ölkənin daşınmaz əmlak bazarında başlayan artım hələ də davam edir və bir neçə ay beləcə davam edəcək.
- 28.02.2024
- 328
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
142 000Bugün, 15:12Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 85 m² 9/13 mərtəbə -
900Bugün, 15:08Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Neftçi bazası, Nərimanov r.
2 otaqlı 103 m² 11/17 mərtəbə -
269 000Bugün, 15:08Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 73.01 m² 3/6 mərtəbə -
34 999Bugün, 15:05Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 93 m² 16/16 mərtəbə -
2 800Bugün, 15:03Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
180 m² -
224 000Bugün, 15:02Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 147 m² 3/15 mərtəbə -
1 500Bugün, 15:02Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 100 m² 18/22 mərtəbə -
799Bugün, 15:01Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., Nərimanov r.
2 otaqlı 65 m² 3/15 mərtəbə -
114 000Bugün, 14:59Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 45 m² 5/9 mərtəbə -
34 000Bugün, 14:58Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 102 m² 7/14 mərtəbə -
580 000Bugün, 14:56Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
7 otaqlı 187 m² 4/5 mərtəbə -
800Bugün, 14:56Kirayə (aylıq) Obyekt
Xətai m., Dəmirçi Plaza, Xətai r.
55 m² -
850Bugün, 14:56Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 75 m² 6/10 mərtəbə -
700Bugün, 14:55Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 100 m² 11/16 mərtəbə -
59 000Bugün, 14:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 6/6 mərtəbə -
1 100Bugün, 14:51Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Dəmirçi Plaza, Xətai r.
2 otaqlı 65 m² 5/14 mərtəbə -
50Bugün, 14:51Kirayə (günlük) Yeni Tikili
Xətai m., Montin qəs., AMAY, Nərimanov r.
3 otaqlı 112 m² 5/14 mərtəbə -
160 000Bugün, 14:49Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 60 m² 1/9 mərtəbə -
1 200Bugün, 14:49Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
130 m² -
85 000Bugün, 14:48Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 67 m² 11/16 mərtəbə -
169 000Bugün, 14:47Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
1 250Bugün, 14:43Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 62 m² 4/17 mərtəbə -
1 000Bugün, 14:40Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
60 m² -
360Bugün, 14:39Kirayə (aylıq) Həyət evi/villa
Balaxanı qəs., Sabunçu r.
2 otaqlı 90 m² -
1 000Bugün, 14:38Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 65 m² 14/27 mərtəbə -
1 200Bugün, 14:37Kirayə (aylıq) Yeni Tikili
Suraxanı r.
3 otaqlı 120 m² 8/12 mərtəbə -
255 000Bugün, 14:37Satılır Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 92 m² 2/14 mərtəbə -
27 000Bugün, 14:37Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 84.58 m² 7/16 mərtəbə -
168 000Bugün, 14:33Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 48 m² 3/20 mərtəbə -
150 000Bugün, 14:33Satılır Yeni Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 110 m² 7/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
