Yataqxana tipli binalardan ev almaq sərfəlidirmi?

Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi?
Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almağın o qədər də riskli olmadığını deyib:
“Əvvəllər belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verirdi. Bu binaların komendantları həmin mənzilləri hansısa formada bir vətəndaşdan alıb digər vətəndaşa verirdi. Sovet vaxtından qalan və bəzi müəssisələrin balansında olmuş ailə yataqxanaları da var ki, oradakı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da mövcuddur. Həmin mənzillər müəssisə tərəfindən balansdan çıxarılıb və özəlləşdirilib. Onların qiymətləri adi mənzillərdən xeyli aşağıdır və müəyyən qədər alıcıları da var. Onlar sanitar qovşaqları, yəni hamam, tualet və mətbəxi daxildə olan kiçik kvadratlı mənzillərdir.
Belə mənzillərin alışı zamanı sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Amma biz ona natamam əmlak deyirik. Onun dəyəri həmişə digər əmlaklardan aşağı olub və həmişə də belə olacaq. Adətən o tip mənzilləri alıb kirayə verirlər. Kirayə qiymətləri yüksək olduğuna görə yataqxana və adi mənzilin kirayə qiymətləri arasında elə böyük fərq olmur. Amma istənilən halda imkanı olan şəxs üçün elə yataqxanalardan mənzil almaq məsləhət deyil. Kənardan ucuz qiymətə mənzil almaq şəhərdən o tip mənzil almaqdan daha sərfəlidir”.
Tələbə yataqxanalarından mənzil almağa gəlincə, ekspert bunun riskli olduğunu qeyd edib:
«Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra onlar söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Çünki bu bina dövlət balansından çıxarılmayıb”.
E.Fərzəliyevin sözlərinə görə, həmin binalardakı evləri digər şəxslərə satmaq qanuna ziddir: «Belə binalar şəhərdə çoxdur”.
- 15.01.2022
- 2498
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
750Bugün, 13:26Kirayə (aylıq) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 100 m² 4/5 mərtəbə -
93 000Bugün, 13:25Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 82 m² 12/16 mərtəbə -
5 500Bugün, 13:25Kirayə (aylıq) Ofis
Ağ şəhər, Xətai r.
3 otaqlı 150 m² -
50 000Bugün, 13:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 10/10 mərtəbə -
600Bugün, 13:20Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
2 otaqlı 32 m² 15/20 mərtəbə -
130 000Bugün, 13:13Kirayə (günlük) Bağ evi
Novxanı, Abşeron r.
4 otaqlı 2.5 sot -
1 000Bugün, 13:12Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
2 otaqlı 79 m² 5/8 mərtəbə -
800Bugün, 13:09Kirayə (aylıq) Yeni Tikili
Nizami r.
3 otaqlı 60 m² 11/16 mərtəbə -
76 000Bugün, 13:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 58 m² 1/6 mərtəbə -
289 000Bugün, 13:09Satılır Yeni Tikili
7-ci mikrorayon, Binəqədi r.
4 otaqlı 100 m² 3/16 mərtəbə -
1 000Bugün, 13:05Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
1 otaqlı 79 m² 5/8 mərtəbə -
133 000Bugün, 13:03Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 4/16 mərtəbə -
66 000Bugün, 13:02Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 65 m² 13/16 mərtəbə -
1 100Bugün, 13:01Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
3 otaqlı 100 m² 4/16 mərtəbə -
90 000Bugün, 12:59Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 3/4 mərtəbə -
450Bugün, 12:57Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
2 otaqlı 70 m² -
1 150Bugün, 12:57Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 147 m² 4/22 mərtəbə -
169 000Bugün, 12:55Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
123 000Bugün, 12:53Satılır Köhnə Tikili
Badamdar qəs., Səbail r.
1 otaqlı 32 m² 3/5 mərtəbə -
350Bugün, 12:50Kirayə (aylıq) Həyət evi/villa
Bərdə ş.
3 otaqlı 145 m² -
3 500Bugün, 12:48Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
5 otaqlı 120 m² -
1 100Bugün, 12:48Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 95 m² 4/21 mərtəbə -
1 000Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 135 m² 7/17 mərtəbə -
220 000Bugün, 12:46Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 60 m² 6/18 mərtəbə -
650Bugün, 12:45Kirayə (aylıq) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 60 m² 2/2 mərtəbə -
109 000Bugün, 12:45Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 4/10 mərtəbə -
4 999Bugün, 12:43Kirayə (aylıq) Bağ evi
Bilgəh qəs., Sabunçu r.
7 otaqlı 14 sot -
1 800Bugün, 12:41Kirayə (aylıq) Ofis
Ağ şəhər, Xətai r.
2 otaqlı 52 m² -
225 000Bugün, 12:41Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 63 m² 4/20 mərtəbə -
24 999Bugün, 12:41Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 127.5 m² 12/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller