Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb

Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 250 mənzil alıblar.

 

Məlumata görə, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 24 mənzil və ya 8,7 % azdır.

Ötən ay isə Azərbaycan vətəndaşları Türkiyədə 76 daşınmaz əmlak alıblar ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 13 mənzil və ya 20,6 % çoxdur.

Apreldə Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 5 711 mənzil satılıb. Bu, ötən iilin eyni ayları ilə müqayisədə 746 mənzil və ya 11,6 % azdır.

Təkcə aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 526 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 13 mənzil və ya 0,8 % azdır.

Bu ilin yanvar-aprel aylarında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən 4 ay ərzində 902 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 187 ədəd və ya 17,2 % azdır.

Bu ilin aprel ayında isə Rusiya vətəndaşları Türkiyədə 263 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 17 ədəd və ya 6,1 % azdır.

Baxmayaraq ki, aprel ayında Çin vətəndaşları iranlıları qabaqlayıb, ümumilikdə ikinci yeri İran vətəndaşları tutublar. Bu ilin ilk 4 ayında onlar bu ölkədə 479 mənzil satılıb ki, bu da illik müqayisədə 158 ədəd və ya 24,8 % azdır.

Bu ilin aprel ayında isə iranlılar Türkiyədə 100 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 39 ədəd və ya 28,05 % azdır.

Bu ilin yanvar-aprel aylarında Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Çin vətəndaşları qərarlaşıblar. Belə ki, son 4 ayda çinlilər Türkiyədə 347 mənzil sahib olublar. Bu da 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 139 mənzil və ya 66,8 % çoxdur.

Bu ilin aprel ayında isə çinlilər Türkiyədə 110 mənzil alıblar ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 56ədəd və ya 2 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.

  • 15.05.2026
  • 23
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller