Yataqxana tipli binalardan ev almaq sərfəlidirmi?
Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi?
Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almağın o qədər də riskli olmadığını deyib:
“Əvvəllər belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verirdi. Bu binaların komendantları həmin mənzilləri hansısa formada bir vətəndaşdan alıb digər vətəndaşa verirdi. Sovet vaxtından qalan və bəzi müəssisələrin balansında olmuş ailə yataqxanaları da var ki, oradakı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da mövcuddur. Həmin mənzillər müəssisə tərəfindən balansdan çıxarılıb və özəlləşdirilib. Onların qiymətləri adi mənzillərdən xeyli aşağıdır və müəyyən qədər alıcıları da var. Onlar sanitar qovşaqları, yəni hamam, tualet və mətbəxi daxildə olan kiçik kvadratlı mənzillərdir.
Belə mənzillərin alışı zamanı sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Amma biz ona natamam əmlak deyirik. Onun dəyəri həmişə digər əmlaklardan aşağı olub və həmişə də belə olacaq. Adətən o tip mənzilləri alıb kirayə verirlər. Kirayə qiymətləri yüksək olduğuna görə yataqxana və adi mənzilin kirayə qiymətləri arasında elə böyük fərq olmur. Amma istənilən halda imkanı olan şəxs üçün elə yataqxanalardan mənzil almaq məsləhət deyil. Kənardan ucuz qiymətə mənzil almaq şəhərdən o tip mənzil almaqdan daha sərfəlidir”.
Tələbə yataqxanalarından mənzil almağa gəlincə, ekspert bunun riskli olduğunu qeyd edib:
«Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra onlar söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Çünki bu bina dövlət balansından çıxarılmayıb”.
E.Fərzəliyevin sözlərinə görə, həmin binalardakı evləri digər şəxslərə satmaq qanuna ziddir: «Belə binalar şəhərdə çoxdur”.
- 15.01.2022
- 2500
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
850Bugün, 00:01Kirayə (aylıq) Obyekt
Əhmədli m., Xətai r.
45 m² -
127 000Dünən, 21:57Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 6/10 mərtəbə -
750Dünən, 21:37Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 85 m² 14/18 mərtəbə -
54 000Dünən, 21:23Satılır Torpaq
Qəbələ ş.
5 sot -
60Dünən, 21:10Kirayə (günlük) İstirahət Mərkəzləri
Lənkəran ş.
-
270 000Dünən, 20:59Satılır Yeni Tikili
Gənclik m., Ayna Sultanova heykəli, Nərimanov r.
3 otaqlı 105 m² 17/17 mərtəbə -
300Dünən, 20:42Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 20 m² -
62 000Dünən, 20:39Satılır Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 74 m² -
240 000Dünən, 20:38Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 69 m² 17/19 mərtəbə -
140Dünən, 20:29Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 85 m² 2/9 mərtəbə -
550Dünən, 20:26Kirayə (aylıq) Köhnə Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 7/9 mərtəbə -
390 000Dünən, 20:17Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
9 otaqlı 600 m² -
156 000Dünən, 20:03Satılır Yeni Tikili
Əhmədli m., Neapol dairəsi, Xətai r.
2 otaqlı 62 m² 1/11 mərtəbə -
197 000Dünən, 19:52Satılır Köhnə Tikili
Nizami m., Caspian Plaza, Nəsimi r.
2 otaqlı 60 m² 4/5 mərtəbə -
355 000Dünən, 19:52Satılır Köhnə Tikili
Nizami m., Yasamal r.
4 otaqlı 125 m² 2/5 mərtəbə -
68 000Dünən, 19:51Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 2/8 mərtəbə -
3 000Dünən, 19:44Kirayə (aylıq) Obyekt
Binəqədi qəs., Binəqədi r.
550 m² -
3 999Dünən, 19:42Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
8 otaqlı 364 m² -
650Dünən, 19:38Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
499Dünən, 19:30Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
135 000Dünən, 19:27Satılır Yeni Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 61 m² 6/10 mərtəbə -
750Dünən, 19:24Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 80 m² 8/14 mərtəbə -
560 000Dünən, 19:18Satılır Yeni Tikili
Elmlər akademiyası m., Elmlər Akademiyası, Yasamal r.
3 otaqlı 145 m² 15/18 mərtəbə -
1 500Dünən, 19:18Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
120 m² -
1 150Dünən, 19:06Kirayə (aylıq) Yeni Tikili
Yasamal parkı, Yasamal r.
4 otaqlı 150 m² 4/22 mərtəbə -
250Dünən, 19:02Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 100 m² 1/9 mərtəbə -
850Dünən, 18:57Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 100 m² 13/17 mərtəbə -
1 000Dünən, 18:55Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 140 m² 16/17 mərtəbə -
315 000Dünən, 18:54Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 108 m² 13/17 mərtəbə -
128 000Dünən, 18:50Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
