Torpaq alışı zamanı edilən ən çox səhvlər və onların hüquqi nəticələri
Torpaq alışı, əmlak bazarının ən məsuliyyətli və diqqət tələb edən proseslərindən biridir. Xüsusilə Bakı və ətraf bölgələrdə torpağa olan maraq artdıqca, alıcıların qarşılaşdığı risklər və hüquqi problemlər də çoxalır. Bir çox insan sənədləri tam araşdırmadan və hüquqi müşayiət olmadan qərar verdiyi üçün sonradan ciddi maliyyə və hüquqi çətinliklərlə üzləşir. Torpaq alışı zamanı edilən ən çox səhvlərdən biri onun təyinatının düzgün yoxlanmamasıdır. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikmək qanunla qadağandır. Alıcılar bu nüansa fikir vermədikdə, sonradan tikintiyə icazə almaqda və ya mülkiyyət hüququnu rəsmiləşdirməkdə ciddi problemlərlə qarşılaşa bilərlər.
Torpağın sərhədləri və real sahəsi çox vaxt texniki pasportda göstərilən məlumatlarla üst-üstə düşmür. Buna görə də, alqı-satqıdan öncə torpağın kadastr planı və geodeziya ölçmələri mütləq yoxlanmalıdır. Əks halda, qonşu torpaqlarla mübahisələr və məhkəmə çəkişmələri qaçılmaz olur. Bəzi hallarda satıcı eyni torpağı bir neçə şəxsə satmağa cəhd edə bilər. Bu cür halların qarşısını almaq üçün torpağın Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrində kimə məxsus olduğu və üzərində hər hansı qadağa və ya ipoteka olub-olmadığı mütləq araşdırılmalıdır.
Torpaq alqı-satqı müqaviləsindəki hər bənd diqqətlə öyrənilməlidir. Müqavilədə təhvil tarixi, torpağın sahəsi, yerləşdiyi ərazi, qiymət, ödəniş üsulu və digər vacib detallara aydınlıq gətirilməlidir. Sadə görünən bir maddə gələcəkdə alıcının hüquqlarını məhdudlaşdıra bilər. Təəssüf ki, bir çox alıcılar hüquqşünas xidmətlərinə qənaət etmək məqsədilə hüquqi ekspertizadan imtina edirlər. Halbuki, peşəkar hüquqi müşayiət həm sənədlərin doğruluğunu yoxlamağa, həm də potensial riskləri öncədən müəyyən etməyə kömək edir.
Torpaq alışı zamanı diqqətsizlik və tələsik qərarlar uzunmüddətli maddi zərərə səbəb ola bilər. Buna görə də, torpağın təyinatını, sərhədlərini, sənədlərini və reyestr qeydlərini dəqiq yoxlamaq, həmçinin hüquqi məsləhət almaq hər bir alıcının ən doğru addımıdır.
Hazırladı
Məhərrəmova Duyğu
-
258
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
M 2 300Dünən, 22:21Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
45 m² -
M 135 000Dünən, 22:18Satılır Həyət evi/villa
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 180 m² -
M 1 000Dünən, 22:16Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nazlı şadlıq sarayı, Nizami r.
3 otaqlı 120 m² 8/16 mərtəbə -
M 380Dünən, 22:16Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 55 m² -
M 163 000Dünən, 22:15Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 13/15 mərtəbə -
M 180Dünən, 22:14Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 70 m² 11/16 mərtəbə -
M 128 500Dünən, 22:13Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 3/7 mərtəbə -
M 263 999Dünən, 22:13Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
3 otaqlı 100 m² -
M 238 000Dünən, 22:12Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
4 otaqlı 120 m² -
M 100 000Dünən, 22:10Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 44 m² 8/16 mərtəbə -
M 370 000Dünən, 22:08Satılır Həyət evi/villa
Bilgəh qəs., Sabunçu r.
6 otaqlı 200 m² -
M 118 900Dünən, 22:08Satılır Köhnə Tikili
Qara Qarayev m., Ruslan 93 market, Nizami r.
3 otaqlı 60 m² 9/9 mərtəbə -
M 600Dünən, 22:07Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 85 m² 9/9 mərtəbə -
M 109 000Dünən, 22:07Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 90 m² -
M 1 100Dünən, 22:06Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 64 m² 17/27 mərtəbə -
M 88 000Dünən, 22:05Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 7/8 mərtəbə -
M 235 000Dünən, 22:05Satılır Yeni Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 90 m² 10/13 mərtəbə -
M 104 000Dünən, 22:05Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 40 m² 5/5 mərtəbə -
M 245 000Dünən, 17:59Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 95.8 m² 8/16 mərtəbə -
M 280Dünən, 17:55Kirayə (aylıq) Həyət evi/villa
Memar Əcəmi m., 2-ci mikrorayon, Yeganə şadlıq sarayı, Nəsimi r.
1 otaqlı 20 m² -
M 1 000Dünən, 17:51Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 70 m² 4/18 mərtəbə -
M 280 000Dünən, 17:51Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 166.5 m² 7/14 mərtəbə -
M 28 930Dünən, 17:43Satılır Yeni Tikili
Suraxanı r.
2 otaqlı 53 m² 6/14 mərtəbə -
M 130 000Dünən, 17:42Satılır Həyət evi/villa
Qara Qarayev m., Dədə Qorqud qəs., Suraxanı r.
5 otaqlı 145 m² -
M 530 000Dünən, 17:42Satılır Yeni Tikili
Nizami m., Kubinka, Nəsimi r.
4 otaqlı 170 m² 12/18 mərtəbə -
M 220 000Dünən, 17:41Satılır Həyət evi/villa
Şağan, Xəzər r.
4 otaqlı 120 m² -
M 345 000Dünən, 17:40Satılır Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 200 m² -
M 380 000Dünən, 17:36Satılır Həyət evi/villa
Bilgəh qəs., Sabunçu r.
6 otaqlı 200 m² -
M 4 000Dünən, 17:33Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Əhmədli, Xətai r.
220 m² -
M 800Dünən, 17:33Kirayə (aylıq) Köhnə Tikili
Ağ şəhər, Xətai r.
2 otaqlı 55 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat