Paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha əlverişlidir ?

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
“İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.
Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:
”Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.
- 29.02.2024
- 231
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
1 100Bugün, 18:17Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 150 m² 9/16 mərtəbə -
162 000Bugün, 18:17Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 59 m² 12/17 mərtəbə -
135 000Bugün, 18:09Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 100 m² 8/9 mərtəbə -
250 000Bugün, 18:08Satılır Obyekt
6-cı mikrorayon, Binəqədi r.
40 m² -
290 000Bugün, 18:03Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Montin adına park, Nərimanov r.
3 otaqlı 136 m² 13/18 mərtəbə -
133 000Bugün, 18:03Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 53 m² 2/16 mərtəbə -
1 100Bugün, 18:03Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 65 m² 6/18 mərtəbə -
66 500Bugün, 18:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 3/6 mərtəbə -
900Bugün, 18:01Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 110 m² 8/13 mərtəbə -
1 500Bugün, 17:57Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 110 m² 22/24 mərtəbə -
67 000Bugün, 17:56Satılır Yeni Tikili
Masazır, Gənclik Mall, Abşeron r.
3 otaqlı 67.5 m² 2/5 mərtəbə -
102 000Bugün, 17:48Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 102 m² 8/9 mərtəbə -
600Bugün, 17:44Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 60 m² 4/4 mərtəbə -
700Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 110 m² 13/16 mərtəbə -
1 500Bugün, 17:41Kirayə (aylıq) Ofis
Səbail r.
4 otaqlı 140 m² -
650Bugün, 17:35Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 62 m² 14/20 mərtəbə -
800Bugün, 17:33Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 65 m² 17/18 mərtəbə -
1 150Bugün, 17:31Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 120 m² 7/12 mərtəbə -
700Bugün, 17:31Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 2/9 mərtəbə -
240 000Bugün, 17:29Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² 6/9 mərtəbə -
130 000Bugün, 17:15Satılır Köhnə Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 57 m² 5/5 mərtəbə -
97 000Bugün, 17:15Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 64 m² 4/8 mərtəbə -
750Bugün, 17:15Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
2 otaqlı 50 m² 3/5 mərtəbə -
2 200 000Bugün, 17:12Satılır Obyekt
Gənclik m., Nərimanov r.
440 m² -
110 000Bugün, 17:00Satılır Yeni Tikili
Xətai r.
1 otaqlı 45 m² 1/20 mərtəbə -
142 000Bugün, 16:53Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 106 m² 10/12 mərtəbə -
370Bugün, 16:48Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
650Bugün, 16:43Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 80 m² 8/11 mərtəbə -
550 000Bugün, 16:42Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 110 m² 3/4 mərtəbə -
165 000Bugün, 16:36Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 65 m² 11/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
