Paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha əlverişlidir ?
Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
“İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.
Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:
”Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.
- 29.02.2024
- 272
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
148 000Bugün, 11:22Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 75 m² 17/17 mərtəbə -
550Bugün, 11:14Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 65 m² 5/5 mərtəbə -
600Bugün, 11:11Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 40 m² 6/16 mərtəbə -
195 000Bugün, 11:00Satılır Yeni Tikili
Nizami r.
3 otaqlı 109 m² 17/17 mərtəbə -
25 000Bugün, 10:59Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 82 m² 11/16 mərtəbə -
236 000Bugün, 10:56Satılır Yeni Tikili
Nizami r.
3 otaqlı 74 m² 4/18 mərtəbə -
3 000Bugün, 10:49Kirayə (aylıq) Bağ evi
Türkan, Xəzər r.
5 otaqlı 8 sot -
143 000Bugün, 10:41Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 68 m² 17/18 mərtəbə -
295 000Bugün, 10:37Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., İctimai telekanalı, Yasamal r.
3 otaqlı 135 m² 8/12 mərtəbə -
330Bugün, 10:15Kirayə (aylıq) Həyət evi/villa
Nəsimi m., Binəqədi r.
1 otaqlı 25 m² -
800Bugün, 10:11Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 100 m² 4/5 mərtəbə -
135 000Bugün, 09:51Satılır Bağ evi
Məhəmmədli, Abşeron r.
3 otaqlı 5 sot -
11 000Bugün, 09:45Satılır Torpaq
Qobu, Abşeron r.
4 sot -
115 000Bugün, 09:23Satılır Həyət evi/villa
Əhmədli m., Hövsan qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
95 000Bugün, 08:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 64 m² 3/5 mərtəbə -
3 500Bugün, 06:21Kirayə (aylıq) Obyekt
Sahil m., Nəsimi r.
80 m² -
250Bugün, 02:43Kirayə (aylıq) Obyekt
Əhmədli m., Xətai r.
8 m² -
2 600Bugün, 02:16Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
90 m² -
1 300Bugün, 00:42Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
48 m² -
4 000Bugün, 00:31Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
400 m² -
3 500Bugün, 00:27Kirayə (aylıq) Obyekt
8 Noyabr m., Nəsimi r.
550 m² -
5 000Bugün, 00:24Kirayə (aylıq) Obyekt
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
400 m² -
5 500Bugün, 00:19Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Böyükşor qəs., Nərimanov r.
160 m² -
255 000Dünən, 23:54Satılır Yeni Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 112 m² 4/12 mərtəbə -
35 000Dünən, 23:29Satılır Həyət evi/villa
Nizami m., Nəsimi r.
1 otaqlı 15 m² -
68 500Dünən, 23:10Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 6/6 mərtəbə -
150 000Dünən, 22:58Satılır Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
200 000Dünən, 22:43Satılır Obyekt
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
85 m² -
87 000Dünən, 22:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 3/6 mərtəbə -
110 000Dünən, 22:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 64 m² 4/4 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller