Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin 30%-i təmirli satılır. Lakin 20 il bundan qabaq təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi.
Bəs hansı mənzili almaq daha sərfəlidir - təmirli, yoxsa təmirsiz?
əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yeni çoxmərtəbəli binalarda satılan mənzillərin əksəriyyəti təmirsiz olur.
"Vətəndaşlar bu mənzillərin təmirini öz üzərinə götürürlər. Lakin bəzi tikinti şirkətləri kreditli şərtlərlə təmirli mənzillər satırlar və vətəndaş onu belə vəziyyətdə almağa məcbur olur.
Köhnə tikili binalara nəzər salsaq, görərik ki, mənzillərin hər biri yüksək olmasa da, təmirli formada satılır. Belə binalarda mənzil alan şəxslər əksər hallarda köhnə təmiri sökərək, özləri yenidən təmir edirlər. Lakin vətəndaşlar təmirsiz mənzil alarkən diqqətli olmalıdır.Təmir edən şirkət və ya qrup peşəkar olmalıdır. Əsas da elektrik naqillərinin, sanitar qovşaqların borularına diqqət etməlidirlər", - o bildirib.
Ekspert qeyd edib ki, yay aylarında həyət evlərinin satışı yüksəlir.
"Bu aylarda təmirli alınan mənzildə fəsadlar qış aylarında üzə çıxır. Mənzil alan vətəndaş mütləq şəkildə peşəkar ustalara müraciət edərək, tikilinin təmirinin keyfiyyətini yoxlatmalıdır".
Əmlak satışı ilə məşğul olan Cəlil Əliyev isə bildirib ki, hansı mənzilin daha sərfəli olduğunu seçmək bir neçə amildən asılıdır və bu qərar sizin şəxsi tələblərinizə, maliyyə vəziyyətinizə və uzunmüddətli məqsədlərinizə bağlıdır.
"Təmirli və təmirsiz mənzillərin hər birinin üstünlükləri və çatışmazlıqları var. Üstünlüklərinə nəzər salsaq, görərik ki, belə mənzillər insana vaxt qazandırır. Təmirli mənzilə daxil olub dərhal yaşayışa başlaya bilərsiniz. Bu, xüsusilə tələbləriniz varsa, əhəmiyyətlidir.
Təmirli mənzillərdə sizə təmir, boyama və digər əlavə xərclər lazım olmayacaq. Lakin təmirə ciddi fikir vermək lazımdır. Çünki bəzi tikinti şirkətləri mənzillərin təmirində tanınmış firmaların materiallarından istifadə edəcəyini reklamlarında bildirsə də, nəticədə ucuz və keyfiytətsiz materiallardan istifadə edir.
Bu da həmin şirkətdən mənzil alan şəxslərin ikiqat ziyana düşməsinə səbəb olur. Təmirli mənzilin dizaynı və üslubu bəzən sizin şəxsi zövqünüzə uyğun gəlməyə bilər. Belə mənzillərin qiyməti də təmirsiz mənzillərə nisbətən daha yüksək olur.
C.Əliyev qeyd edib ki, təmirli mənzillərə nisbətən təmirsiz mənzillərin qiyməti daha aşağıdır.
"Belə mənzilləri öz zövqünüzə görə təmir edib bəzəyə bilərsiniz. Lakin qısa müddətdə yeni evə köçmək istəyirsinizsə və əlavə zamanınız və büdcəniz yoxdursa, təmirli mənzil almaq daha sərfəli ola bilər. Əgər müəyyən bir büdcə ilə işləyirsinizsə və ya öz zövqünüzə uyğun şəkildə evinizi təmir etmək istəyirsinizsə, təmirsiz mənzil daha sərfəli və uyğun seçim ola bilər.
Nəticədə, hər iki seçimin özünəməxsus üstünlükləri var. Ən yaxşı qərarı vermək üçün sizin maliyyə vəziyyətiniz, vaxt məhdudiyyətləriniz və şəxsi ehtiyaclarınız nəzərə alınmalıdır", - deyə o qeyd edib.
- 11.04.2025
- 456
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
60 000Bugün, 18:00Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 90 m² 16/16 mərtəbə -
750Bugün, 17:57Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 75 m² 16/16 mərtəbə -
129 999Bugün, 17:56Satılır Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
1 100Bugün, 17:52Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 100 m² 9/17 mərtəbə -
650 000Bugün, 17:51Satılır Yeni Tikili
Sahil m., Port Baku, Nəsimi r.
3 otaqlı 102 m² 6/20 mərtəbə -
145 000Bugün, 17:51Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 5/9 mərtəbə -
450Bugün, 17:50Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 40 m² 3/5 mərtəbə -
550Bugün, 17:46Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Hüseyn Cavid parkı, Yasamal r.
2 otaqlı 34 m² 5/5 mərtəbə -
36 000Bugün, 17:46Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 74 m² 11/12 mərtəbə -
36 500Bugün, 17:42Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 74 m² 11/12 mərtəbə -
88 000Bugün, 17:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 5/9 mərtəbə -
420 000Bugün, 17:40Satılır Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 137 m² 11/16 mərtəbə -
320 000Bugün, 17:40Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 115 m² 15/20 mərtəbə -
400Bugün, 17:36Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 47 m² 1/15 mərtəbə -
39 000Bugün, 17:34Satılır Torpaq
Türkan, Xəzər r.
26 sot -
64 500Bugün, 17:33Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 14/17 mərtəbə -
102 000Bugün, 17:33Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 9/16 mərtəbə -
5 000Bugün, 17:32Kirayə (aylıq) Obyekt
Nərimanov r.
4000 m² -
480 000Bugün, 17:32Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 97 m² 3/7 mərtəbə -
1 100Bugün, 17:25Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 100 m² 17/18 mərtəbə -
600Bugün, 17:22Kirayə (aylıq) Köhnə Tikili
Bayıl qəs., Səbail r.
2 otaqlı 60 m² 1/2 mərtəbə -
85 000Bugün, 17:19Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 72 m² 12/16 mərtəbə -
650Bugün, 17:14Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 70 m² 3/5 mərtəbə -
65 000Bugün, 17:13Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 13/15 mərtəbə -
57 500Bugün, 17:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 50 m² 2/9 mərtəbə -
83 000Bugün, 17:05Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 61 m² 5/9 mərtəbə -
48 000Bugün, 17:04Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
3 otaqlı 105 m² 7/16 mərtəbə -
190 000Bugün, 17:02Satılır Həyət evi/villa
Köhnə Günəşli qəs., Xətai r.
7 otaqlı 240 m² -
31 000Bugün, 17:01Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 74 m² 10/14 mərtəbə -
36 500Bugün, 16:59Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 74 m² 11/12 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller