Mənzili hazır binadan, yoxsa bünövrədən almaq sərfəlidir?

Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb. Çox insan bünövrədən mənzil almağa risk etmir.
V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir: "Bu, binanın daha tez tikilməsinə səbəb olur. Nəticədə biznesin reallaşması, binanın təhvili prosesi tezləşir. Əslində bu, çox uğurlu variantdır. İndiyə qədər Azərbaycanda tikinti şirkətləri bu variantdan çox istifadə edib. Təbii ki, burda müəyyən risklər var. Çünki tikinti şirkətinin prosesi axıra qədər aparıb-aparmayacağı, yaxud vətəndaşın hansısa hüquqi problemlə qarşılaşıb-qarşılaşmayacağı məlum olmur. Vətəndaşlarımız belə hallarda şirkətlərin keçmişinə nəzər yetirir. Şirkət keçmişdə problem yaşamayıbsa, ölkədə bir neçə binanın tikintisini yekunlaşdırmaq təcrübəsinə malik dayanıqlı şirkətdirsə, bu prosesə ruh yüksəkliyi ilə gedirlər. Ancaq yeni tikinti şirkətləri və keçmişi o qədər də şəffaf olmayan şirkətlərlə bu prosesi aparmaq risklidir. Bir çox hallarda vətəndaşlar bu riskə getmir. Ümumiyyətlə bizim insanlar hazır olmayan binadan mənzil almağa ehtiyatlı yanaşır və riskə getmirlər".
Şirkətin keçmişini araşdırmaq lazımdır
Ekspert vurğulayır ki, bünövrədən mənzil alarkən ciddi araşdırma aparandan sonra qərar verilməlidir. Bu zaman bir neçə suallara cavab tapılmalıdır. Məsələn, binanın tikintisi bir dövrdən sonra müəyyən dövlət ehtiyacları üçün yarımçıq saxlanılacaqmı? Hansısa dövlət qurumunun bu prosesi dayandırmaq ehtimalı varmı? Şirkət bu prosesi axıra qədər aparmaqda nə qədər etibarlıdır? Şirkət maddi baxımdan prosesi sona qədər aparmaq imkanlarına malikdirmi?
"Nəzərə alsaq ki, tikinti işlərində dələduzluq halların rast gəlinir, bu məsələdə şirkətin keçmişi çox aktualdır. Şirkətin keçmişində dələduzluq hallarının olub-olmaması araşdırılmalı, gələcəkdə bu cür halların yaşanma ehtimalının olmaması barədə əminlik hasil edilməlidir. Tikinti tarixində belə hallar olub ki, sahibkarlar binanı tikməzdən öncə vətəndaşlardan ödənişi alıb, sonra isə onu tikməyiblər", - V. Oruc bildirir.
Hazır binadan mənzil almaq daha məsləhətlidir
Bünövrədən mənzil alarkən cavab tapılmalı digər sual tikintinin təhlükəsizlik qaydalarına uyğun aparılacağı, materialların keyfiyyəti ilə bağlıdır. Ekspertin fikrincə, bu da şirkətin keçmişinə aid ciddi bir məsələdir. Tikinti yekunlaşandan sonra müvafiq dövlət qurumları tərəfindən binada yaşayış üçün icazənin verilib-verilməyəcəyi məlum edilməlidir. Çünki bina tikildikdən sonra FHN binada müxtəlif kriteriyalar üzrə yoxlanış aparıb rəy verməlidir. Bünövrədən mənzil alarkən bu rəyin müsbət olacağını öncədən bilmək olmur.
"Bu riskləri nəzərə alaraq vətəndaşlara tövsiyə olunur ki, mənzil alarkən sənədləşmə prosesi bitmiş, tikintisi yekunlaşmış və dövlət reyestrindən çıxarışın əldə olunduğu binalara müraciət etsinlər. Vətəndaş müəyyən məsləhətləşmələrdən və konsaltinq xidmətindən istifadə etsə belə, bünövrədən mənzil almaq riskli ola bilər. Amma ölkədə onlarla tikinti işi aparmış, tarixçəsi normal olan, vətəndaşlarla hüquqi problem yaşatmayan etibarlı bir şirkət bu prosesi aparırsa, onunla əməkdaşlıq etmək olar”, - V. Oruc vurğulayır.
Bünövrədən alınan mənzillər xeyli ucuz olur
V.Oruc hesab edir ki, Bakıda bünövrədən mənzil almaq kifayət qədər əlçatandır:
“Əsasən paytaxtın Nərimanov, Yasamal rayonlarında belə təkliflər var. Bünövrədən alınan mənzillərlə hazır binadan alınmış mənzillərin qiyməti arasında təqribən 7-15 % aralığında fərq olur. Bu da ciddi bir məbləğ edir. Hazır binada mayak formasında bir kvadrat metri 2 min manata olan mənzil bünövrədən 1 800-1 850 manata satılır. Çox da tanınmayan MTK-lardan mənzil alanda bu fərq 20 % civarında ola bilir. Qabaqcadan alınan məbləğ tikintiyə yönəldilir, yaxud ərazidə aparılan söküntü işlərinin kompensasiyası üçün sərf edilir.
Sahibkarın həmin məbləğə ehtiyacı çox olarsa, alıcıya edilən endirim də çox olur. Amma binanı prestijli bir MTK tikirsə, bünövrədən mənzil alarkən çox ciddi endirimə ümid etmək olmaz. Eyni zamanda binalarda hazır olan mərtəbələr hazır olmayanlardan fərqli qiymətə təklif edilir. Bu da vətəndaşda haqlı olaraq şübhələr yarada bilər. Odur ki, ən yaxşı variant hazır binadan mənzil almaqdır”.
Fed.az
- 19.04.2023
- 2987
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
92 000Bugün, 09:34Satılır Obyekt
Həzi Aslanov m., Əhmədli, Gənclik parkı, Xətai r.
40 m² -
180Bugün, 09:24Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
5 otaqlı -
105 000Bugün, 09:23Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 71.3 m² -
550Bugün, 07:34Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 75 m² 8/14 mərtəbə -
1 000Bugün, 02:37Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 80 m² 3/4 mərtəbə -
72 400Bugün, 02:30Satılır Yeni Tikili
Azadlıq m., Kəmalə Nərmin ş/s, Binəqədi r.
2 otaqlı 82 m² -
140Bugün, 02:10Kirayə (aylıq) Həyət evi/villa
Nəriman Nərimanov m., Montin qəs., Montin adına park, Nərimanov r.
1 otaqlı 25 m² -
315 000Bugün, 01:23Satılır Köhnə Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
3 otaqlı 140 m² 12/17 mərtəbə -
3 100Bugün, 00:23Kirayə (aylıq) Ofis
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 110 m² -
43 000Bugün, 00:07Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 86 m² 10/14 mərtəbə -
108 000Dünən, 23:47Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 64 m² 7/10 mərtəbə -
1 300Dünən, 23:35Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 96 m² 5/18 mərtəbə -
19 500Dünən, 23:27Satılır Yeni Tikili
72-ci məhəllə r., Sumqayıt ş.
2 otaqlı 90 m² 6/12 mərtəbə -
270Dünən, 23:02Kirayə (aylıq) Həyət evi/villa
8 Noyabr m., 3-cü mikrorayon, Nəsimi r.
1 otaqlı 28 m² -
1 200Dünən, 23:02Kirayə (aylıq) Yeni Tikili
Zığ qəs., Suraxanı r.
4 otaqlı 130 m² 8/12 mərtəbə -
95 000Dünən, 22:59Satılır Həyət evi/villa
İsmayıllı ş.
3 otaqlı 90 m² -
500Dünən, 22:48Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 35 m² 2/5 mərtəbə -
700Dünən, 22:41Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 100 m² 6/8 mərtəbə -
72 000Dünən, 22:18Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 90 m² -
450 000Dünən, 22:16Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 154 m² 11/18 mərtəbə -
75 000Dünən, 22:14Satılır Həyət evi/villa
Avtovağzal m., Sulutəpə qəs., Binəqədi r.
3 otaqlı 110 m² -
550Dünən, 21:42Kirayə (aylıq) Həyət evi/villa
20-ci sahə, Səbail r.
3 otaqlı 65 m² -
177 500Dünən, 21:19Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 71 m² 4/16 mərtəbə -
450Dünən, 21:09Kirayə (aylıq) Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 50 m² 6/8 mərtəbə -
200 000Dünən, 20:59Satılır Yeni Tikili
Memar Əcəmi - 2 m., 9-cu mikrorayon, Binəqədi r.
4 otaqlı 150 m² 4/16 mərtəbə -
45 000Dünən, 20:58Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 6/6 mərtəbə -
420Dünən, 20:24Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Neapol dairəsi, Xətai r.
28 m² -
40Dünən, 20:19Kirayə (günlük) Həyət evi/villa
Şəki ş.
4 otaqlı -
900Dünən, 20:16Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 8/18 mərtəbə -
97 500Dünən, 20:12Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 67 m² 10/10 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

