Mənzili hazır binadan, yoxsa bünövrədən almaq sərfəlidir?
Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb. Çox insan bünövrədən mənzil almağa risk etmir.
V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir: "Bu, binanın daha tez tikilməsinə səbəb olur. Nəticədə biznesin reallaşması, binanın təhvili prosesi tezləşir. Əslində bu, çox uğurlu variantdır. İndiyə qədər Azərbaycanda tikinti şirkətləri bu variantdan çox istifadə edib. Təbii ki, burda müəyyən risklər var. Çünki tikinti şirkətinin prosesi axıra qədər aparıb-aparmayacağı, yaxud vətəndaşın hansısa hüquqi problemlə qarşılaşıb-qarşılaşmayacağı məlum olmur. Vətəndaşlarımız belə hallarda şirkətlərin keçmişinə nəzər yetirir. Şirkət keçmişdə problem yaşamayıbsa, ölkədə bir neçə binanın tikintisini yekunlaşdırmaq təcrübəsinə malik dayanıqlı şirkətdirsə, bu prosesə ruh yüksəkliyi ilə gedirlər. Ancaq yeni tikinti şirkətləri və keçmişi o qədər də şəffaf olmayan şirkətlərlə bu prosesi aparmaq risklidir. Bir çox hallarda vətəndaşlar bu riskə getmir. Ümumiyyətlə bizim insanlar hazır olmayan binadan mənzil almağa ehtiyatlı yanaşır və riskə getmirlər".
Şirkətin keçmişini araşdırmaq lazımdır
Ekspert vurğulayır ki, bünövrədən mənzil alarkən ciddi araşdırma aparandan sonra qərar verilməlidir. Bu zaman bir neçə suallara cavab tapılmalıdır. Məsələn, binanın tikintisi bir dövrdən sonra müəyyən dövlət ehtiyacları üçün yarımçıq saxlanılacaqmı? Hansısa dövlət qurumunun bu prosesi dayandırmaq ehtimalı varmı? Şirkət bu prosesi axıra qədər aparmaqda nə qədər etibarlıdır? Şirkət maddi baxımdan prosesi sona qədər aparmaq imkanlarına malikdirmi?
"Nəzərə alsaq ki, tikinti işlərində dələduzluq halların rast gəlinir, bu məsələdə şirkətin keçmişi çox aktualdır. Şirkətin keçmişində dələduzluq hallarının olub-olmaması araşdırılmalı, gələcəkdə bu cür halların yaşanma ehtimalının olmaması barədə əminlik hasil edilməlidir. Tikinti tarixində belə hallar olub ki, sahibkarlar binanı tikməzdən öncə vətəndaşlardan ödənişi alıb, sonra isə onu tikməyiblər", - V. Oruc bildirir.
Hazır binadan mənzil almaq daha məsləhətlidir
Bünövrədən mənzil alarkən cavab tapılmalı digər sual tikintinin təhlükəsizlik qaydalarına uyğun aparılacağı, materialların keyfiyyəti ilə bağlıdır. Ekspertin fikrincə, bu da şirkətin keçmişinə aid ciddi bir məsələdir. Tikinti yekunlaşandan sonra müvafiq dövlət qurumları tərəfindən binada yaşayış üçün icazənin verilib-verilməyəcəyi məlum edilməlidir. Çünki bina tikildikdən sonra FHN binada müxtəlif kriteriyalar üzrə yoxlanış aparıb rəy verməlidir. Bünövrədən mənzil alarkən bu rəyin müsbət olacağını öncədən bilmək olmur.
"Bu riskləri nəzərə alaraq vətəndaşlara tövsiyə olunur ki, mənzil alarkən sənədləşmə prosesi bitmiş, tikintisi yekunlaşmış və dövlət reyestrindən çıxarışın əldə olunduğu binalara müraciət etsinlər. Vətəndaş müəyyən məsləhətləşmələrdən və konsaltinq xidmətindən istifadə etsə belə, bünövrədən mənzil almaq riskli ola bilər. Amma ölkədə onlarla tikinti işi aparmış, tarixçəsi normal olan, vətəndaşlarla hüquqi problem yaşatmayan etibarlı bir şirkət bu prosesi aparırsa, onunla əməkdaşlıq etmək olar”, - V. Oruc vurğulayır.
Bünövrədən alınan mənzillər xeyli ucuz olur
V.Oruc hesab edir ki, Bakıda bünövrədən mənzil almaq kifayət qədər əlçatandır:
“Əsasən paytaxtın Nərimanov, Yasamal rayonlarında belə təkliflər var. Bünövrədən alınan mənzillərlə hazır binadan alınmış mənzillərin qiyməti arasında təqribən 7-15 % aralığında fərq olur. Bu da ciddi bir məbləğ edir. Hazır binada mayak formasında bir kvadrat metri 2 min manata olan mənzil bünövrədən 1 800-1 850 manata satılır. Çox da tanınmayan MTK-lardan mənzil alanda bu fərq 20 % civarında ola bilir. Qabaqcadan alınan məbləğ tikintiyə yönəldilir, yaxud ərazidə aparılan söküntü işlərinin kompensasiyası üçün sərf edilir.
Sahibkarın həmin məbləğə ehtiyacı çox olarsa, alıcıya edilən endirim də çox olur. Amma binanı prestijli bir MTK tikirsə, bünövrədən mənzil alarkən çox ciddi endirimə ümid etmək olmaz. Eyni zamanda binalarda hazır olan mərtəbələr hazır olmayanlardan fərqli qiymətə təklif edilir. Bu da vətəndaşda haqlı olaraq şübhələr yarada bilər. Odur ki, ən yaxşı variant hazır binadan mənzil almaqdır”.
Fed.az
- 19.04.2023
- 2989
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
450Dünən, 23:31Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 11/13 mərtəbə -
130Dünən, 23:11Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı -
105 000Dünən, 23:10Satılır Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 120 m² -
200Dünən, 23:09Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı -
75 000Dünən, 22:46Satılır Obyekt
İnşaatçılar m., Yasamal r.
42 m² -
150Dünən, 22:38Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı -
100 000Dünən, 22:17Satılır Həyət evi/villa
Gəncə ş.
7 otaqlı 250 m² -
450Dünən, 22:03Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 64 m² 11/13 mərtəbə -
220Dünən, 21:46Kirayə (aylıq) Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
1 otaqlı 55 m² -
76 000Dünən, 21:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 50 m² 5/9 mərtəbə -
17 500Dünən, 21:36Satılır Torpaq
Novxanı, Abşeron r.
9.5 sot -
75 000Dünən, 21:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 69 m² 7/7 mərtəbə -
350Dünən, 20:54Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
20 m² -
700Dünən, 20:44Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 110 m² -
50 000Dünən, 20:39Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 55 m² -
380Dünən, 20:31Kirayə (aylıq) Köhnə Tikili
5-ci mikrorayon r., Sumqayıt ş.
3 otaqlı 70 m² 2/5 mərtəbə -
240 000Dünən, 20:16Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 75 m² 15/19 mərtəbə -
650Dünən, 20:03Kirayə (aylıq) Obyekt
1-ci mikrorayon r., Sumqayıt ş.
50 m² -
480Dünən, 20:01Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 66 m² 3/14 mərtəbə -
122 000Dünən, 19:52Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə -
250 000Dünən, 19:39Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Səbail r.
3 otaqlı 68 m² 3/5 mərtəbə -
1 000Dünən, 19:28Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
60 m² -
1 800Dünən, 19:27Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 90 m² 7/19 mərtəbə -
1 600Dünən, 19:21Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 105 m² 13/18 mərtəbə -
143 000Dünən, 19:18Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 109 m² 14/14 mərtəbə -
1 500Dünən, 19:16Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 17/19 mərtəbə -
250 000Dünən, 19:14Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 99 m² 8/18 mərtəbə -
1 600Dünən, 19:13Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 150 m² 7/16 mərtəbə -
143 000Dünən, 19:08Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 109 m² 14/14 mərtəbə -
125 000Dünən, 19:08Satılır Köhnə Tikili
Səbail r.
2 otaqlı 43 m² 1/3 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller