Mənzil və obyekt alarkən ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verildi

MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal yaradılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.
Bu barədə Marja-ya Dövlət Vergi Xidmətindən bildirilib.
Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.
Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:
- Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
- Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
- ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
- Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
- 25.11.2022
- 567
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
510Bugün, 14:29Kirayə (aylıq) Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 70 m² 11/20 mərtəbə -
210 000Bugün, 14:27Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi r.
1 otaqlı 70 m² 16/17 mərtəbə -
7 500Bugün, 14:25Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
450 m² -
550Bugün, 14:22Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Yeganə şadlıq sarayı, Nəsimi r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
550Bugün, 14:17Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
16 m² -
230 000Bugün, 14:17Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 75 m² 13/16 mərtəbə -
420 000Bugün, 14:14Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 95 m² 4/17 mərtəbə -
234 000Bugün, 14:11Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 72 m² 11/14 mərtəbə -
104 000Bugün, 14:07Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 95 m² 9/15 mərtəbə -
5 000Bugün, 14:04Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
200 m² -
400Bugün, 14:04Kirayə (aylıq) Obyekt
Yeni Yasamal qəs., Yasamal r.
36 m² -
315 000Bugün, 14:03Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 140 m² 9/16 mərtəbə -
550Bugün, 14:02Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 65 m² 4/5 mərtəbə -
265 000Bugün, 13:57Satılır Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
3 otaqlı 115 m² 6/17 mərtəbə -
249 000Bugün, 13:54Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 65 m² 7/17 mərtəbə -
200Bugün, 13:52Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Nizami r.
3 otaqlı 80 m² 10/11 mərtəbə -
230 000Bugün, 13:51Satılır Bağ evi
H.Aslanov qəs., Xətai r.
4 otaqlı 1 sot -
212 000Bugün, 13:45Satılır Yeni Tikili
Zabitlər parkı, Nəsimi r.
2 otaqlı 53 m² 7/14 mərtəbə -
69 000Bugün, 13:38Satılır Həyət evi/villa
Hökməli, Abşeron r.
3 otaqlı 80 m² -
65 650Bugün, 13:37Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 73 m² 15/16 mərtəbə -
155 000Bugün, 13:33Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
130 000Bugün, 13:30Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
1 otaqlı 30 m² 1/4 mərtəbə -
168 000Bugün, 13:28Satılır Köhnə Tikili
Sabunçu r.
3 otaqlı 60 m² 3/9 mərtəbə -
900Bugün, 13:28Kirayə (aylıq) Yeni Tikili
Nizami r.
3 otaqlı 109 m² 13/16 mərtəbə -
549Bugün, 13:23Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 59 m² 4/5 mərtəbə -
931 500Bugün, 13:17Satılır Yeni Tikili
Sahil m., Səbail r.
5 otaqlı 207 m² 4/10 mərtəbə -
380 000Bugün, 13:12Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
5 otaqlı 340 m² -
899Bugün, 13:12Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 13/16 mərtəbə -
143 000Bugün, 13:06Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
4 otaqlı 180 m² -
110 000Bugün, 13:03Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 75 m² 3/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

