Mənzil və obyekt alarkən ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verildi
MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal yaradılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.
Bu barədə Marja-ya Dövlət Vergi Xidmətindən bildirilib.
Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.
Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:
- Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
- Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
- ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
- Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
- 25.11.2022
- 566
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
150 000Bugün, 13:22Satılır Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
3 otaqlı 47 m² 5/5 mərtəbə -
415 000Bugün, 13:19Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 97 m² 6/16 mərtəbə -
207 000Bugün, 13:17Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 55 m² 6/17 mərtəbə -
335 999Bugün, 13:12Satılır Obyekt
28 May m., Nəsimi r.
50 m² -
500Bugün, 13:11Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 45 m² 1/9 mərtəbə -
950Bugün, 13:10Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 135 m² 4/18 mərtəbə -
698Bugün, 13:10Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
1 otaqlı 40 m² 4/14 mərtəbə -
288 000Bugün, 13:09Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 11/19 mərtəbə -
103 000Bugün, 13:07Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 10/10 mərtəbə -
650Bugün, 13:06Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 8/16 mərtəbə -
178 999Bugün, 13:06Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 55 m² 8/9 mərtəbə -
100Bugün, 12:58Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 120 m² -
265 000Bugün, 12:57Satılır Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 95 m² 24/24 mərtəbə -
72 000Bugün, 12:55Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 40 m² 1/6 mərtəbə -
84 000Bugün, 12:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 1/6 mərtəbə -
86 000Bugün, 12:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 60 m² 1/6 mərtəbə -
114 800Bugün, 12:53Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
1 otaqlı 40 m² 5/9 mərtəbə -
249 000Bugün, 12:43Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
5 otaqlı 150 m² -
380 000Bugün, 12:42Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 100 m² 12/17 mərtəbə -
90 000Bugün, 12:42Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 87 m² -
380 000Bugün, 12:40Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 100 m² 13/17 mərtəbə -
600 000Bugün, 12:36Satılır Torpaq
Goranboy ş.
5500 sot -
355 000Bugün, 12:34Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 96 m² 10/20 mərtəbə -
799Bugün, 12:34Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
118 000Bugün, 12:30Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 76.5 m² 9/10 mərtəbə -
215 000Bugün, 12:30Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 65 m² 8/9 mərtəbə -
295 000Bugün, 12:30Satılır Həyət evi/villa
Neftçilər m., Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
5 240Bugün, 12:27Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
1 otaqlı 262 m² -
205 000Bugün, 12:23Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.5 sot -
400Bugün, 12:22Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller