Mənzil bazarında qiymətlər düşəcək? - Ekspertlər ucuzlaşma gözləyir
Son günlər mənzil və torpaq bazarında qiymət dəyişiklikləri gündəmdə olan əsas mövzulardandır. Alıcı və satıcıların gözləntiləri dəyişdiyi üçün bazarın ümumi vəziyyəti əvvəlki illərlə müqayisədə daha həssas görünür. Bəzi seqmentlərdə qiymətlərin enməsi isə bunun təsadüfi yox, daha ciddi iqtisadi və sosial səbəblərlə bağlı olduğunu göstərir. Əmlak eksperti Elnur Fərzəliyev daşınmaz əmlak bazarındakı vəziyyəti belə izah edib:“Son illər xüsusən də paytaxt Bakı şəhərində daşınmaz əmlakın satış qiymətlərində kəskin artım müşahidə olunur. Qiymətlərin həddən artıq yüksəlməsi nəticəsində əmlak bazarı ciddi müştəri qıtlığı ilə üzləşib. Son 3-4 ayın statistikasına baxdıqda da aydın görünür ki, bu dövrdə bazarda alıcı çatışmazlığı ciddi şəkildə artıb. Bu vəziyyət süni şəkildə artırılan qiymətlərin qarşısını alır və müəyyən dərəcədə qiymətlərin enməsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxt və ətraf ərazilərdə aparılan söküntü işləri də bazara təsir göstərir:
“Dövlət ehtiyacı üçün alınan və sökülən mənzillərin sahiblərinə kompensasiya olaraq vəsait verilir. Bu kateqoriyaya aid alıcıların böyük qismi isə Bakıətrafı ərazilərə üstünlük verir. Bakının mərkəzi hissələrində, xüsusilə Yasamal və “Sovetski” kimi söküntü aparılan ərazilərdə mənzillərin ümumi sahəsi kiçik olduğuna görə verilən kompensasiyalar daha çox Bakıətrafı ərazilərdən mənzil almağa kifayət edir. Bu isə Xırdalan, Masazır və digər Bakı kəndlərində fərdi yaşayış evlərinə tələbatı artırır”.
E.Fərzəliyev bildirib ki, digər tərəfdən Xırdalan, Masazır və digər sıx yaşayış massivlərində son aylarda kütləvi şəkildə əmlakların satışa çıxarılması müşahidə edilir:
“Buna əsas səbəb həmin ərazilərdə nəqliyyat sıxlığının artmasıdır. Bu ərazilərdə yaşayan, lakin işi paytaxtın mərkəzində olan insanlar günün bir neçə saatını yollarda keçirdikləri üçün həmin zonalarda yaşamağı çətin hesab edir və mərkəzə daha yaxın, hərəkət sıxlığı az olan ərazilərə köçməyə üstünlük verirlər. Nəticədə, bu ərazilərdə çoxalan satışlar rəqabəti artırdığı üçün qiymətlərin enməsinə gətirib çıxarır”.
O, həmçinin əlavə edib ki, əmlak bazarında müşahidə olunan alıcı azlığı uzun müddət davam edərsə, bu, bazarda daha ciddi qiymət enmələri ilə nəticələnə bilər.
“Digər tərəfdən, həm dövlət, eləcə də özəl sektor tərəfindən reallaşdırılan müxtəlif layihələrdə mənzillərin satış şəraiti daha əlçatan sosial və ya güzəştli şərtlərlə təklif olunur. Bu isə xüsusilə aztəminatlı və nağd vəsaiti olmayan şəxslərin diqqətini həmin layihələrə yönəldir.
Yaxın gələcəkdə əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə və pul axını artmazsa, qiymət enmələrinin davam etməsi ehtimal olunur. Bununla yanaşı, qiymət artımları daha çox yeni tikililərdə qeydə alınır. Əsas səbəb son 3-4 il ərzində Bakıda çoxmənzilli yaşayış binalarının inşasının azalmasıdır. Tikintinin azalması rəqabəti aşağı salır və bu səbəbdən tikinti şirkətləri mənzilləri maksimum qiymətlərlə satışa çıxarırlar”, – deyə ekspert qeyd edib
- 01.12.2025
- 229
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
342 000Dünən, 22:00Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 100 m² 6/17 mərtəbə -
419 000Dünən, 21:59Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 104 m² 12/16 mərtəbə -
420 000Dünən, 21:31Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
4 otaqlı 140 m² 4/20 mərtəbə -
300Dünən, 20:47Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı -
325 000Dünən, 20:47Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 97 m² 12/17 mərtəbə -
385 000Dünən, 20:44Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 101 m² 13/17 mərtəbə -
650Dünən, 20:44Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 86 m² 7/14 mərtəbə -
70 000Dünən, 20:43Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 35 m² 1/3 mərtəbə -
65 000Dünən, 20:29Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 66.22 m² 3/4 mərtəbə -
1 000Dünən, 20:25Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Səbail r.
3 otaqlı 92 m² 6/18 mərtəbə -
450Dünən, 20:16Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
130 000Dünən, 20:01Satılır Həyət evi/villa
Koroğlu m., Sabunçu qəs., Sabunçu r.
3 otaqlı 100 m² -
160 000Dünən, 19:57Satılır Obyekt
8 Noyabr m., H.Aslanov qəs., Xətai r.
45 m² -
750Dünən, 19:19Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 124 m² 8/16 mərtəbə -
2 200Dünən, 19:18Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
60 m² -
475 000Dünən, 19:03Satılır Yeni Tikili
8 Noyabr m., Neftçi bazası, Nəsimi r.
4 otaqlı 190 m² 10/20 mərtəbə -
1 000Dünən, 18:58Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 122 m² 3/12 mərtəbə -
190Dünən, 18:54Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
4 otaqlı 110 m² 5/5 mərtəbə -
3 000Dünən, 18:52Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 191 m² 4/21 mərtəbə -
375 000Dünən, 18:48Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 149 m² 8/16 mərtəbə -
470Dünən, 18:47Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 35 m² 5/5 mərtəbə -
142 000Dünən, 18:45Satılır Torpaq
Bilgəh qəs., Sabunçu r.
10 sot -
132 000Dünən, 18:44Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 35 m² 5/5 mərtəbə -
205 000Dünən, 18:33Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 72 m² 6/16 mərtəbə -
278 000Dünən, 18:24Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 140 m² 7/17 mərtəbə -
1 200Dünən, 18:22Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 101 m² 8/18 mərtəbə -
205 000Dünən, 18:18Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 75 m² 8/10 mərtəbə -
172 000Dünən, 18:18Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
350 000Dünən, 18:15Satılır Yeni Tikili
Xətai m., Əhmədli, Ukrayna dairəsi, Xətai r.
3 otaqlı 142 m² 4/17 mərtəbə -
750Dünən, 18:10Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 30 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller