Mənzil bazarında qiymətlər düşəcək? - Ekspertlər ucuzlaşma gözləyir

Son günlər mənzil və torpaq bazarında qiymət dəyişiklikləri gündəmdə olan əsas mövzulardandır. Alıcı və satıcıların gözləntiləri dəyişdiyi üçün bazarın ümumi vəziyyəti əvvəlki illərlə müqayisədə daha həssas görünür. Bəzi seqmentlərdə qiymətlərin enməsi isə bunun təsadüfi yox, daha ciddi iqtisadi və sosial səbəblərlə bağlı olduğunu göstərir. Əmlak eksperti Elnur Fərzəliyev daşınmaz əmlak bazarındakı vəziyyəti belə izah edib:“Son illər xüsusən də paytaxt Bakı şəhərində daşınmaz əmlakın satış qiymətlərində kəskin artım müşahidə olunur. Qiymətlərin həddən artıq yüksəlməsi nəticəsində əmlak bazarı ciddi müştəri qıtlığı ilə üzləşib. Son 3-4 ayın statistikasına baxdıqda da aydın görünür ki, bu dövrdə bazarda alıcı çatışmazlığı ciddi şəkildə artıb. Bu vəziyyət süni şəkildə artırılan qiymətlərin qarşısını alır və müəyyən dərəcədə qiymətlərin enməsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxt və ətraf ərazilərdə aparılan söküntü işləri də bazara təsir göstərir:
“Dövlət ehtiyacı üçün alınan və sökülən mənzillərin sahiblərinə kompensasiya olaraq vəsait verilir. Bu kateqoriyaya aid alıcıların böyük qismi isə Bakıətrafı ərazilərə üstünlük verir. Bakının mərkəzi hissələrində, xüsusilə Yasamal və “Sovetski” kimi söküntü aparılan ərazilərdə mənzillərin ümumi sahəsi kiçik olduğuna görə verilən kompensasiyalar daha çox Bakıətrafı ərazilərdən mənzil almağa kifayət edir. Bu isə Xırdalan, Masazır və digər Bakı kəndlərində fərdi yaşayış evlərinə tələbatı artırır”.
E.Fərzəliyev bildirib ki, digər tərəfdən Xırdalan, Masazır və digər sıx yaşayış massivlərində son aylarda kütləvi şəkildə əmlakların satışa çıxarılması müşahidə edilir:
“Buna əsas səbəb həmin ərazilərdə nəqliyyat sıxlığının artmasıdır. Bu ərazilərdə yaşayan, lakin işi paytaxtın mərkəzində olan insanlar günün bir neçə saatını yollarda keçirdikləri üçün həmin zonalarda yaşamağı çətin hesab edir və mərkəzə daha yaxın, hərəkət sıxlığı az olan ərazilərə köçməyə üstünlük verirlər. Nəticədə, bu ərazilərdə çoxalan satışlar rəqabəti artırdığı üçün qiymətlərin enməsinə gətirib çıxarır”.
O, həmçinin əlavə edib ki, əmlak bazarında müşahidə olunan alıcı azlığı uzun müddət davam edərsə, bu, bazarda daha ciddi qiymət enmələri ilə nəticələnə bilər.
“Digər tərəfdən, həm dövlət, eləcə də özəl sektor tərəfindən reallaşdırılan müxtəlif layihələrdə mənzillərin satış şəraiti daha əlçatan sosial və ya güzəştli şərtlərlə təklif olunur. Bu isə xüsusilə aztəminatlı və nağd vəsaiti olmayan şəxslərin diqqətini həmin layihələrə yönəldir.
Yaxın gələcəkdə əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə və pul axını artmazsa, qiymət enmələrinin davam etməsi ehtimal olunur. Bununla yanaşı, qiymət artımları daha çox yeni tikililərdə qeydə alınır. Əsas səbəb son 3-4 il ərzində Bakıda çoxmənzilli yaşayış binalarının inşasının azalmasıdır. Tikintinin azalması rəqabəti aşağı salır və bu səbəbdən tikinti şirkətləri mənzilləri maksimum qiymətlərlə satışa çıxarırlar”, – deyə ekspert qeyd edib
- 01.12.2025
- 234
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
2 500Bugün, 10:27Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
1000 m² -
127 000Bugün, 10:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 83 m² 1/9 mərtəbə -
3 500Bugün, 10:21Kirayə (aylıq) Obyekt
Qaraçuxur qəs., Suraxanı r.
1000 m² -
130 000Bugün, 10:19Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
2 otaqlı 83 m² 1/16 mərtəbə -
330Bugün, 10:04Kirayə (aylıq) Həyət evi/villa
Nəsimi m., 6-cı mikrorayon, Binəqədi r.
1 otaqlı 25 m² -
450Bugün, 09:56Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 62 m² 4/8 mərtəbə -
120 000Bugün, 09:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 3/8 mərtəbə -
115 000Bugün, 09:44Satılır Obyekt
Salyan ş.
1450 m² -
70Bugün, 09:43Kirayə (günlük) Köhnə Tikili
28 May m., 28 Mall, Səbail r.
3 otaqlı 87 m² 3/5 mərtəbə -
40Bugün, 09:18Kirayə (günlük) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 75 m² 2/9 mərtəbə -
500Bugün, 07:39Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 70 m² 4/6 mərtəbə -
580Bugün, 06:30Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 65888 m² 10/17 mərtəbə -
168 000Bugün, 05:31Satılır Həyət evi/villa
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 120 m² -
750Bugün, 03:35Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
3 otaqlı 70 m² -
400Bugün, 02:00Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 100 m² -
750Bugün, 00:58Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Sərhədçi İdman Kompleksi, Xətai r.
100 m² -
85 000Bugün, 00:45Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 58 m² 8/13 mərtəbə -
450Bugün, 00:37Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 71 m² 12/14 mərtəbə -
170 000Dünən, 23:53Satılır Həyət evi/villa
Həzi Aslanov m., Xətai r.
4 otaqlı 96 m² -
48 000Dünən, 23:31Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 90 m² -
85 000Dünən, 23:26Satılır Həyət evi/villa
Siyazən ş.
4 otaqlı 100 m² -
22 500Dünən, 23:25Satılır Torpaq
Xocaəsən m., Xocəsən qəs., Binəqədi r.
1.5 sot -
400Dünən, 23:17Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
1 otaqlı 25 m² -
1 200Dünən, 22:46Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Bulvar, Səbail r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
157 000Dünən, 22:38Satılır Həyət evi/villa
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 160 m² -
152 000Dünən, 22:35Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 90 m² 7/15 mərtəbə -
850Dünən, 22:14Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 120 m² 11/18 mərtəbə -
295 000Dünən, 21:53Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 75 m² 2/6 mərtəbə -
225 000Dünən, 21:48Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 137 m² 8/16 mərtəbə -
363 000Dünən, 21:45Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 101 m² 6/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

