İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Bu barədə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu sahə üzrə 2023-cü ilin yanvar-aprel aylarının statistikasına nəzər yetirək.
2023-cü ilin yanvar-aprel ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
2023-cü yanvar-aprel ayları ərzində ölkəmizdə 24769 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə 2668 və ya 12,1% çox olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2023-cü ilin ilk dörd ayı ərzində 13510 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 24769 əmlakdan 5467-si torpaq sahəsinin, 3592-si isə fərdi yaşayış evinin payına düşüb.
2023-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri | Müqavilə sayı | Ümumi göstəricidə payı (faizlə) |
Mənzil | 13510 | 54.5% |
Torpaq sahəsi | 5467 | 22.1% |
Fərdi yaşayış evləri | 3592 | 14.5% |
Qeyri-yaşayış sahələri | 858 | 3.5% |
Qeyri-yaşayış binaları | 700 | 2.8% |
Bağ evləri | 404 | 1.6% |
Digərlər | 238 | 1.0% |
Ümumi | 24769 | 100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
Bu ilin ilk 4 ayı ərzində paytaxtda ümumilikdə 12.602 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 50,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (3305 müqavilə), 5 saylı Xaçmaz (1323 müqavilə), 2 saylı Sumqayıt (1263 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1074 müqavilə) aparılıb.
Sıra № | Ərazi İdarələrinin adı | İpoteka müqaviləsinin ümumi sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 12602 | 50.9% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 3305 | 13.3% |
3. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 1323 | 5.3% |
4. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 1263 | 5.1% |
5. | 3 saylı Gəncə Ərazi İdarəsi | 1074 | 4.3% |
6. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 944 | 3.8% |
7. | 17 saylı Yevlax Ərazi İdarəsi | 502 | 2.0% |
8. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 491 | 2.0% |
9. | 13 saylı Şirvan Ərazi İdarəsi | 468 | 1.9% |
10. | 7 saylı Bərdə Ərazi İdarəsi | 420 | 1.7% |
11. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 371 | 1.5% |
12. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 371 | 1.5% |
13. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 363 | 1.5% |
14. | 12 saylı Şəki Ərazi İdarəsi | 300 | 1.2% |
15. | 15 saylı Tovuz Ərazi İdarəsi | 293 | 1.2% |
16. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 266 | 1.1% |
17. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 213 | 0.9% |
18. | 16 saylı Ucar Ərazi İdarəsi | 200 | 0.8% |
Ölkə üzrə | 24769 | 100% | |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 9748 | 72.2% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1998 | 14.8% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 845 | 6.3% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 377 | 2.8% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 174 | 1.3% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 121 | 0.9% |
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin ilk dörd ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin yurisdiksiyalarında yerləşir.
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 1027 | 28.6% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 639 | 17.8% |
3. | 3 saylı Gəncə Ərazi İdarəsi | 306 | 8.5% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 200 | 5.6% |
5. | 7 saylı Bərdə Ərazi İdarəsi | 170 | 4.7% |
6. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 152 | 4.2% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (62 müqavilə) və 16 saylı Ucar (71 müqavilə) ərazi idarələridir.
OXU.AZ
- 24.05.2023
- 2095
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
740Dünən, 23:15Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 70 m² 3/16 mərtəbə -
19 000Dünən, 22:54Satılır Torpaq
Koroğlu m., Maştağa qəs., Sabunçu r.
5 sot -
1 100Dünən, 21:38Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 100 m² 16/16 mərtəbə -
380 000Dünən, 21:25Satılır Xarici Əmlak
3 otaqlı 116 m² -
10 005Dünən, 21:03Kirayə (aylıq) Obyekt
20 Yanvar m., Badamdar qəs., Səbail r.
1005 m² -
47 496Dünən, 20:45Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 60 m² -
2 800Dünən, 20:40Kirayə (aylıq) Yeni Tikili
28 May m., Səbail r.
3 otaqlı 120 m² 3/33 mərtəbə -
7 500Dünən, 20:33Satılır Torpaq
Türkan, Xəzər r.
12 sot -
1 199Dünən, 20:22Kirayə (aylıq) Yeni Tikili
İST Petrol Tilbisi prospekti, Nəsimi r.
3 otaqlı 110 m² 15/27 mərtəbə -
503Dünən, 20:10Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 60 m² 8/9 mərtəbə -
82 000Dünən, 20:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 4/6 mərtəbə -
108 000Dünən, 19:59Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 4/10 mərtəbə -
599Dünən, 19:56Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 70 m² 8/9 mərtəbə -
999Dünən, 19:49Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 100 m² 4/16 mərtəbə -
109 000Dünən, 19:42Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 4/10 mərtəbə -
600Dünən, 19:33Kirayə (aylıq) Köhnə Tikili
Nərimanov r.
2 otaqlı 70 m² 5/5 mərtəbə -
85 500Dünən, 19:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 56 m² 4/6 mərtəbə -
1 240 000Dünən, 19:23Satılır Yeni Tikili
Elmlər akademiyası m., Səbail r.
4 otaqlı 240 m² 9/23 mərtəbə -
520 000Dünən, 19:20Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 192 m² 6/16 mərtəbə -
1 003Dünən, 19:19Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 70 m² 2/16 mərtəbə -
65 000Dünən, 19:16Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 70 m² -
82 000Dünən, 19:14Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 54 m² 4/6 mərtəbə -
550Dünən, 19:06Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 60 m² 1/9 mərtəbə -
114 500Dünən, 19:03Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 6/10 mərtəbə -
119 000Dünən, 18:45Satılır Yeni Tikili
Xətai r.
3 otaqlı 85 m² 2/4 mərtəbə -
78 000Dünən, 18:36Satılır Yeni Tikili
Sumqayıt ş.
3 otaqlı 101 m² 6/12 mərtəbə -
239 000Dünən, 18:34Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Rəssamlıq Akademiyası, Nərimanov r.
3 otaqlı 80 m² 3/5 mərtəbə -
450Dünən, 18:34Kirayə (aylıq) Ofis
Binəqədi r.
1 otaqlı 24 m² -
2 000Dünən, 18:19Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal r.
5 otaqlı 150 m² -
595 000Dünən, 18:18Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 170 m² 9/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

