İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Bu barədə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu sahə üzrə 2023-cü ilin yanvar-aprel aylarının statistikasına nəzər yetirək.
2023-cü ilin yanvar-aprel ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
2023-cü yanvar-aprel ayları ərzində ölkəmizdə 24769 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə 2668 və ya 12,1% çox olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2023-cü ilin ilk dörd ayı ərzində 13510 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 24769 əmlakdan 5467-si torpaq sahəsinin, 3592-si isə fərdi yaşayış evinin payına düşüb.
2023-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri | Müqavilə sayı | Ümumi göstəricidə payı (faizlə) |
Mənzil | 13510 | 54.5% |
Torpaq sahəsi | 5467 | 22.1% |
Fərdi yaşayış evləri | 3592 | 14.5% |
Qeyri-yaşayış sahələri | 858 | 3.5% |
Qeyri-yaşayış binaları | 700 | 2.8% |
Bağ evləri | 404 | 1.6% |
Digərlər | 238 | 1.0% |
Ümumi | 24769 | 100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
Bu ilin ilk 4 ayı ərzində paytaxtda ümumilikdə 12.602 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 50,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (3305 müqavilə), 5 saylı Xaçmaz (1323 müqavilə), 2 saylı Sumqayıt (1263 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1074 müqavilə) aparılıb.
Sıra № | Ərazi İdarələrinin adı | İpoteka müqaviləsinin ümumi sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 12602 | 50.9% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 3305 | 13.3% |
3. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 1323 | 5.3% |
4. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 1263 | 5.1% |
5. | 3 saylı Gəncə Ərazi İdarəsi | 1074 | 4.3% |
6. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 944 | 3.8% |
7. | 17 saylı Yevlax Ərazi İdarəsi | 502 | 2.0% |
8. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 491 | 2.0% |
9. | 13 saylı Şirvan Ərazi İdarəsi | 468 | 1.9% |
10. | 7 saylı Bərdə Ərazi İdarəsi | 420 | 1.7% |
11. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 371 | 1.5% |
12. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 371 | 1.5% |
13. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 363 | 1.5% |
14. | 12 saylı Şəki Ərazi İdarəsi | 300 | 1.2% |
15. | 15 saylı Tovuz Ərazi İdarəsi | 293 | 1.2% |
16. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 266 | 1.1% |
17. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 213 | 0.9% |
18. | 16 saylı Ucar Ərazi İdarəsi | 200 | 0.8% |
Ölkə üzrə | 24769 | 100% | |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 9748 | 72.2% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1998 | 14.8% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 845 | 6.3% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 377 | 2.8% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 174 | 1.3% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 121 | 0.9% |
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin ilk dörd ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin yurisdiksiyalarında yerləşir.
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 1027 | 28.6% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 639 | 17.8% |
3. | 3 saylı Gəncə Ərazi İdarəsi | 306 | 8.5% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 200 | 5.6% |
5. | 7 saylı Bərdə Ərazi İdarəsi | 170 | 4.7% |
6. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 152 | 4.2% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (62 müqavilə) və 16 saylı Ucar (71 müqavilə) ərazi idarələridir.
OXU.AZ
- 24.05.2023
- 2050
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
800Bugün, 18:48Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 133 m² 2/6 mərtəbə -
1 800Bugün, 18:47Kirayə (aylıq) Obyekt
Sahil m., Bulvar, Səbail r.
190 m² -
3 000Bugün, 18:47Kirayə (aylıq) Ofis
İçərişəhər m., Nəsimi r.
6 otaqlı 220 m² -
200 000Bugün, 18:41Satılır Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
170 m² -
650Bugün, 18:28Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 85 m² 6/17 mərtəbə -
102 000Bugün, 18:27Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 84 m² 10/18 mərtəbə -
345 000Bugün, 18:27Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 90 m² 15/17 mərtəbə -
1 800Bugün, 18:25Kirayə (aylıq) Ofis
Ağ şəhər, Xətai r.
3 otaqlı 100 m² -
18 000Bugün, 18:24Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 129 m² 3/16 mərtəbə -
750Bugün, 18:23Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Şərq Bazarı, Nərimanov r.
2 otaqlı 65 m² 16/16 mərtəbə -
1 200Bugün, 18:22Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Dədə Qorqud parkı, Nəsimi r.
2 otaqlı 93 m² 6/20 mərtəbə -
500Bugün, 18:21Kirayə (aylıq) Obyekt
Sabunçu r.
80 m² -
80 000Bugün, 18:19Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 13/16 mərtəbə -
190 000Bugün, 18:14Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 133 m² 2/6 mərtəbə -
1 400Bugün, 18:10Kirayə (aylıq) Obyekt
Ulduz m., Nərimanov r.
170 m² -
286 000Bugün, 18:09Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 87 m² 8/19 mərtəbə -
2 200Bugün, 18:09Kirayə (aylıq) Ofis
Ağ şəhər, Xətai r.
4 otaqlı 140 m² -
380Bugün, 18:06Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 90 m² -
170 000Bugün, 18:04Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 200 m² -
900Bugün, 18:03Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
2 otaqlı 60 m² 2/7 mərtəbə -
700Bugün, 18:01Kirayə (aylıq) Yeni Tikili
Sabunçu r.
2 otaqlı 76 m² 10/14 mərtəbə -
290 000Bugün, 18:01Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 68 m² 3/18 mərtəbə -
650Bugün, 17:55Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 70 m² 3/16 mərtəbə -
170 000Bugün, 17:50Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 100 m² 9/9 mərtəbə -
50Bugün, 17:45Kirayə (günlük) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 70 m² 8/12 mərtəbə -
1 300Bugün, 17:41Kirayə (aylıq) Ofis
Nəsimi r.
3 otaqlı 100 m² -
700Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 65 m² 8/19 mərtəbə -
650Bugün, 17:39Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 47 m² 12/20 mərtəbə -
285 000Bugün, 17:37Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
3 otaqlı 65 m² 2/5 mərtəbə -
230 000Bugün, 17:36Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
4 otaqlı 120 m² 9/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

