İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar
Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Bu barədə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu sahə üzrə 2023-cü ilin yanvar-aprel aylarının statistikasına nəzər yetirək.
2023-cü ilin yanvar-aprel ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
2023-cü yanvar-aprel ayları ərzində ölkəmizdə 24769 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə 2668 və ya 12,1% çox olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2023-cü ilin ilk dörd ayı ərzində 13510 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 24769 əmlakdan 5467-si torpaq sahəsinin, 3592-si isə fərdi yaşayış evinin payına düşüb.
2023-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri | Müqavilə sayı | Ümumi göstəricidə payı (faizlə) |
Mənzil | 13510 | 54.5% |
Torpaq sahəsi | 5467 | 22.1% |
Fərdi yaşayış evləri | 3592 | 14.5% |
Qeyri-yaşayış sahələri | 858 | 3.5% |
Qeyri-yaşayış binaları | 700 | 2.8% |
Bağ evləri | 404 | 1.6% |
Digərlər | 238 | 1.0% |
Ümumi | 24769 | 100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
Bu ilin ilk 4 ayı ərzində paytaxtda ümumilikdə 12.602 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 50,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (3305 müqavilə), 5 saylı Xaçmaz (1323 müqavilə), 2 saylı Sumqayıt (1263 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1074 müqavilə) aparılıb.
Sıra № | Ərazi İdarələrinin adı | İpoteka müqaviləsinin ümumi sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 12602 | 50.9% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 3305 | 13.3% |
3. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 1323 | 5.3% |
4. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 1263 | 5.1% |
5. | 3 saylı Gəncə Ərazi İdarəsi | 1074 | 4.3% |
6. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 944 | 3.8% |
7. | 17 saylı Yevlax Ərazi İdarəsi | 502 | 2.0% |
8. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 491 | 2.0% |
9. | 13 saylı Şirvan Ərazi İdarəsi | 468 | 1.9% |
10. | 7 saylı Bərdə Ərazi İdarəsi | 420 | 1.7% |
11. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 371 | 1.5% |
12. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 371 | 1.5% |
13. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 363 | 1.5% |
14. | 12 saylı Şəki Ərazi İdarəsi | 300 | 1.2% |
15. | 15 saylı Tovuz Ərazi İdarəsi | 293 | 1.2% |
16. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 266 | 1.1% |
17. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 213 | 0.9% |
18. | 16 saylı Ucar Ərazi İdarəsi | 200 | 0.8% |
Ölkə üzrə | 24769 | 100% | |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 9748 | 72.2% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1998 | 14.8% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 845 | 6.3% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 377 | 2.8% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 174 | 1.3% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 121 | 0.9% |
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin ilk dörd ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin yurisdiksiyalarında yerləşir.
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 1027 | 28.6% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 639 | 17.8% |
3. | 3 saylı Gəncə Ərazi İdarəsi | 306 | 8.5% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 200 | 5.6% |
5. | 7 saylı Bərdə Ərazi İdarəsi | 170 | 4.7% |
6. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 152 | 4.2% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (62 müqavilə) və 16 saylı Ucar (71 müqavilə) ərazi idarələridir.
OXU.AZ
- 24.05.2023
- 2049
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
700Bugün, 10:42Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 63 m² 14/15 mərtəbə -
65 000Bugün, 10:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 35 m² 2/6 mərtəbə -
1 600Bugün, 10:38Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 150 m² 5/7 mərtəbə -
460 000Bugün, 10:34Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
4 otaqlı 181 m² 9/17 mərtəbə -
1 000Bugün, 10:28Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m² 18/22 mərtəbə -
500Bugün, 10:25Kirayə (aylıq) Yeni Tikili
Aşağı Güzdək, Abşeron r.
3 otaqlı 90 m² 10/10 mərtəbə -
640 000Bugün, 10:03Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 8 sot -
1 200 000Bugün, 10:01Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
6 otaqlı 9 sot -
310 000Bugün, 09:59Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.5 sot -
205 000Bugün, 09:57Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.3 sot -
295 000Bugün, 09:53Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3 sot -
350 000Bugün, 09:52Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 120 m² 5/18 mərtəbə -
150 000Bugün, 09:46Satılır Köhnə Tikili
Sahil qəs., Qaradağ r.
3 otaqlı 90 m² 1/9 mərtəbə -
2 000Bugün, 09:26Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., AMAY, Xətai r.
180 m² -
60Bugün, 08:32Kirayə (günlük) Həyət evi/villa
Şəki ş.
2 otaqlı 50 m² -
21 500Bugün, 08:10Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 80 m² -
100Bugün, 08:02Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
5 otaqlı -
450Bugün, 07:32Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 100 m² -
300Bugün, 07:28Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 56 m² -
130Bugün, 06:41Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 25 m² -
67 000Bugün, 04:45Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 120 m² -
248 000Bugün, 03:01Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 98 m² 3/17 mərtəbə -
500Bugün, 02:52Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Xutor qəsəbəsi, Binəqədi r.
2 otaqlı 80 m² 1/1 mərtəbə -
600Bugün, 02:47Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 65 m² 4/5 mərtəbə -
1 100Bugün, 02:37Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 70 m² 8/17 mərtəbə -
750Bugün, 02:29Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 60 m² 10/16 mərtəbə -
699Bugün, 02:21Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 65 m² 3/17 mərtəbə -
500Bugün, 02:13Kirayə (aylıq) Köhnə Tikili
8-ci kilometr, Nizami r.
1 otaqlı 35 m² 2/5 mərtəbə -
500Bugün, 02:07Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
1 100Bugün, 01:59Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 135 m² 10/19 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller