İkinci Qarabağ müharibəsi zamanı ziyan dəyən 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri yekunlaşdı

Azərbaycanda 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasında deyilir.
"İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib", - məlumatda deyilir.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə paralel olaraq start verib: ilk mərhələdə zəruri hazırlıq işləri aparılıb, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılıb, iş həcmi dəqiqləşdirilib, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılıb, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanıb.
Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
"Hazırkı mərhələdə 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə surətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib", - komitənin məlumatında bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların mümkün ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər edib və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. (Apa)
- 11.07.2021
- 413
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
210 000Bugün, 19:13Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 53 m² 16/17 mərtəbə -
132 000Bugün, 19:12Satılır Köhnə Tikili
Neftçilər m., Qaraçuxur qəs., Suraxanı r.
3 otaqlı 50 m² 2/9 mərtəbə -
300 000Bugün, 19:06Satılır Torpaq
Qobustan qəs., Sahil bağı, Qaradağ r.
100 sot -
69 000Bugün, 18:59Satılır Obyekt
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
30 m² -
1 200Bugün, 18:49Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 170 m² 6/16 mərtəbə -
1 298Bugün, 18:38Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 7/16 mərtəbə -
600Bugün, 18:30Kirayə (aylıq) Köhnə Tikili
Xətai r.
2 otaqlı 60 m² 3/5 mərtəbə -
250Bugün, 18:29Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal r.
1 otaqlı 10 m² -
160 000Bugün, 18:24Satılır Həyət evi/villa
Quba ş.
10 otaqlı 230 m² -
550Bugün, 18:21Kirayə (aylıq) Obyekt
Yasamal r.
58 m² -
800Bugün, 18:06Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
130 000Bugün, 18:05Satılır Köhnə Tikili
Bayıl qəs., Səbail r.
2 otaqlı 42 m² 1/5 mərtəbə -
699Bugün, 18:01Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
4 otaqlı 140 m² 18/18 mərtəbə -
399 999Bugün, 17:55Satılır Yeni Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
3 otaqlı 150 m² 6/16 mərtəbə -
250 000Bugün, 17:52Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
4 otaqlı 110 m² 8/9 mərtəbə -
650Bugün, 17:51Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 82 m² 12/17 mərtəbə -
600Bugün, 17:49Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 65 m² 11/16 mərtəbə -
61 000Bugün, 17:49Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 55 m² 6/6 mərtəbə -
750Bugün, 17:47Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 61 m² 6/15 mərtəbə -
900Bugün, 17:46Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 130 m² 2/12 mərtəbə -
700Bugün, 17:45Kirayə (aylıq) Obyekt
Əhmədli m., Xətai r.
35 m² -
150 000Bugün, 17:37Satılır Obyekt
Əhmədli m., Xətai r.
35 m² -
135 000Bugün, 17:35Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
699Bugün, 17:29Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
3 otaqlı 72 m² -
750 000Bugün, 17:29Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
5 otaqlı 400 m² -
247 000Bugün, 17:27Satılır Yeni Tikili
8 Noyabr m., Nərimanov r.
2 otaqlı 67 m² 15/17 mərtəbə -
600Bugün, 17:24Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 110 m² 6/16 mərtəbə -
1 200Bugün, 17:21Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
516 m² -
365 000Bugün, 17:17Satılır Yeni Tikili
Nəsimi m., Nəsimi r.
3 otaqlı 104 m² 2/19 mərtəbə -
600Bugün, 17:15Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 70 m² 15/15 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller