İkinci Qarabağ müharibəsi zamanı ziyan dəyən 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri yekunlaşdı
Azərbaycanda 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasında deyilir.
"İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib", - məlumatda deyilir.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə paralel olaraq start verib: ilk mərhələdə zəruri hazırlıq işləri aparılıb, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılıb, iş həcmi dəqiqləşdirilib, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılıb, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanıb.
Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
"Hazırkı mərhələdə 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə surətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib", - komitənin məlumatında bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların mümkün ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər edib və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. (Apa)
- 11.07.2021
- 412
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
155 000Bugün, 14:34Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
2 otaqlı 50 m² 10/10 mərtəbə -
65 000Bugün, 14:31Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 611 m² 3/15 mərtəbə -
450Bugün, 14:31Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
1 500Bugün, 14:28Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 100 m² 6/16 mərtəbə -
6 500Bugün, 14:28Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
4 otaqlı 220 m² 6/20 mərtəbə -
500Bugün, 14:26Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 70 m² 2/9 mərtəbə -
46 500Bugün, 14:26Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 94 m² 15/15 mərtəbə -
179 000Bugün, 14:24Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 50 m² 4/9 mərtəbə -
73 500Bugün, 14:21Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 3/6 mərtəbə -
70 000Bugün, 14:21Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
2 otaqlı 80 m² -
800Bugün, 14:20Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 90 m² 15/16 mərtəbə -
140 000Bugün, 14:18Satılır Torpaq
Mərdəkan, Xəzər r.
4 sot -
65 000Bugün, 14:17Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 61 m² 3/15 mərtəbə -
160 000Bugün, 14:15Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 55 m² 6/9 mərtəbə -
115 000Bugün, 14:14Satılır Həyət evi/villa
NZS, Xətai r.
3 otaqlı 95 m² -
116 000Bugün, 14:14Satılır Yeni Tikili
Ramana qəs., Sabunçu r.
4 otaqlı 100.2 m² 1/9 mərtəbə -
1 600Bugün, 14:13Kirayə (aylıq) Ofis
Gənclik m., Nərimanov r.
3 otaqlı 157 m² -
360 000Bugün, 14:12Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
14 otaqlı 360 m² -
184 000Bugün, 14:10Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
4 otaqlı 135 m² -
3 600Bugün, 14:09Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
650 m² -
240 000Bugün, 14:06Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 72 m² 11/20 mərtəbə -
2 500Bugün, 13:58Kirayə (aylıq) Ofis
Memar Əcəmi m., Nəsimi r.
7 otaqlı 165 m² -
32 000Bugün, 13:58Satılır Həyət evi/villa
İmişli ş.
2 otaqlı 120 m² -
36 000Bugün, 13:55Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 54 m² 16/16 mərtəbə -
800Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 85 m² 13/13 mərtəbə -
81 000Bugün, 13:47Satılır Həyət evi/villa
Abşeron r.
1 otaqlı 100 m² -
400 000Bugün, 13:47Satılır Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
5 otaqlı 80 m² -
3 500Bugün, 13:47Kirayə (aylıq) Ofis
Gənclik m., Gənclik Mall, Nərimanov r.
6 otaqlı 300 m² -
259 500Bugün, 13:45Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
4 otaqlı 105 m² 1/9 mərtəbə -
150 000Bugün, 13:44Satılır Həyət evi/villa
Nizami r.
3 otaqlı 130 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
