Ev alarkən bu detala da diqqət edin!

Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.
İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?
Arenda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.
Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.
E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox, araşdırmaq, düşünmək lazımdır”.
- 21.02.2024
- 372
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
120Dünən, 20:59Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 110 m² -
700Dünən, 20:46Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
28 m² -
2 500Dünən, 20:35Kirayə (aylıq) Obyekt
Suraxanı r.
700 m² -
7 000Dünən, 20:28Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
1000 m² -
79 500Dünən, 19:59Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 52 m² 5/6 mərtəbə -
252 000Dünən, 19:57Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 98 m² 16/17 mərtəbə -
72 000Dünən, 19:20Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 35 m² 4/7 mərtəbə -
107 000Dünən, 19:16Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 6/11 mərtəbə -
650Dünən, 19:08Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 55 m² 10/16 mərtəbə -
135 000Dünən, 19:03Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 8/15 mərtəbə -
500Dünən, 19:01Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 48 m² 4/5 mərtəbə -
750Dünən, 18:59Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 120 m² 6/17 mərtəbə -
220 000Dünən, 18:59Satılır Həyət evi/villa
Sahil m., Bayıl qəs., Səbail r.
6 otaqlı 250 m² -
950Dünən, 18:57Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 72 m² 17/22 mərtəbə -
138 000Dünən, 18:55Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 78 m² 13/14 mərtəbə -
159 800Dünən, 18:55Satılır Həyət evi/villa
Xəzər r.
4 otaqlı 130 m² -
550Dünən, 18:54Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 3/5 mərtəbə -
180Dünən, 18:52Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 140 m² -
14 500Dünən, 18:49Satılır Qaraj
Yasamal r.
21 m² -
6 000Dünən, 18:46Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
677 m² -
1 800Dünən, 18:45Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal r.
72 m² -
845 000Dünən, 18:41Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
5 otaqlı 400 m² -
108 000Dünən, 18:37Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
1 otaqlı 35 m² 4/5 mərtəbə -
145 000Dünən, 18:21Satılır Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 52 m² 19/21 mərtəbə -
140 000Dünən, 18:14Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 55 m² 9/9 mərtəbə -
273 000Dünən, 18:14Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 123 m² 18/20 mərtəbə -
430 000Dünən, 18:14Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
6 otaqlı 240 m² -
139 000Dünən, 18:14Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 92 m² 2/9 mərtəbə -
264 999Dünən, 18:12Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 98 m² 9/19 mərtəbə -
350Dünən, 18:12Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 6/6 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

