Ev alarkən bu detala da diqqət edin!
Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.
İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?
Arenda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.
Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.
E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox, araşdırmaq, düşünmək lazımdır”.
- 21.02.2024
- 371
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
300Dünən, 23:34Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı 120 m² -
115 000Dünən, 23:27Satılır Bağ evi
Masazır, Abşeron r.
3 otaqlı 2 sot -
440 000Dünən, 23:18Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 135 m² 15/17 mərtəbə -
250Dünən, 23:07Kirayə (günlük) A frame evler
Qəbələ ş.
3 otaqlı 4 sot -
6 500Dünən, 22:59Kirayə (aylıq) Həyət evi/villa
Şüvəlan, Xəzər r.
5 otaqlı 260 m² -
550Dünən, 22:58Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Alatava, Yasamal r.
2 otaqlı 50 m² -
250Dünən, 22:58Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 180 m² -
5 500Dünən, 22:50Kirayə (aylıq) Həyət evi/villa
Nardaran qəs., Sabunçu r.
7 otaqlı 240 m² -
1 500Dünən, 22:33Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal qəs., İncəsənət və Mədəniyyət Un., Yasamal r.
70 m² -
1 500Dünən, 22:20Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., Keşlə qəs., Nizami r.
135 m² -
100 000Dünən, 22:16Satılır Həyət evi/villa
Quba ş.
5 otaqlı 180 m² -
300Dünən, 22:14Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 180 m² -
90Dünən, 22:00Kirayə (günlük) Bağ evi
Lerik ş.
3 otaqlı 1 sot -
560 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 6 sot -
8 000Dünən, 21:49Satılır Torpaq
Hökməli, Abşeron r.
2 sot -
720 000Dünən, 21:45Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 7 sot -
485 000Dünən, 21:43Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
6 otaqlı 4 sot -
275 000Dünən, 21:40Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot -
83 000Dünən, 21:37Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 4/6 mərtəbə -
4 500Dünən, 21:37Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Sabunçu r.
230 m² -
280 000Dünən, 21:32Satılır Yeni Tikili
Xırdalan ş.
6 otaqlı 168 m² 6/7 mərtəbə -
2 200Dünən, 21:16Kirayə (aylıq) Bağ evi
Bilgəh qəs., Sabunçu r.
3 otaqlı 3 sot -
130Dünən, 21:05Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
43 500Dünən, 21:01Satılır Həyət evi/villa
Masallı ş.
5 otaqlı 251 m² -
140Dünən, 20:50Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., İctimai telekanalı, Yasamal r.
3 otaqlı 70 m² 7/11 mərtəbə -
3 300Dünən, 20:47Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
366 m² -
7 700Dünən, 20:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 53 m² 3/5 mərtəbə -
75Dünən, 20:01Kirayə (günlük) Bağ evi
Masallı ş.
5 otaqlı 10 sot -
165 000Dünən, 19:39Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 50 m² 1/5 mərtəbə -
1 104Dünən, 18:59Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 102 m² 8/25 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
