Ev alarkən bu detala da diqqət edin!

Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.
İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?
Arenda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.
Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.
E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox, araşdırmaq, düşünmək lazımdır”.
- 21.02.2024
- 357
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
175 000Bugün, 10:39Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
185 000Bugün, 10:38Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 16/20 mərtəbə -
750Bugün, 10:38Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 70 m² 10/19 mərtəbə -
170 000Bugün, 10:34Satılır Həyət evi/villa
Əmircan qəs., Suraxanı r.
4 otaqlı 100 m² -
690Bugün, 10:30Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 84 m² 6/17 mərtəbə -
415 000Bugün, 10:29Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
182 000Bugün, 10:29Satılır Həyət evi/villa
Nəsimi r.
2 otaqlı 57 m² -
418 000Bugün, 10:16Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
750Bugün, 10:15Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
285 000Bugün, 10:08Satılır Yeni Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 8/14 mərtəbə -
130 000Bugün, 09:37Satılır Həyət evi/villa
Saray, Abşeron r.
6 otaqlı 270 m² -
174 000Bugün, 09:13Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
730Bugün, 08:09Kirayə (aylıq) Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
2 otaqlı 80 m² 10/18 mərtəbə -
135 000Bugün, 06:18Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 120 m² -
350Bugün, 02:53Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
7 otaqlı 320 m² -
90 000Bugün, 01:05Satılır Həyət evi/villa
Şəki ş.
3 otaqlı 100 m² -
1 200Bugün, 00:51Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
75 m² -
1 000Bugün, 00:31Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
80 m² -
22 500Bugün, 00:16Satılır Torpaq
Türkan, Xəzər r.
5 sot -
2 000 000Dünən, 23:55Satılır Torpaq
Koroğlu m., Yeni Suraxanı qəs., Suraxanı r.
400 sot -
68 000Dünən, 23:54Satılır Torpaq
Novxanı, Abşeron r.
3.6 sot -
225 000Dünən, 23:45Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
55 000Dünən, 23:23Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:20Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 38 m² 16/18 mərtəbə -
55 000Dünən, 23:05Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:04Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 32 m² 16/18 mərtəbə -
7 500Dünən, 23:03Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
620 m² -
60Dünən, 22:44Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
3 otaqlı 135 m² -
600Dünən, 22:38Kirayə (aylıq) Obyekt
Hökməli, Abşeron r.
130 m² -
21 000Dünən, 22:35Satılır Həyət evi/villa
İçərişəhər m., Səbail r.
1 otaqlı 8 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller