Ev alarkən bu detala da diqqət edin!

Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.
İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?
Arenda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.
Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.
E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox, araşdırmaq, düşünmək lazımdır”.
- 21.02.2024
- 370
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
75 000Bugün, 18:05Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 79 m² -
900Bugün, 17:59Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Səbail r.
2 otaqlı 100 m² 4/15 mərtəbə -
75 000Bugün, 17:54Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 85 m² -
36 500Bugün, 17:53Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 76 m² 1/14 mərtəbə -
1 600Bugün, 17:38Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Sabunçu r.
100 m² -
750 000Bugün, 17:36Satılır Yeni Tikili
28 May m., Qış parkı, Nəsimi r.
5 otaqlı 380 m² 16/16 mərtəbə -
155 000Bugün, 17:34Satılır Yeni Tikili
Xırdalan ş.
4 otaqlı 123 m² 16/18 mərtəbə -
38 000Bugün, 17:22Satılır Yeni Tikili
Sumqayıt ş.
3 otaqlı 63 m² 5/15 mərtəbə -
1 200 000Bugün, 17:18Satılır Obyekt
Gənclik m., Nəsimi r.
425 m² -
1 000 000Bugün, 17:13Satılır Yeni Tikili
Gənclik m., Zoopark, Nərimanov r.
3 otaqlı 150 m² 12/17 mərtəbə -
930 000Bugün, 17:11Satılır Obyekt
Gənclik m., Nərimanov r.
200 m² -
700Bugün, 17:08Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 70 m² 3/5 mərtəbə -
200Bugün, 17:07Kirayə (günlük) Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 12 sot -
250Bugün, 17:02Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
20 m² -
35Bugün, 16:49Kirayə (günlük) Yeni Tikili
Saray, Abşeron r.
1 otaqlı 34 m² 2/16 mərtəbə -
2 497Bugün, 16:43Kirayə (aylıq) Ofis
Sahil m., Fəvvarələr meydanı, Səbail r.
5 otaqlı 250 m² -
630 000Bugün, 16:41Satılır Yeni Tikili
Sahil m., Port Baku, Nəsimi r.
3 otaqlı 102 m² 11/22 mərtəbə -
750 000Bugün, 16:38Satılır Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
266 m² -
450 000Bugün, 16:33Satılır Obyekt
Memar Əcəmi - 2 m., 4-cü mikrorayon, Nəsimi r.
45 m² -
2 200Bugün, 16:28Kirayə (aylıq) Obyekt
Qara Qarayev m., Nizami r.
270 m² -
600Bugün, 16:27Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 62 m² 11/18 mərtəbə -
800Bugün, 16:18Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 120 m² 5/15 mərtəbə -
300 000Bugün, 16:11Satılır Köhnə Tikili
28 May m., Qış parkı, Nəsimi r.
3 otaqlı 80 m² 2/4 mərtəbə -
36 500Bugün, 16:08Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 76 m² 1/14 mərtəbə -
120Bugün, 15:50Kirayə (günlük) Həyət evi/villa
Zaqatala ş.
3 otaqlı 110 m² -
149 000Bugün, 15:37Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 8/13 mərtəbə -
355 000Bugün, 15:25Satılır Yeni Tikili
28 May m., Sirk, Nəsimi r.
3 otaqlı 109 m² 7/16 mərtəbə -
650 000Bugün, 15:23Satılır Ofis
Xətai m., Babək Plaza, Xətai r.
5 otaqlı 252 m² -
550Bugün, 15:20Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 45 m² 4/5 mərtəbə -
175 000Bugün, 15:20Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 48 m² 4/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

