Əmlak bazarında çaşqınlıq: Ev almaq üçün rəsmi deklarasiya tələb olunur? - Ekspertlərtin RƏYİ + FOTO

Daşınmaz əmlak bazarında alıcılar üçün problemlər yaranıb. Belə ki, ev, mənzil, bağ sahəsi və s. almaq istəyən vətəndaşlardan yazılı deklarasiya tələb olunur. Bakı şəhərindəki bəzi notariuslar 20 000 manatdan yuxarı olan məbləğlərə görə alıcıdan pulun mənbəyini təqdim etməsi üçün sənəd tələb edir və vətəndaşlara bildirir ki, “Yanvarın birindən təzə qərar çıxıb, deklarasiyasız mümkün deyil. Əlinizdə sənəd olmalıdır ki, bu pulu haradan qazanmısınız və ya haradan əldə etmisiniz”. Nəticədə bir neçə gündür ki, daşınmaz əmlakla bağlı bir çox alqı-satqı ləğv olunub və ya baş tutmayıb.
Səkkiz ildir daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Mülkədar Rüstəmov problemi belə izah edib:
“Əmlak satışı ilə məşğul olanlardan notarial qaydada əmlak alqı-satqısında deklarasiya tələb olunur. Notariuslar deyirlər ki, dövlət tərəfindən şərt qoyulub. Göstərilməlidir ki, bu pulun mənbəyi haradır - pulu kreditlə əldə etmisən, etmisənsə, hansı sahə üzrə əldə etmisən? Ola bilər, “çirkli pul” olsun və s.
Tutaq ki, başqa ölkədə yaşayan qardaş, ya bacı pul göndərir və vətəndaş burada ev almaq istəyir. Bunu deklarasiya ilə göstərmək mümkün deyil. O zaman necə olmalıdır? Aydın məsələdir ki, hər kəs rəsmi pul qazanmır. Heç kimə gizli olmayan “qara bazar” deyilən bir şey var. Bəzi notariuslar isə məhz deklarasiya səbəbindən alqı-satqı etmirlər. Nəticədə əmlak bazarına problem yaşanır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sadəcə, sorğu formasında ola biləcəyini qeyd edib:
“Sözügedən məsələ haqqında onu deyə bilərəm ki, vətəndaşdan pulun mənbəyini göstərməklə bağlı hər hansı rəsmi sənəd tələb olunmur. Bu, sadəcə, sorğu formasında ola bilər. Yəni vətəndaşdan vəsaiti haradan əldə etdiyi, işləyib-işləmədiyi, gəlirinin haradan və necə formalaşması soruşulur. Hesab edirəm ki, ciddi əhəmiyyət veriləsi bir məsələ deyil. Burada məqsəd - bu sahədə fəaliyyət göstərən sahibkarların bəzi hallarda qiymət azaldılması cəhdlərinin qarşısının alınması məsələsidir”.
İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə, bu gün üçün belə bir tələbin icrası mümkün deyil:
“İlk olaraq qeyd edim ki, notariuslarda daşınmaz əmlak alıcılarından pulun mənbəyi ilə bağlı deklarasiya istənilməsi halına mən rast gəlməmişəm. Düşünürəm ki, bu, hansısa subyektiv faktorlardan qaynaqlanan hal ola bilər. Məsələnin ikinci tərəfinə gəldikdə isə (əgər belə bir hal varsa) bildirməliyəm ki, iqtisadiyyatın hazırkı vəziyyəti üçün vətəndaşlardan belə bir deklarasiyanın tələb edilməsi doğru deyil. Çünki iqtisadiyyatın tamamilə ağardılması hələ ki mümkün olmayıb. Yəni, məsələn, deyək ki, vətəndaş neçə illər bazarda satıcı işləməklə, rayondan meyvə-tərəvəz gətirməklə və yaxud digər topdansatış mərkəzlərində məhsul alıb-satmaqla, hər hansı mağazada kiminsə satıcısı olmaqla pul toplayıb, yaxud da kiminsə nənəsindən qızıllar qalıb. Bütün bu kimi hallara görə hər hansı bir formada deklarasiya təqdim etmək praktiki olaraq mümkün deyil.
Birmənalı olaraq rəsmi deklarasiyanın tələb edilməsi bütün gəlirlərin şəffaf şəkildə olduğu halda mümkündür. Bu səbəbdən hazırda hər hansı deklarasiya tələbinin məntiqi nəticəsi və məntiqi izahı yoxdur. Bəli, şifahi olaraq vətəndaşa sual verilə bilər, müəyyən qeydlər aparıla bilər, amma rəsmi deklarasiya tələbi bu gün üçün ağlasığan hal deyil. Gələcəkdə isə hesab edirəm, bu olacaq. Düzdür, neçə il sonra olacağını deyə bilmərəm, amma deyə bilərəm ki, bu o zaman mümkün olacaq ki, vətəndaşların gəlirləri birmənalı olaraq qeydiyyata alınacaq, bütün iqtisadi fəaliyyət sahələrində iqtisadi proseslər birmənalı olaraq rəsmiləşdiriləcək. Bildirim ki, əslində, bu, yenilik deyil. Bu gün dünyanın aparıcı iqtisadiyyatlarında belə bir təcrübə var - vətəndaş hər hansı məbləği təqdim edəndə pulun haradan əldə edildiyi barədə rəsmi məlumat istənilir”.
Qeyd edək ki, “Gəlir deklarasiyası haqqında” Qanun Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib.
- 11.01.2024
- 382
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
1 900Bugün, 06:03Kirayə (aylıq) Həyət evi/villa
Şimal qres, Xəzər r.
4 otaqlı 120 m² -
470Bugün, 02:02Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 72 m² 2/17 mərtəbə -
500Bugün, 00:26Kirayə (aylıq) Həyət evi/villa
8 Noyabr m., 3-cü mikrorayon, Hərbi Hospital, Nəsimi r.
3 otaqlı 60 m² -
720Bugün, 00:18Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Qələbə dairəsi, Yasamal r.
2 otaqlı 51 m² 11/16 mərtəbə -
250 000Dünən, 23:47Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
6 otaqlı 250 m² -
4 000Dünən, 22:47Kirayə (aylıq) Obyekt
Masazır, Qafqaz Universiteti, Abşeron r.
1000 m² -
178 000Dünən, 22:34Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 68 m² 14/14 mərtəbə -
950Dünən, 22:32Kirayə (aylıq) Yeni Tikili
Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 60 m² 3/22 mərtəbə -
550Dünən, 21:21Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 60 m² 4/18 mərtəbə -
1 200Dünən, 21:15Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
69 m² -
499Dünən, 20:56Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 35 m² 4/5 mərtəbə -
45 000Dünən, 20:54Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 48 m² -
129 000Dünən, 20:51Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 44 m² 5/5 mərtəbə -
9 000Dünən, 20:42Kirayə (aylıq) Obyekt
Ulduz m., Nərimanov r.
1500 m² -
2 465 000Dünən, 20:28Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 10 sot -
700 000Dünən, 20:23Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 8 sot -
650Dünən, 20:21Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 70 m² 3/9 mərtəbə -
499Dünən, 20:16Kirayə (aylıq) Köhnə Tikili
Nərimanov r.
1 otaqlı 25 m² 2/4 mərtəbə -
600Dünən, 20:12Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 60 m² 5/5 mərtəbə -
450Dünən, 20:10Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 65 m² 12/16 mərtəbə -
950Dünən, 20:08Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 60 m² 4/16 mərtəbə -
1 000Dünən, 19:59Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 62 m² 14/18 mərtəbə -
219 000Dünən, 19:38Satılır Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 150 m² -
700Dünən, 19:27Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 70 m² 4/7 mərtəbə -
600Dünən, 19:17Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
250 m² -
210 000Dünən, 19:13Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 53 m² 16/17 mərtəbə -
132 000Dünən, 19:12Satılır Köhnə Tikili
Neftçilər m., Qaraçuxur qəs., Suraxanı r.
3 otaqlı 50 m² 2/9 mərtəbə -
300 000Dünən, 19:06Satılır Torpaq
Qobustan qəs., Sahil bağı, Qaradağ r.
100 sot -
69 000Dünən, 18:59Satılır Obyekt
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
30 m² -
1 200Dünən, 18:49Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 170 m² 6/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

