Əmlak bazarında çaşqınlıq: Ev almaq üçün rəsmi deklarasiya tələb olunur? - Ekspertlərtin RƏYİ + FOTO

Daşınmaz əmlak bazarında alıcılar üçün problemlər yaranıb. Belə ki, ev, mənzil, bağ sahəsi və s. almaq istəyən vətəndaşlardan yazılı deklarasiya tələb olunur. Bakı şəhərindəki bəzi notariuslar 20 000 manatdan yuxarı olan məbləğlərə görə alıcıdan pulun mənbəyini təqdim etməsi üçün sənəd tələb edir və vətəndaşlara bildirir ki, “Yanvarın birindən təzə qərar çıxıb, deklarasiyasız mümkün deyil. Əlinizdə sənəd olmalıdır ki, bu pulu haradan qazanmısınız və ya haradan əldə etmisiniz”. Nəticədə bir neçə gündür ki, daşınmaz əmlakla bağlı bir çox alqı-satqı ləğv olunub və ya baş tutmayıb.
Səkkiz ildir daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Mülkədar Rüstəmov problemi belə izah edib:
“Əmlak satışı ilə məşğul olanlardan notarial qaydada əmlak alqı-satqısında deklarasiya tələb olunur. Notariuslar deyirlər ki, dövlət tərəfindən şərt qoyulub. Göstərilməlidir ki, bu pulun mənbəyi haradır - pulu kreditlə əldə etmisən, etmisənsə, hansı sahə üzrə əldə etmisən? Ola bilər, “çirkli pul” olsun və s.
Tutaq ki, başqa ölkədə yaşayan qardaş, ya bacı pul göndərir və vətəndaş burada ev almaq istəyir. Bunu deklarasiya ilə göstərmək mümkün deyil. O zaman necə olmalıdır? Aydın məsələdir ki, hər kəs rəsmi pul qazanmır. Heç kimə gizli olmayan “qara bazar” deyilən bir şey var. Bəzi notariuslar isə məhz deklarasiya səbəbindən alqı-satqı etmirlər. Nəticədə əmlak bazarına problem yaşanır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sadəcə, sorğu formasında ola biləcəyini qeyd edib:
“Sözügedən məsələ haqqında onu deyə bilərəm ki, vətəndaşdan pulun mənbəyini göstərməklə bağlı hər hansı rəsmi sənəd tələb olunmur. Bu, sadəcə, sorğu formasında ola bilər. Yəni vətəndaşdan vəsaiti haradan əldə etdiyi, işləyib-işləmədiyi, gəlirinin haradan və necə formalaşması soruşulur. Hesab edirəm ki, ciddi əhəmiyyət veriləsi bir məsələ deyil. Burada məqsəd - bu sahədə fəaliyyət göstərən sahibkarların bəzi hallarda qiymət azaldılması cəhdlərinin qarşısının alınması məsələsidir”.
İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə, bu gün üçün belə bir tələbin icrası mümkün deyil:
“İlk olaraq qeyd edim ki, notariuslarda daşınmaz əmlak alıcılarından pulun mənbəyi ilə bağlı deklarasiya istənilməsi halına mən rast gəlməmişəm. Düşünürəm ki, bu, hansısa subyektiv faktorlardan qaynaqlanan hal ola bilər. Məsələnin ikinci tərəfinə gəldikdə isə (əgər belə bir hal varsa) bildirməliyəm ki, iqtisadiyyatın hazırkı vəziyyəti üçün vətəndaşlardan belə bir deklarasiyanın tələb edilməsi doğru deyil. Çünki iqtisadiyyatın tamamilə ağardılması hələ ki mümkün olmayıb. Yəni, məsələn, deyək ki, vətəndaş neçə illər bazarda satıcı işləməklə, rayondan meyvə-tərəvəz gətirməklə və yaxud digər topdansatış mərkəzlərində məhsul alıb-satmaqla, hər hansı mağazada kiminsə satıcısı olmaqla pul toplayıb, yaxud da kiminsə nənəsindən qızıllar qalıb. Bütün bu kimi hallara görə hər hansı bir formada deklarasiya təqdim etmək praktiki olaraq mümkün deyil.
Birmənalı olaraq rəsmi deklarasiyanın tələb edilməsi bütün gəlirlərin şəffaf şəkildə olduğu halda mümkündür. Bu səbəbdən hazırda hər hansı deklarasiya tələbinin məntiqi nəticəsi və məntiqi izahı yoxdur. Bəli, şifahi olaraq vətəndaşa sual verilə bilər, müəyyən qeydlər aparıla bilər, amma rəsmi deklarasiya tələbi bu gün üçün ağlasığan hal deyil. Gələcəkdə isə hesab edirəm, bu olacaq. Düzdür, neçə il sonra olacağını deyə bilmərəm, amma deyə bilərəm ki, bu o zaman mümkün olacaq ki, vətəndaşların gəlirləri birmənalı olaraq qeydiyyata alınacaq, bütün iqtisadi fəaliyyət sahələrində iqtisadi proseslər birmənalı olaraq rəsmiləşdiriləcək. Bildirim ki, əslində, bu, yenilik deyil. Bu gün dünyanın aparıcı iqtisadiyyatlarında belə bir təcrübə var - vətəndaş hər hansı məbləği təqdim edəndə pulun haradan əldə edildiyi barədə rəsmi məlumat istənilir”.
Qeyd edək ki, “Gəlir deklarasiyası haqqında” Qanun Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib.
- 11.01.2024
- 326
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
- 580Bugün, 17:59
Kirayə (aylıq) Yeni Tikili
8-ci kilometr, Nizami r.
2 otaqlı 70 m² 7/12 mərtəbə - 900Bugün, 17:58
Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 102 m² 19/19 mərtəbə - 52 000Bugün, 17:51
Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 32 m² 17/17 mərtəbə - 2 000Bugün, 17:51
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 105 m² 4/7 mərtəbə - 800Bugün, 17:50
Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 4/14 mərtəbə - 6 000Bugün, 17:50
Kirayə (aylıq) Ofis
İçərişəhər m., Bayıl qəs., Bulvar, Səbail r.
14 otaqlı 400 m² - 400Bugün, 17:48
Kirayə (aylıq) Həyət evi/villa
Goradil, Abşeron r.
3 otaqlı 65 m² - 1 700Bugün, 17:48
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 200 m² 15/17 mərtəbə - 26 000Bugün, 17:39
Satılır Torpaq
Binə qəs., Xəzər r.
4 sot - 1 300Bugün, 17:38
Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
4 otaqlı 220 m² 9/18 mərtəbə - 600Bugün, 17:38
Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 62 m² 11/18 mərtəbə - 900Bugün, 17:35
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 70 m² 7/17 mərtəbə - 2 000Bugün, 17:35
Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 128 m² 3/7 mərtəbə - 1 000Bugün, 17:32
Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
2 otaqlı 80 m² 9/18 mərtəbə - 95 000Bugün, 17:28
Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
3 otaqlı 3 sot - 650Bugün, 17:23
Kirayə (aylıq) Yeni Tikili
Yasamal qəs., Yasamal r.
3 otaqlı 57 m² 6/9 mərtəbə - 235 000Bugün, 17:21
Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
4 otaqlı 100 m² 3/5 mərtəbə - 150 000Bugün, 17:19
Satılır Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
12 otaqlı 190 m² - 255 000Bugün, 17:18
Satılır Köhnə Tikili
Ayna Sultanova heykəli, Binəqədi r.
3 otaqlı 77 m² 1/5 mərtəbə - 180 000Bugün, 17:17
Satılır Köhnə Tikili
28 May m., Hökümət evi, Nəsimi r.
2 otaqlı 50 m² 2/4 mərtəbə - 109 000Bugün, 17:14
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 63 m² 10/16 mərtəbə - 1 500Bugün, 17:13
Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 160 m² 7/20 mərtəbə - 330 000Bugün, 17:11
Satılır Yeni Tikili
Nəsimi r.
3 otaqlı 145 m² 13/17 mərtəbə - 1 500Bugün, 17:10
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 214 m² 11/16 mərtəbə - 50 000Bugün, 17:09
Satılır Torpaq
Hökməli, Abşeron r.
3.5 sot - 350 000Bugün, 17:09
Satılır Yeni Tikili
8 Noyabr m., Çıraq Plaza, Yasamal r.
3 otaqlı 77 m² 4/27 mərtəbə - 1 000Bugün, 17:09
Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
3 otaqlı 138 m² 4/16 mərtəbə - 127 000Bugün, 17:08
Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 45 m² 3/5 mərtəbə - 1 600Bugün, 17:07
Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
3 otaqlı 148 m² 9/27 mərtəbə - 850 000Bugün, 17:07
Satılır Həyət evi/villa
Səbail r.
6 otaqlı 600 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller