Dubay - milyonçular üçün ən yaxşı şəhər seçilib

Dubay - milyonçular üçün ən yaxşı şəhər seçilib

Dubay milyonçular üçün ən yaxşı şəhərlərlərin reytinqində Nyu-Yorku geridə qoyub.

«Savills» Beynəlxalq daşınmaz əmlak şirkətinin  məlumatına görə, Dubay milyonerlər üçün ən cəlbedici şəhərlərin reytinqində birinci yeri tutub.

Dubayın bu siyahıda birinci olmasının səbəbi, vərəsəlik və kapital qazancı vergilərinin olmaması, şəhərin inkişaf etmiş infrastrukturu, yüksək təhlükəsizlik səviyyəsi və beynəlxalq məktəblərin sayının çox olması ilə bağlıdır. Dubayı populyarlaşdıran digər əmil 2 milyon dirhəm, yəni təxminən (544 500 dollar) investisiya üçün 10 illik rezidentlik hüququ verən “qızıl viza” proqramıdır.

İndiyədək siyahıya başçılıq edən Nyu-York şəhəri bu meyarlar üzrə görə Dubaydan sonra reytinqdə ikinci yeri tutub. London şəhəri isə həyat keyfiyyətinə görə siyahıda lider olsa da, Britaniyanın vergi sisteminə görə ümumi reytinqdə geriləyib. Qeyd edək ki, Britaniya vergi sisteminin tələbləri lüks daşınmaz əmlaka olan tələbata mənfi təsir göstərir.

«Savills»in hesabatına görə, dünyadakı milyonçuların sayı 2022-ci ildəki tənəzzüldən sonra bərpa olunur. Dollar milyonçularının sayı 2024-cü ildə 680 min artıb və 2029-cu ilə qədər 5 milyondan çox artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 3 il əvvəl «Bloomberg» agentliyi, «Henley & Partners» konsaltinq şirkətinin məlumatlarına istinadən bildirmişdi ki, 2022-ci ildə dörd min milyoner Dubayda daşınmaz əmlak alıb və ümumilikdə dünyada cəlb edilmiş özəl kapitalın ən böyük hissəsi Dubaya toplanır.

  • 19.11.2025
  • 41
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller