Bakıda kirayə bazarında qiymətlərə təsir edən daha bir - SƏBƏB

Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib. Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 2016-cı ildən Bakıda köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntü prosesi davam edir:
"Bu müddət ərzində yüzlərlə bina sökülərək yerində yeni tikililər inşa olunub. Hər belə söküntü zamanı həmin binalardakı kirayə mənzillər bazardan çıxmış olur. Eyni zamanda bu evlərdə yaşayan sakinlər yeni mənzillərə köçənə qədər kirayədə yaşamağa məcbur qalırlar ki, bu da bazarda əlavə tələbat yaradır. Bu proses 2040-cı ilə qədər davam edəcək və bu da ucuz mənzillərin bazarda getdikcə daha da azalmasına səbəb olacaq".
Elnur Fərzəliyev bildirib ki, kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri də mənzilin satış qiymətidir:
"Əmlak bazarında son illərdə ciddi qiymət artımı baş verib və bu da kirayə bazarına öz təsirini göstərir. Yəni əmlakın aylıq kirayə qiyməti onun satış qiymətinin, təxminən, 0.5 faizi nisbətində olur. 5-6 il bundan əvvəl Bakının mərkəzi rayonlarında və yaxud metro stansiyalarına yaxın ərazilərdə birotaqlı ən ucuz "xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manat arasında dəyişirdi. Bunların da kirayə qiyməti təxminən 300-350 manat idi. İndi isə həmin o birotaqlı mənzillər 90-100 min manat və hətta daha baha qiymətə satılır. Bu da kirayə qiymətlərinin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarına ən çox müraciət edənlər də, əziyyət çəkənlər də tələbələrdir:
"Tələbələr ali təhsil müəssisələrinə yaxın yerlərdə kirayə mənzil tapa bilmədiklərinə görə, məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Bu halda isə onlar gün ərzində 2-3 saatlarını yola sərf edirlər. Eyni zamanda, yol xərcləri artır".
E.Fərzəliyev deyib ki, bu problemi köklü şəkildə həll etmək üçün universitetlərin balansında olan ərazilərdə yeni, çoxmənzilli yataqxanaların tikintisi vacibdir:
"Tikintinin maya dəyərini artıran torpaq sahəsidir. Yəni torpaq sahəsinin qiyməti artdıqca tikintinin satış qiyməti də artır. Düşünürəm ki, universitetlərin köhnə yataqxanaları sökülməli və onların yerindən daha müasir və çoxmənzilli - indiki tələbə sayına uyğun yataqxanalar inşa olunmalıdır. Bu, paytaxt ərazisindəki kirayə mənzil bazarındakı problemləri aradan qaldırar, həm də tələbələrin kirayə mənzil problemi həll olunmuş olar. Belə yataqxanalar inşa edilib tələbələrə ayda 70-80 manatlıq ödənişlə təklif olunsa, həm kirayə bazarına təzyiq azalacaq, həm də bu layihələr bir neçə il ərzində öz xərclərini qarşılayaraq universitetlər üçün gəlir mənbəyinə çevrilə bilər. Təəssüf ki, bu istiqamətdə addım atılmır, nəticədə kirayə mənzil bazarında qiymət artır, tələbələr çətin vəziyyətdə qalırlar".
"Tələbə kirayə götürdüyü evdə həm yaşamalı, həm də dərs oxumalıdır. Evlərin qiyməti isə baha olduğuna görə, ikiotaqlı mənzildə 4-5 tələbə qalır. Tələbələr orada yaşamır, sadəcə oradan yatmaq üçün istifadə edirlər. Bu da onların təhsilinə problem yaradır. Normativlərə görə, 16-18 kvadratmetrlik otaqda iki nəfərdən artıq tələbə qala bilməz. Bu, onların həm yaşaması, həm də dərs oxumaları üçün imkan yaradırdı. İndi isə məcburi şəkildə çox sayda tələbə bir evdə yaşayır və bu onların təhsilinə də mane olur", - deyə E.Fərzəliyev qeyd edib.
Ekspert deyib ki, kirayə mənzil bazarında qiymətlərin azalması gözlənilmir:
"Artıq yeni söküntü anonsu da verildi. Həmin ərazilərdə ucuz evlər olurdu. İndi isə onların sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması deməkdir. Eyni zamanda söküntü işləri aparılan ərazilərdə yaşayan sakinlərin böyük hissəsi kirayə çıxmalı olacaq, çünki bəziləri ev tikdirir, bəziləri hələ planlamır. Bu da yenidən kirayə mənzil bazarında ev qıtlığına gətirib çıxaracaq".
- 07.04.2025
- 296
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
342 000Bugün, 22:00Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 100 m² 6/17 mərtəbə -
419 000Bugün, 21:59Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 104 m² 12/16 mərtəbə -
420 000Bugün, 21:31Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
4 otaqlı 140 m² 4/20 mərtəbə -
300Bugün, 20:47Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı -
325 000Bugün, 20:47Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 97 m² 12/17 mərtəbə -
385 000Bugün, 20:44Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 101 m² 13/17 mərtəbə -
650Bugün, 20:44Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 86 m² 7/14 mərtəbə -
70 000Bugün, 20:43Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 35 m² 1/3 mərtəbə -
65 000Bugün, 20:29Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 66.22 m² 3/4 mərtəbə -
1 000Bugün, 20:25Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Səbail r.
3 otaqlı 92 m² 6/18 mərtəbə -
450Bugün, 20:16Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
130 000Bugün, 20:01Satılır Həyət evi/villa
Koroğlu m., Sabunçu qəs., Sabunçu r.
3 otaqlı 100 m² -
160 000Bugün, 19:57Satılır Obyekt
8 Noyabr m., H.Aslanov qəs., Xətai r.
45 m² -
750Bugün, 19:19Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 124 m² 8/16 mərtəbə -
2 200Bugün, 19:18Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
60 m² -
475 000Bugün, 19:03Satılır Yeni Tikili
8 Noyabr m., Neftçi bazası, Nəsimi r.
4 otaqlı 190 m² 10/20 mərtəbə -
1 000Bugün, 18:58Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 122 m² 3/12 mərtəbə -
190Bugün, 18:54Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
4 otaqlı 110 m² 5/5 mərtəbə -
3 000Bugün, 18:52Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 191 m² 4/21 mərtəbə -
375 000Bugün, 18:48Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 149 m² 8/16 mərtəbə -
470Bugün, 18:47Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 35 m² 5/5 mərtəbə -
142 000Bugün, 18:45Satılır Torpaq
Bilgəh qəs., Sabunçu r.
10 sot -
132 000Bugün, 18:44Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 35 m² 5/5 mərtəbə -
205 000Bugün, 18:33Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 72 m² 6/16 mərtəbə -
278 000Bugün, 18:24Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 140 m² 7/17 mərtəbə -
1 200Bugün, 18:22Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 101 m² 8/18 mərtəbə -
205 000Bugün, 18:18Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 75 m² 8/10 mərtəbə -
172 000Bugün, 18:18Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
350 000Bugün, 18:15Satılır Yeni Tikili
Xətai m., Əhmədli, Ukrayna dairəsi, Xətai r.
3 otaqlı 142 m² 4/17 mərtəbə -
750Bugün, 18:10Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 30 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

