Bakıda kirayə bazarında qiymətlərə təsir edən daha bir - SƏBƏB
Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib. Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 2016-cı ildən Bakıda köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntü prosesi davam edir:
"Bu müddət ərzində yüzlərlə bina sökülərək yerində yeni tikililər inşa olunub. Hər belə söküntü zamanı həmin binalardakı kirayə mənzillər bazardan çıxmış olur. Eyni zamanda bu evlərdə yaşayan sakinlər yeni mənzillərə köçənə qədər kirayədə yaşamağa məcbur qalırlar ki, bu da bazarda əlavə tələbat yaradır. Bu proses 2040-cı ilə qədər davam edəcək və bu da ucuz mənzillərin bazarda getdikcə daha da azalmasına səbəb olacaq".
Elnur Fərzəliyev bildirib ki, kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri də mənzilin satış qiymətidir:
"Əmlak bazarında son illərdə ciddi qiymət artımı baş verib və bu da kirayə bazarına öz təsirini göstərir. Yəni əmlakın aylıq kirayə qiyməti onun satış qiymətinin, təxminən, 0.5 faizi nisbətində olur. 5-6 il bundan əvvəl Bakının mərkəzi rayonlarında və yaxud metro stansiyalarına yaxın ərazilərdə birotaqlı ən ucuz "xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manat arasında dəyişirdi. Bunların da kirayə qiyməti təxminən 300-350 manat idi. İndi isə həmin o birotaqlı mənzillər 90-100 min manat və hətta daha baha qiymətə satılır. Bu da kirayə qiymətlərinin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarına ən çox müraciət edənlər də, əziyyət çəkənlər də tələbələrdir:
"Tələbələr ali təhsil müəssisələrinə yaxın yerlərdə kirayə mənzil tapa bilmədiklərinə görə, məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Bu halda isə onlar gün ərzində 2-3 saatlarını yola sərf edirlər. Eyni zamanda, yol xərcləri artır".
E.Fərzəliyev deyib ki, bu problemi köklü şəkildə həll etmək üçün universitetlərin balansında olan ərazilərdə yeni, çoxmənzilli yataqxanaların tikintisi vacibdir:
"Tikintinin maya dəyərini artıran torpaq sahəsidir. Yəni torpaq sahəsinin qiyməti artdıqca tikintinin satış qiyməti də artır. Düşünürəm ki, universitetlərin köhnə yataqxanaları sökülməli və onların yerindən daha müasir və çoxmənzilli - indiki tələbə sayına uyğun yataqxanalar inşa olunmalıdır. Bu, paytaxt ərazisindəki kirayə mənzil bazarındakı problemləri aradan qaldırar, həm də tələbələrin kirayə mənzil problemi həll olunmuş olar. Belə yataqxanalar inşa edilib tələbələrə ayda 70-80 manatlıq ödənişlə təklif olunsa, həm kirayə bazarına təzyiq azalacaq, həm də bu layihələr bir neçə il ərzində öz xərclərini qarşılayaraq universitetlər üçün gəlir mənbəyinə çevrilə bilər. Təəssüf ki, bu istiqamətdə addım atılmır, nəticədə kirayə mənzil bazarında qiymət artır, tələbələr çətin vəziyyətdə qalırlar".
"Tələbə kirayə götürdüyü evdə həm yaşamalı, həm də dərs oxumalıdır. Evlərin qiyməti isə baha olduğuna görə, ikiotaqlı mənzildə 4-5 tələbə qalır. Tələbələr orada yaşamır, sadəcə oradan yatmaq üçün istifadə edirlər. Bu da onların təhsilinə problem yaradır. Normativlərə görə, 16-18 kvadratmetrlik otaqda iki nəfərdən artıq tələbə qala bilməz. Bu, onların həm yaşaması, həm də dərs oxumaları üçün imkan yaradırdı. İndi isə məcburi şəkildə çox sayda tələbə bir evdə yaşayır və bu onların təhsilinə də mane olur", - deyə E.Fərzəliyev qeyd edib.
Ekspert deyib ki, kirayə mənzil bazarında qiymətlərin azalması gözlənilmir:
"Artıq yeni söküntü anonsu da verildi. Həmin ərazilərdə ucuz evlər olurdu. İndi isə onların sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması deməkdir. Eyni zamanda söküntü işləri aparılan ərazilərdə yaşayan sakinlərin böyük hissəsi kirayə çıxmalı olacaq, çünki bəziləri ev tikdirir, bəziləri hələ planlamır. Bu da yenidən kirayə mənzil bazarında ev qıtlığına gətirib çıxaracaq".
- 07.04.2025
- 313
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
500Bugün, 08:15Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 76 m² 14/14 mərtəbə -
550Bugün, 05:57Kirayə (aylıq) Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 110 m² -
430Bugün, 02:59Kirayə (aylıq) Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 55 m² 3/19 mərtəbə -
77 000Bugün, 01:54Satılır Həyət evi/villa
Lökbatan qəs., 28 Mall, Qaradağ r.
4 otaqlı 100 m² -
120 000Bugün, 00:17Satılır Torpaq
Şamaxı ş.
22 sot -
75 000Dünən, 23:45Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 6/6 mərtəbə -
253 000Dünən, 23:44Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
4 otaqlı 86 m² 2/5 mərtəbə -
1 000Dünən, 23:43Kirayə (aylıq) Yeni Tikili
Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 55 m² 4/17 mərtəbə -
2 200Dünən, 23:13Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Azneft meydanı, Səbail r.
4 otaqlı 130 m² 4/4 mərtəbə -
200 000Dünən, 23:13Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 93 m² 8/19 mərtəbə -
350Dünən, 23:00Kirayə (aylıq) Köhnə Tikili
Sumqayıt ş.
3 otaqlı 90 m² 5/5 mərtəbə -
205 000Dünən, 22:46Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 55 m² 3/5 mərtəbə -
190 000Dünən, 22:28Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 65 m² 6/9 mərtəbə -
16 500Dünən, 21:56Satılır Torpaq
Quba ş.
5 sot -
200Dünən, 21:48Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı 200 m² -
139 000Dünən, 21:44Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 110 m² -
600Dünən, 21:41Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 80 m² 2/9 mərtəbə -
84 500Dünən, 20:42Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 56 m² 2/6 mərtəbə -
90 000Dünən, 20:30Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 9/14 mərtəbə -
87 500Dünən, 20:17Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 2/14 mərtəbə -
200Dünən, 20:17Kirayə (aylıq) Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 25 m² -
155 000Dünən, 20:14Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Əhmədli, Xətai r.
3 otaqlı 120 m² 13/17 mərtəbə -
400Dünən, 20:08Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 13/17 mərtəbə -
450Dünən, 19:55Kirayə (aylıq) Köhnə Tikili
Nizami m., Yasamal qəs., Caspian Plaza, Yasamal r.
1 otaqlı 30 m² 1/1 mərtəbə -
87 000Dünən, 19:51Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 105 m² 3/16 mərtəbə -
40Dünən, 19:40Kirayə (günlük) Həyət evi/villa
Şəki ş.
3 otaqlı 100 m² -
196 000Dünən, 19:39Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 85 m² 2/9 mərtəbə -
500Dünən, 19:30Kirayə (aylıq) Köhnə Tikili
8-ci kilometr, Nizami r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
35 000Dünən, 19:28Satılır Torpaq
Saray, Qafqaz Universiteti, Abşeron r.
3 sot -
1 600 000Dünən, 19:19Satılır Obyekt
Xətai m., Ağ şəhər, Xətai r.
125 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller