Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
“İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:
“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.
R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.
“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, - deyə o fikrini tamamlayıb.
- 17.06.2025
- 498
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
850Bugün, 19:24Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 16/20 mərtəbə -
285 000Bugün, 19:23Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 112 m² 12/17 mərtəbə -
1 500Bugün, 19:22Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 103 m² 14/17 mərtəbə -
104 000Bugün, 19:15Satılır Yeni Tikili
Abşeron r.
3 otaqlı 73 m² 4/6 mərtəbə -
100Bugün, 19:13Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
3 otaqlı 50 m² -
2 500Bugün, 18:50Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
110 m² -
135 000Bugün, 18:50Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 93 m² 5/9 mərtəbə -
699Bugün, 18:46Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Dövlət Təhlükəsizlik Nazirliyi, Səbail r.
2 otaqlı 60 m² 5/5 mərtəbə -
2 000Bugün, 18:38Kirayə (aylıq) Yeni Tikili
Türkiyə səfirliyi, Nəsimi r.
2 otaqlı 110 m² 12/18 mərtəbə -
599Bugün, 18:37Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 75 m² 12/16 mərtəbə -
175 000Bugün, 18:37Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
2 otaqlı 43 m² 2/5 mərtəbə -
135 000Bugün, 18:33Satılır Yeni Tikili
Qara Qarayev m., Əmircan qəs., Suraxanı r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
152 000Bugün, 18:31Satılır Köhnə Tikili
Binəqədi r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
1 500Bugün, 18:26Kirayə (aylıq) Yeni Tikili
Türkiyə səfirliyi, Nəsimi r.
2 otaqlı 110 m² 6/14 mərtəbə -
700Bugün, 18:24Kirayə (aylıq) Köhnə Tikili
Nizami m., Nizami Moll, Yasamal r.
2 otaqlı 80 m² 2/3 mərtəbə -
550Bugün, 18:22Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 45 m² -
149 000Bugün, 18:19Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 85 m² 6/9 mərtəbə -
650Bugün, 18:16Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 50 m² 1/2 mərtəbə -
280 000Bugün, 18:12Satılır Yeni Tikili
Nizami m., Nizami r.
3 otaqlı 90 m² 7/10 mərtəbə -
84 999Bugün, 18:11Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 72 m² 12/16 mərtəbə -
124 000Bugün, 18:10Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 63 m² 12/14 mərtəbə -
1 000Bugün, 18:06Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 150 m² 3/16 mərtəbə -
550Bugün, 18:06Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi - 2 m., Nəsimi r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
1 500Bugün, 18:01Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 70 m² 10/20 mərtəbə -
60 000Bugün, 18:00Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 90 m² 16/16 mərtəbə -
750Bugün, 17:57Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 75 m² 16/16 mərtəbə -
129 999Bugün, 17:56Satılır Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
1 100Bugün, 17:52Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 100 m² 9/17 mərtəbə -
650 000Bugün, 17:51Satılır Yeni Tikili
Sahil m., Port Baku, Nəsimi r.
3 otaqlı 102 m² 6/20 mərtəbə -
145 000Bugün, 17:51Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 5/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

