Azərbaycanın kirayə mənzil bazarında vəziyyət necədir?

Artıq yay tətili səbəbindən tələbələrin əksəriyyəti paytaxtı tərk edərək müxtəlif bölgələrə qayıdırlar. Bu, ictimai nəqliyyatda və şəhərdəki ümumi hərəkətliliyin azalmasından da müşahidə olunur.
Bəs görəsən, bu dövr kirayə mənzil bazarına necə təsir edir? Tələbələrin tərk etdiyi kirayə mənzillərin aqibəti necə olur?
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, kirayə mənzil bazarında hər il artım qeydə alınır:
"Buna səbəb 2016-cı ildən etibarən qəzalı və istismar müddəti başa çatmış binaların söküntü prosesinin aparılmasıdır. Hazırda paytaxtın bir neçə ərazisində söküntü işləri davam edir. Bu proses əsasən şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən yaşayış evləri və köhnə binaları əhatə edir. 2040-cı ilə qədər paytaxt ərazisində yüzlərlə köhnə bina və fərdi yaşayış evlərindən ibarət massivlərin sökülməsi planlaşdırılır. Onların bir qismi dövlət ehtiyacları üçün istifadə ediləcək, digərlərində isə yeni yaşayış binaları inşa olunacaq. Ucuz kirayə mənzillər əsasən köhnə binalarda və fərdi yaşayış massivlərində yerləşirdi. Bu tip evlər söküldükcə həmin mənzillər kirayə bazarından çıxmış olur. Onların yerində tikilən yeni binalarda isə kirayə qiymətləri əvvəlkilərlə müqayisədə, təxminən iki dəfə baha olur. Digər tərəfdən, evləri sökülən sakinlərə yeni mənzillər təhvil verilənə qədər təxminən 2-3 il ərzində müvəqqəti olaraq kirayə mənzildə yaşamaq məcburiyyəti yaranır".
Ekspert qeyd edib ki, bütün bu amillər tələbələrin ali təhsil müəssisələrinə yaxın ərazilərdə kirayə ev tapmasını çətinləşdirir:
“Normal şəraitdə 1 otaqlı mənzildə maksimum 2 tələbə qalmalıdır ki, həm rahat yaşaya, həm də dərslərinə normal hazırlaşa bilsin. Lakin bəzən bu cür mənzillərdə 3-4 tələbənin birgə yaşadığını görürük. Bu isə onların həm təhsilin keyfiyyətinə, həm də yaşayış şəraitinə mənfi təsir göstərir. Digər tərəfdən, bir çox tələbə məcbur qalıb Bakıətrafı ərazilərdə ev axtarır. Nəticədə günün bir neçə saatı yollarda keçir, bu da əlavə vaxt itkisi və nəqliyyat xərcləri ilə müşayiət olunur. Əgər vəziyyət dəyişməsə, yaxın gələcəkdə tələbələrin paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ev tapması demək olar ki, mümkünsüz olacaq”.
“Köhnə tələbə yataqxanaları yaşayış üçün yararsız olsa da, onların torpaq sahələri mövcuddur. Həmin ərazilərdə daha hündür, müasir və çoxotaqlı yataqxanalar inşa etmək mümkündür. Bu, tələbələrin mənzil problemlərini aradan qaldırmış olar. Tikinti prosesində maya dəyərini artıran əsas amillərdən biri məhz torpaq sahəsidir. Lakin burada üstünlük ondadır ki, söhbət artıq mövcud olan torpaq sahələrindən gedir. Sovet dövründə hər ali təhsil müəssisəsinin yaxınlığında yataqxana şəhərcikləri mövcud idi. Əgər bu yataqxanalar sökülərək müasir formada yenidən inşa olunsa, bir tərəfdən tələbələrin kirayə ev problemi həll olunar, digər tərəfdən isə kirayə mənzil bazarında müəyyən boşluq yaranar ki, bu da qiymətlərin stabilləşməsinə səbəb ola bilər”-E.Fərzəliyev deyib.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, kirayə mənzil bazarında stabillik hökm sürür.
Onun sözlərinə görə, tələbələrin evlərinə qayıtması nəticəsində bazarda ucuz kirayə mənzil təkliflərinin sayı artıb:
“Amma bunun müvəqqəti olduğunu düşünürəm. Çünki avqustun sonlarından etibarən qiymətlərin yenidən artacağı gözlənilir. Bir çox tələbə hələ də kirayə qaldığı evi boşaltmayıb. Onlar sentyabrda yeni ev tapmaqda çətinlik çəkməmək üçün bir neçə aylıq ödəniş edərək mənzili əvvəlcədən saxlayırlar”.
Ekspert bildirib ki, bu il kirayə mənzil bazarında tələbələrin payı təxminən 20 faiz təşkil edir:
“Lakin boşaldılan mənzillərin payı 10 faiz civarındadır. Bu tendensiya ötən il də müşahidə olunmuşdu. Çünki bir çox tələbə eyni zamanda paytaxtda işlədiyi üçün mənzili tərk etmir. Hazırda bazarda nisbətən stabillik hökm sürür – kəskin qiymət artımı və ya ucuzlaşma müşahidə olunmur. Belə vəziyyətlərdə bahalaşmanın qarşısını qismən almaq mümkün olur. Avqustun sonu – sentyabrın əvvəllərində müvəqqəti qiymət artımı gözlənilsə də, oktyabr-noyabr aylarında qiymətlərin yenidən stabilləşəcəyi ehtimal olunur”.
- 09.07.2025
- 371
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
207 000Bugün, 12:49Satılır Yeni Tikili
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
1 otaqlı 57 m² 3/7 mərtəbə -
600Bugün, 12:45Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 85 m² 9/17 mərtəbə -
730Bugün, 12:45Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 80 m² 2/7 mərtəbə -
129 000Bugün, 12:44Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 146 m² -
235 000Bugün, 12:44Satılır Köhnə Tikili
Gənclik m., Binəqədi r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
600Bugün, 12:44Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 44 m² 2/5 mərtəbə -
800Bugün, 12:43Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 70 m² 10/17 mərtəbə -
730Bugün, 12:42Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 90 m² 5/16 mərtəbə -
85 996Bugün, 12:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 5/6 mərtəbə -
800Bugün, 12:39Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
650Bugün, 12:38Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 60 m² 3/18 mərtəbə -
600Bugün, 12:38Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 60 m² 2/2 mərtəbə -
210 000Bugün, 12:34Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 100 m² 4/16 mərtəbə -
182 900Bugün, 12:33Satılır Köhnə Tikili
Azadlıq m., Binəqədi r.
2 otaqlı 65 m² 8/9 mərtəbə -
100 000Bugün, 12:33Satılır Torpaq
Biləcəri qəs., Binəqədi r.
5 sot -
210 000Bugün, 12:29Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 85 m² 20/20 mərtəbə -
600Bugün, 12:29Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 60 m² 6/9 mərtəbə -
540Bugün, 12:28Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
14 m² -
125 000Bugün, 12:28Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 10/16 mərtəbə -
390 000Bugün, 12:27Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 85 m² 2/9 mərtəbə -
198 000Bugün, 12:26Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 60 m² 2/5 mərtəbə -
175 000Bugün, 12:19Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 70 m² 5/5 mərtəbə -
6 500Bugün, 12:18Kirayə (aylıq) Həyət evi/villa
Sabunçu r.
5 otaqlı 160 m² -
1 020 000Bugün, 12:15Satılır Torpaq
Binə qəs., Xəzər r.
70 sot -
1 000Bugün, 12:15Kirayə (aylıq) Həyət evi/villa
Xətai r.
6 otaqlı 180 m² -
10 000 000Bugün, 12:14Satılır Torpaq
Azadlıq m., Rəsulzadə qəs., Hollivud şadlıq sarayı, Binəqədi r.
64 sot -
400Bugün, 12:13Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Suraxanı r.
1 otaqlı 50 m² 12/12 mərtəbə -
175 000Bugün, 12:13Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 60 m² 3/5 mərtəbə -
278 000Bugün, 12:11Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nəsimi r.
2 otaqlı 68 m² 7/12 mərtəbə -
255 000Bugün, 12:09Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 60 m² 14/19 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller