50 min manat ƏDV ödənilibsə, vəsaitin 15 min manatı hesaba qaytarılacaq"

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.
Arenda.az fed.az-a istinadən xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov yenilik ilə bağlı Facebook səhifəsində yazıb ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.
ƏDV nə zaman geri qaytarılacaq?
Vüqar Bayramov bildirib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq.
Kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılacaqmı?
ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
Bir neçə əmlak alınanda ƏDV necə geri qaytarılacaq?
Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
Əmlakın sahəsi 500 kvadratmetrdən çoxdursa ƏDV necə geri qaytarılacaq?
Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.
Hansı müddətdə ƏDV geri qaytarılacaq?
Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.
Hansı halda ƏDV geri qaytarılmayacaq?
Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin.
- 01.12.2022
- 649
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
225 000Bugün, 21:26Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3 sot -
1 400 000Bugün, 21:25Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
6 otaqlı 15 sot -
285 000Bugün, 21:24Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3 sot -
380 000Bugün, 21:23Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 4 sot -
220 000Bugün, 21:12Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
6 otaqlı 240 m² -
280Bugün, 21:09Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 65 m² -
230 000Bugün, 21:04Satılır Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 127 m² 1/5 mərtəbə -
190 000Bugün, 20:46Satılır Yeni Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 80 m² 12/15 mərtəbə -
52 000Bugün, 20:45Satılır Torpaq
Binə qəs., Xəzər r.
3 sot -
600Bugün, 20:38Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
2 otaqlı 60 m² 7/9 mərtəbə -
185 000Bugün, 20:24Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 110 m² 3/9 mərtəbə -
63 000Bugün, 20:22Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 100 m² -
290 000Bugün, 20:19Satılır Yeni Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 88 m² 2/18 mərtəbə -
110 000Bugün, 20:17Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə -
115 000Bugün, 20:07Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 98 m² -
7 500Bugün, 19:57Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
8 otaqlı 300 m² -
185 000Bugün, 19:42Satılır Köhnə Tikili
20 Yanvar m., Binəqədi r.
3 otaqlı 75 m² 9/9 mərtəbə -
235 000Bugün, 19:37Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 65 m² 2/5 mərtəbə -
1 300Bugün, 19:21Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
55 m² -
138 000Bugün, 19:15Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Ukrayna dairəsi, Xətai r.
2 otaqlı 45 m² 8/9 mərtəbə -
185 000Bugün, 19:15Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 115 m² 4/9 mərtəbə -
10 000Bugün, 19:10Kirayə (aylıq) Ofis
Xətai r.
1 otaqlı 440 m² -
600Bugün, 19:08Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Zərifə Əliyeva adına park, Nəsimi r.
2 otaqlı 65 m² 16/17 mərtəbə -
700Bugün, 19:07Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 110 m² 14/16 mərtəbə -
317 000Bugün, 19:00Satılır Yeni Tikili
7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 100 m² 11/16 mərtəbə -
115 000Bugün, 18:59Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 3/7 mərtəbə -
4 900Bugün, 18:58Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
270 m² -
190 000Bugün, 18:57Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 42 m² 4/4 mərtəbə -
1 300Bugün, 18:56Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
2 otaqlı 70 m² 9/17 mərtəbə -
105 000Bugün, 18:55Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 67 m² 3/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
