50 min manat ƏDV ödənilibsə, vəsaitin 15 min manatı hesaba qaytarılacaq"

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.
Arenda.az fed.az-a istinadən xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov yenilik ilə bağlı Facebook səhifəsində yazıb ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.
ƏDV nə zaman geri qaytarılacaq?
Vüqar Bayramov bildirib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq.
Kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılacaqmı?
ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
Bir neçə əmlak alınanda ƏDV necə geri qaytarılacaq?
Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
Əmlakın sahəsi 500 kvadratmetrdən çoxdursa ƏDV necə geri qaytarılacaq?
Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.
Hansı müddətdə ƏDV geri qaytarılacaq?
Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.
Hansı halda ƏDV geri qaytarılmayacaq?
Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin.
- 01.12.2022
- 636
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
123 000Dünən, 23:24Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 70 m² 5/11 mərtəbə -
19 100Dünən, 23:01Satılır Torpaq
Xaçmaz / Nabran ş.
6 sot -
195 000Dünən, 22:12Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 90 m² 8/9 mərtəbə -
1 555Dünən, 22:04Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 55 m² 1/9 mərtəbə -
4 000Dünən, 21:46Kirayə (aylıq) Obyekt
Qaraçuxur qəs., Suraxanı r.
1000 m² -
2 000Dünən, 21:37Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 145 m² 3/4 mərtəbə -
230 000Dünən, 21:37Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 82 m² 8/19 mərtəbə -
2 700Dünən, 21:30Kirayə (aylıq) Yeni Tikili
28 May m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
4 otaqlı 217 m² 18/21 mərtəbə -
188 000Dünən, 21:30Satılır Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 88 m² 9/18 mərtəbə -
1 200Dünən, 21:30Kirayə (aylıq) Yeni Tikili
Xalqlar dostluğu m., Xətai r.
2 otaqlı 60 m² 10/14 mərtəbə -
350Dünən, 21:27Kirayə (aylıq) Həyət evi/villa
Sabunçu qəs., Sabunçu r.
2 otaqlı 52 m² -
1 200Dünən, 21:16Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 95 m² 5/21 mərtəbə -
2 100Dünən, 21:05Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 90 m² 4/22 mərtəbə -
3 500Dünən, 21:01Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 128 m² 11/18 mərtəbə -
115 000Dünən, 20:51Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 42 m² 1/5 mərtəbə -
150Dünən, 20:44Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı -
1 500Dünən, 20:36Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
40 m² -
220 000Dünən, 20:32Satılır Obyekt
Nizami m., Nəsimi r.
30 m² -
400 000Dünən, 20:31Satılır Həyət evi/villa
Şamaxı ş.
10 otaqlı 250 m² -
1 000Dünən, 20:23Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., 20 nömrəli məktəb, Yasamal r.
100 m² -
136 000Dünən, 20:20Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 105 m² 9/16 mərtəbə -
129 500Dünən, 20:17Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 9/9 mərtəbə -
160 000Dünən, 20:13Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 55 m² 15/17 mərtəbə -
450Dünən, 20:12Kirayə (aylıq) Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 100 m² -
1 400Dünən, 20:11Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 110 m² 3/14 mərtəbə -
1 100 000Dünən, 20:03Satılır Həyət evi/villa
Xətai r.
9 otaqlı 400 m² -
3 500Dünən, 20:01Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
5 otaqlı 300 m² 16/18 mərtəbə -
800Dünən, 19:57Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Musabəyov parkı, Yasamal r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
1 200Dünən, 19:52Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 50 m² 11/17 mərtəbə -
3 200Dünən, 19:43Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
80 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

