Yeni tikililərdə yaşayışın üstünlükləri və riskləri: alıcılar nəyə diqqət etməlidir?
.jpeg)
Son illərdə Bakıda yeni tikililere maraq əhəmiyyətli dərəcədə artıb. Müasir infrastruktura, geniş planlaşdırmaya və rahat şəraitə malik olan bu binalar alıcıların diqqətini cəlb edir. Lakin menzil alışı zamanı təkcə üstünlüklərə deyil, mümkün risklərə də diqqət etmək vacibdir. Yeni binaların əsas üstünlüklərindən biri onların müasir planlaşdırma və dizayna malik olmasıdır. Geniş otaqlar, açıq mətbəxlər, yeraltı qarajlar və sürətli liftlər sakinlərə daha rahat həyat tərzi təqdim edir. Digər mühüm üstünlük enerji səmərəliliyidir. Yeni izolyasiya sistemləri sayəsində menzillerde istilik itkisi minimum olur, bu da qışda istilik, yayda isə sərinlik xərclərini azaldır.
Bundan əlavə, yeni tikililər adətən məktəb, supermarket, dayanacaq və park kimi obyektlərə yaxın ərazilərdə yerləşir. Bu da gündəlik həyatın rahatlığını artırır. Əksər müasir yaşayış komplekslərində təhlükəsizlik və təmizlik sistemi 24/7 əsasda təşkil olunur.
Bütün üstünlüklərlə yanaşı, alıcıların diqqət etməli olduğu müəyyən risklər də mövcuddur. Ən çox rast gəlinən problem sənədləşmə ilə bağlıdır. Bəzi binalarda hələ də çıxarış (kupça) verilmədiyi üçün alıcılar sonradan çətinliklərlə üzləşə bilirlər.Digər risk isə tikintinin təhvil tarixinin gecikməsidir. Bəzən tikinti şirkətləri mənzilləri satışa çıxarır, lakin obyektin tam təhvilini illərlə uzadır. Bundan əlavə, tikinti keyfiyyəti də vacib faktordur. Ucuz materiallardan istifadə mənzilin uzunömürlülüyünə mənfi təsir göstərə bilər. Etibarlı tikinti şirkətini seçmək mənzil alışı prosesinin ən vacib mərhələlərindən biridir. Alıcı ilk növbədə şirkətin rəsmi qeydiyyatını və əvvəlki layihələrini yoxlamalıdır. Sosial şəbəkələrdə və forumlarda real müştəri rəylərini oxumaq da faydalıdır. Müqavilə imzalanmadan öncə hüquqşünasla məsləhətləşmək, sənədlərin düzgün tərtibinə əmin olmaq üçün vacib addımdır. Əgər imkan varsa, tikinti şirkətinin artıq təhvil verdiyi binaları yerində görmək daha real təsəvvür yaradar.
Bakının müxtəlif rayonlarında fərqli büdcələrə uyğun yeni tikililər tapmaq mümkündür.
Ağ Şəhər layihələri — müasir memarlıq, yüksək infrastruktur və rahat yerləşmə ilə seçilir. Nərimanov və Xətai rayonlarında olan komplekslər — metroya yaxın və şəhər mərkəzinə inteqrasiya olunmuş yaşayış təklif edir. Binəqədi və Masazır istiqamətində olan layihələr isə daha sərfəli qiymətlərlə geniş seçim yaradır.
Yekunda qeyd etmək olar ki, yeni tikilide menzil almaq istənilən halda yaxşı araşdırma və düzgün seçim tələb edir. Etibarlı şirkətlə əməkdaşlıq və sənədlərin şəffaflığı alıcını gələcəkdə yarana biləcək problemlərdən qoruyur.
Hazırladı
Məhərrəmova Duyğu
- 16.10.2025
- 129
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
88 000Bugün, 12:07Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 4/8 mərtəbə -
4 000Bugün, 11:57Kirayə (aylıq) Obyekt
Lökbatan qəs., Sədərək ticarət mərkəzi, Qaradağ r.
100 m² -
185 000Bugün, 11:56Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 85 m² 2/10 mərtəbə -
1 800Bugün, 10:58Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
65 m² -
155 000Bugün, 10:58Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
2 otaqlı 45 m² 8/9 mərtəbə -
255 000Bugün, 10:57Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 77 m² 6/16 mərtəbə -
9 000Bugün, 10:52Kirayə (aylıq) Ofis
Nəsimi r.
17 otaqlı 330 m² -
235 000Bugün, 10:38Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 91 m² 11/17 mərtəbə -
130 000Bugün, 10:37Satılır Köhnə Tikili
Neftçilər m., Xətai r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
140 000Bugün, 10:36Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nazlı saray, Nizami r.
2 otaqlı 40 m² 1/5 mərtəbə -
180 000Bugün, 10:34Satılır Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
100Bugün, 10:30Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
3 otaqlı -
145 000Bugün, 10:21Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Sərhədçi İdman Kompleksi, Nizami r.
2 otaqlı 55 m² 8/9 mərtəbə -
112 000Bugün, 10:18Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 75 m² -
3 600Bugün, 10:13Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 162 m² 5/13 mərtəbə -
235 000Bugün, 10:11Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
3 otaqlı 94 m² 2/23 mərtəbə -
245 000Bugün, 09:49Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 122 m² 12/17 mərtəbə -
150Bugün, 09:48Kirayə (aylıq) Həyət evi/villa
Zığ qəs., Suraxanı r.
2 otaqlı 80 m² -
380Bugün, 04:43Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 0.9 m² -
500Bugün, 01:01Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 90 m² 2/5 mərtəbə -
2 700Bugün, 00:51Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
90 m² -
195 000Bugün, 00:35Satılır Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 107 m² -
230 000Bugün, 00:27Satılır Köhnə Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 80 m² 5/9 mərtəbə -
150Bugün, 00:16Kirayə (günlük) A frame evler
Qəbələ ş.
-
245 000Bugün, 00:10Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 102 m² 11/14 mərtəbə -
25 000Bugün, 00:07Satılır Torpaq
Şamaxı ş.
12 sot -
255 000Bugün, 00:04Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 97 m² 4/9 mərtəbə -
33 000Dünən, 23:51Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 47 m² 15/15 mərtəbə -
315 000Dünən, 23:31Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
6 otaqlı 300 m² -
580Dünən, 23:29Kirayə (aylıq) Köhnə Tikili
Nizami r.
2 otaqlı 50 m² 3/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

