Şuşa - Bülbülün ev muzeyi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
- 27.09.2021
- 1203
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
70 000Bugün, 20:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 67 m² 10/10 mərtəbə -
300Bugün, 20:19Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
200 000Bugün, 20:19Satılır Obyekt
Xətai r.
95 m² -
900Bugün, 20:15Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Neftçi bazası, Nəsimi r.
3 otaqlı 200 m² 15/19 mərtəbə -
400 000Bugün, 20:14Satılır Həyət evi/villa
Şamaxı ş.
7 otaqlı 250 m² -
185 000Bugün, 20:12Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
4 otaqlı 300 m² -
208 000Bugün, 20:12Satılır Yeni Tikili
Koroğlu m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 115 m² 8/18 mərtəbə -
47 000Bugün, 20:10Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 40 m² 1/1 mərtəbə -
163 000Bugün, 20:08Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 175 m² -
155 000Bugün, 20:08Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 100 m² -
205 000Bugün, 20:08Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 87 m² 4/12 mərtəbə -
136 000Bugün, 20:08Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 45 m² 8/9 mərtəbə -
192 000Bugün, 20:08Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
4 otaqlı 100 m² 1/9 mərtəbə -
395 000Bugün, 20:07Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 90 m² 12/17 mərtəbə -
87 000Bugün, 20:06Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 71.5 m² 7/17 mərtəbə -
850Bugün, 20:05Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 75 m² 4/9 mərtəbə -
650Bugün, 20:05Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 71 m² 2/12 mərtəbə -
137 000Bugün, 20:04Satılır Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 56 m² 3/16 mərtəbə -
500Bugün, 20:03Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
1 otaqlı 37 m² 9/9 mərtəbə -
750Bugün, 20:03Kirayə (aylıq) Köhnə Tikili
Nizami m., Nizami r.
1 otaqlı 40 m² 2/5 mərtəbə -
300 000Bugün, 20:03Satılır Yeni Tikili
Nərimanov r.
3 otaqlı 103 m² 14/15 mərtəbə -
180 000Bugün, 20:02Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 53 m² 15/16 mərtəbə -
1 450Bugün, 20:02Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 141 m² 15/18 mərtəbə -
1 450Bugün, 20:01Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 133 m² 14/16 mərtəbə -
800Bugün, 20:01Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 75 m² 14/17 mərtəbə -
1 400Bugün, 20:01Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
60 m² -
360Bugün, 20:00Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 2/11 mərtəbə -
490 000Bugün, 20:00Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
4 otaqlı 165 m² 12/16 mərtəbə -
155 000Bugün, 19:59Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 107 m² 12/13 mərtəbə -
150 000Bugün, 19:58Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 60 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller