Paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha əlverişlidir ?

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
“İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.
Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:
”Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.
- 29.02.2024
- 267
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
262 000Bugün, 10:53Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 112 m² 11/20 mərtəbə -
680 000Bugün, 10:52Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 124 m² 6/7 mərtəbə -
900Bugün, 10:48Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
3 otaqlı 90 m² 2/9 mərtəbə -
125 000Bugün, 10:46Satılır Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
1 otaqlı 35 m² 1/5 mərtəbə -
8 200 000Bugün, 10:40Satılır Torpaq
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
200 sot -
250 000Bugün, 10:37Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 103 m² 15/22 mərtəbə -
195 000Bugün, 10:37Satılır Obyekt
28 May m., Nəsimi r.
33 m² -
210 000Bugün, 10:34Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 65 m² 4/5 mərtəbə -
124 500Bugün, 10:31Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 35 m² 3/5 mərtəbə -
77 000Bugün, 10:29Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 75 m² 11/19 mərtəbə -
80 000Bugün, 10:28Satılır Həyət evi/villa
Şabran ş.
4 otaqlı 136 m² -
2 000Bugün, 10:27Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
6 otaqlı 350 m² -
166 000Bugün, 10:12Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 7/9 mərtəbə -
102 000Bugün, 10:11Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 22 m² 1/2 mərtəbə -
800Bugün, 10:08Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 12/16 mərtəbə -
65 000Bugün, 10:04Satılır Həyət evi/villa
Quba ş.
3 otaqlı 84.6 m² -
145 000Bugün, 10:04Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 55 m² 7/9 mərtəbə -
163 000Bugün, 09:59Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 55 m² 2/9 mərtəbə -
130 000Bugün, 09:58Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 50 m² 12/12 mərtəbə -
180 000Bugün, 09:55Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 43 m² 2/2 mərtəbə -
800Bugün, 09:50Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
2 otaqlı 90 m² -
150Bugün, 09:41Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, AF Business House, Nizami r.
1 otaqlı 35 m² 4/5 mərtəbə -
55 000Bugün, 09:37Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 75 m² -
220 000Bugün, 09:36Satılır Obyekt
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
70 m² -
70Bugün, 09:16Kirayə (günlük) Bağ evi
Novxanı, Abşeron r.
3 otaqlı 6 sot -
600 000Bugün, 08:50Satılır Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
100 m² -
450Bugün, 03:03Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
1 otaqlı 30 m² 5/5 mərtəbə -
130Bugün, 02:50Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 20 m² -
1 000Bugün, 01:34Kirayə (aylıq) Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
2 otaqlı 110 m² 13/17 mərtəbə -
80Bugün, 01:20Kirayə (günlük) Bağ evi
İsmayıllı ş.
4 otaqlı 20 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

