«Kristal Abşeron» mənzilləri addım-addım - BELƏ BAHALAŞDIRIR – İKİ İLDƏ 70% ARTIM
- 25.02.2025
- 700

Son illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir.
Bahalaşma daşınmaz əmlak bazarının bütün seqmentlərində hiss olunsa da, yeni tikililərdə qiymətlər daha sürətlə artır.
Azərbaycanın bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankının hazırladığı hesabata əsasən, paytaxtın bəzi ərazilərində hətta ilkin bazarda qiymətilər təkrar bazardan daha yüksək olub.
Baş verən sürətli baalaşmam alıcaları pis vəziyyətdə, əmlak ekspetlərini isə suallar qarşısında qoyur. Tikinti sektorunda maaşların kəskin artmadığı, eləcə də tikniti materiallarının qiymətinin dəfələrlə aşağtı ysürətlə bahalaşdığı bir vaxtda mənzillərin belə sürətli bahalaşmasının səbəbləri sonadək aydın deyil.
Paytaxtda yeni tikililirəni qiymətinin artmasını tikinti sektorunun əs oyunçularından biri olan «Kristal Abşeron»un misalında izləmək mümkündür.
Hazırda şirkətin Bakı ərazisində iki böyük yaşayış konmpleksi layihəsi - "City Garden Nərimanov" və "Park Yasamal" layihələri təqdim edilir. Her iki layihə üzrə mənzil qiymətlərində kəskin artım müşahidə edilir. Alıcılar ola bilər ki, qiymət artımını çox da hiss etmirlər, amma son 2 illik müddəti götürəndə bu komplekslərdə mənqzillərin nə qədər bahalaşdığı aydın olur.
«City Garden Nərimanov» Layihəsi
«Kristal Abşeron»un Nərimanov rayonunda inşa etdiyi «City Garden Nərimanov» Layihəsi təqribən 17 hektar sahədə 29 yaşayış binasının inşasını nəzərdə tutur. Kompleks Heydər Əliyev prospektinin yaxınlığında yerləşir və «Kristal Abşeron»un reklamlarında kompleksin N.Nərimanov metrostansiyasından 700 metr məsafədə yerləşdiyi iddia edilir.
Ötən illər ərzində kompleksdə tikililərin hündürlüyü ilə birlikdə qiymətlər də sürətlə artıb. Təkcə son 2 ildə burada qiymətlərdə 1000 manatadək bahalaşma baş verib.
Belə ki, 2022-ci ilin may ayında təqdim olunan mənzillərdə 1 kvadratmetrin qiyməti 2 094-2 873 AZN arasında dəyişirdi. Məsələn, 2 il əvvəl «City Garden»də 4-cü mərtəbədə yerləşən 106 kvadratmetrlik mənzilin ümumi qiyməti 222 min AZN idi ki, bu da 1 kvadratmetrin 2 094 AZN-ə bərabər olması idi.
1 ayda 377 min manatdan 405 min manata yüksələn mənzil
2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində isə burada 1 kvadratmetrin qiyməti əhəmiyyətli dərəcədə bahalaşaraq 3 050-3 200 AZN-ə yüksəlib. Məsələn, kompleksdəki 127,42 kvadratmetrlik 4 otaqlı mənzilin qiyməti 388 631 manat təşkil edib, yəni 1 kvadratmetri 3050 manat. Yeri gəlmişkən, cəmi 20 gün əvvəl – 2024-cü ilin dekabrında həmin 127 kvadratmetrik mənzilin qiyməti 377 163 manat idi, yəni kvadratı 2960 manat. Yəni təkcə 20 gündə burada mənzilin kvadratı 90 manat, ümumi qiyməti isə 11 min manat yüksəlib.
Bahalaşma bundan sonra da davam edib. Fevralın 2-də sözügedən mənzilin satış qiyməti 396 min manata, yəni 1 kvadratmetrin qiyməti isə 3120 manata qalxıb. Başqa sözlə, 10-12 gün ərzində mənzilin 1 kvadratmetrinin qiyməti 70 manat, ümumi qiyməti isə 8 min manat bahalaşıb.
Fevralın 8-də isə qiymətlər yenidən artıb – həmin tarixdə, yuxarıda göstərilən 127 kvadratmetr mənzilin qiyməti 405 200 manata, yəni 1 kvadratmetrinin qiyməti 3190 manata yüksəlib. Başqa sözlə, 1 həftə ərzində qiymətlər kvadratmetr üçün daha 70 manat, mənzilin ümumi qiyməti isə 9 min manat artıb.
Bundan başqa, 2022-ci ildə 140 kvadratmetrlik sadə bir mənzilin 1 kvadratmetrinin qiyməti 2 100 AZN idi. 2025-ci ildə isə bu qiymət 3 064 AZN-ə yüksəlib. Beləliklə, 1 kvadratmetr üzrə qiymət 964 AZN artıb ki, bu da təxminən 46% bahalaşma deməkdir.
Ümumilikdə «City Garden»də son 2 ildə qiymətlər 1 kvadratmetr üçün 900-950-1000 manat və ya 40-50% artıb.
Oxşar mənzərə qiymətlərin nisbətən yüksək olduğu bağçalı və terraslı mənzillərdə də müşahidə edilir. 2022-ci ilin may aylarında terraslı mənzillərdə qiymət 1 kvadratmetr üçün 2 650 manat ətrafında idi. 2025-ci ilin yanvarında isə qiymətlər 3930 manata yüksəlib. Məsələn, terraslı 84,30 kvadratmetr sahəli bir mənzilin qiyməti 331,3 min manat təyin olunub ki, bu da kvadratmetrə 3 930 manat edir. Başqa sözlə 2022-ci ildən bəri burada ukvadratmetrin qiyməti 1280 manat və ya 48% bahalaşıb.
Kompleksdəki bağçalı mənzillərin qiymətləri də kəskin artıb. 2022-ci ilin mayında 1-ci mərtəbədəki 229 kvadratmetr sahəli mənzilin qiyməti 658 000 manat idi - 1 kvadratmetrb 2 873 manat. 2025-ci ilin yanvarında isə bağçalı mənzillərin kvadratmetr qiyməti 3 750 manata yüksəlib. Belə ki, hazırda burada olan 120,85 kvadratmetr sahəli bağçalı mənzilin qiyməti indi 453 188 manat təşkil edir. 151,54 kvadratmetr sahəli mənzilin qiyməti isə 559 183 manat və ya kvadratmetri 3690 manatdır. Bu təqribən 800-900 manat və ya 30% bahalaşma deməkdir.
"Park Yasamal" Layihəsi
«Kristal Abşeron»un Bakı Dairəvi yolunun kənarında inşa etdiyi «Park Yasamal» layihəsində də qiymətlər sürətlə artmaqdadır.
Qeyd edək ki, bu kompleksdə mənzillər göl mənzərəsi olan və olmayan yerə ayrılır.
2022-ci ilin oktyabr ayında göl mənzələri mənzillərin 1 kvadratmetrinin qiyməti 1 580 AZN, dekabr ayında isə 1 640 AZN idi.
2025-ci ilin yanvarında isə "Park Yasamal" layihəsində tamamilə başqa qiymətlər var. Məsələn, 51 kvadratmetrlik mənzilin ümumi qiyməti 138 829 AZN olaraq təklif edilir ki, bu da 1 kvadratmetr üçün 2 720 AZN deməkdir. 65,71 kvadratmetrlik 3 otaqlı mənzilin qiyməti isə 157 047 AZN və ya 1 kvm-nin qiyməti 2390 manatdır. Başqa sözlə, ötən dövr ərzində kompleksdə qiymətlər 1000 manat və ya təqribən 60-70% bahalaşıb.
«Kristal Abşeron»un mənzilləri niyə belə sürətlə bahalaşır?
«Kristal Abşeron»un timisalında son iki ildə yeni tikililərin qiymətinin belə sürətlə artımının səbəbi məlum deyil.
Məsələ bundadır ki, ötən dövrdə tikintinin maya dəyərinə təsir edən iki əsas xərc maddəsində – işçi qüvvəsində və tikinti materiallarının qiymətində kəskin artım olmayıb.
Belə ki, tikintinin qeyri-dövlət sektorunda çalışanların əmək haqqı 2022-ci ildə 1046 manat, 2023-cü ildə 1079 manat, 2024-cü ilin sonunda isə 1083 manat olub. Başqa sözlə, bu dövrdə tikintidə işləyənlərin maaşlarında cəmi 8% artım baş verib.
Digər tərəfdən, Dövlət Statistika Komitəsinin məlumat larına əsasən, 2022-ci ildə ölkədə tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri (yəni tiknitinin maya dəyəri) cəmi 2% artıb.
2023-cü ildə bu artım 4,6% olub. 2024-cü ilin ilk 9 ayında isə yaşayış evlərinin tikintisi üzrə istehlakçı qiymətləri indeksi cəmi 0,4% olub, yəni qiymətlər bu qədər artıb.
Başqa sözlə, hətta 2022-ci ilin ortalarından hesablayanda da istehsalçı qiymət artımı 5,5%-i keçməyib.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 03Mart202511:00239 mərtəbəli binaların liftləri dəyişdiriləcək – SƏRƏNCAM, RAYONLAR, SİYAHI
- 01Mart202520:00706Fevral ayının ən reytinqli 50 istifadəçisi
- 28Fevral202510:44703Bakıda yeni söküntü dalğası - Bəzi binalar təmir də ediləcək
- 26Fevral202510:37708"Vətən müharibəsi əlilləri və qazilərin mənzil məsələsi həll olunmaq üzrədir"
- 25Fevral202509:59701«Kristal Abşeron» mənzilləri addım-addım - BELƏ BAHALAŞDIRIR – İKİ İLDƏ 70% ARTIM
- 24Fevral202510:23332Azərbaycanda zəlzələyə dayanıqlılığı yoxlamaq üçün binalara yeni cihazlar yerləşdiriləcək
Yeni Elanlar
-
120 000 AZN
Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 6/9 mərtəbə -
800 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 110 m² 4/5 mərtəbə -
490 000 AZN
Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
4 otaqlı 190 m² -
74 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 3/4 mərtəbə -
135 000 AZN
Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 65 m² 2/9 mərtəbə -
1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 140 m² 1/17 mərtəbə -
700 AZN
Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
52 m² -
2 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
4 otaqlı 225 m² 15/21 mərtəbə -
85 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 75 m² 5/5 mərtəbə -
450 AZN
Kirayə (aylıq) Yeni Tikili
Abşeron r.
2 otaqlı 70 m² 5/5 mərtəbə -
25 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 134 m² 13/16 mərtəbə -
240 000 AZN
Satılır Yeni Tikili
Binəqədi r.
3 otaqlı 131 m² 17/18 mərtəbə -
86 000 AZN
Satılır Həyət evi/villa
İçərişəhər m., 20-ci sahə, Səbail r.
4 otaqlı 96 m² -
188 000 AZN
Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 91 m² 17/19 mərtəbə -
125 000 AZN
Satılır Obyekt
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
52 m² -
2 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 140 m² 4/7 mərtəbə -
610 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 157 m² 16/20 mərtəbə -
96 000 AZN
Satılır Köhnə Tikili
Lökbatan qəs., 28 Mall, Qaradağ r.
2 otaqlı 40 m² 3/3 mərtəbə -
68 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 52 m² -
550 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 40 m² 4/5 mərtəbə -
195 000 AZN
Satılır Yeni Tikili
8-ci kilometr, Nizami r.
2 otaqlı 103 m² 5/18 mərtəbə -
1 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 90 m² 10/18 mərtəbə -
185 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 15/16 mərtəbə -
245 000 AZN
Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 91 m² 7/17 mərtəbə -
108 000 AZN
Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
7 otaqlı 320 m² -
125 000 AZN
Satılır Köhnə Tikili
Nəsimi r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
65 000 AZN
Satılır Həyət evi/villa
Abşeron r.
3 otaqlı 100 m² -
460 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 160 m² 3/20 mərtəbə -
30 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 117 m² 10/16 mərtəbə -
185 000 AZN
Satılır Köhnə Tikili
Yasamal r.
4 otaqlı 110 m² 8/9 mərtəbə