Füzuli Mərkəzi Parkı yaradılacaq - 22.4 Ha sahəsni əhatə edəcək

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
- 31.01.2023
- 1337
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
70 000Bugün, 22:17Satılır Həyət evi/villa
Hökməli, Abşeron r.
7 otaqlı 120 m² -
150Bugün, 21:52Kirayə (günlük) Bağ evi
Qala, Xəzər r.
3 otaqlı 2 sot -
650Bugün, 21:34Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
3 otaqlı 50 m² 2/5 mərtəbə -
10 000Bugün, 20:47Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Nəsimi r.
390 m² -
239 000Bugün, 20:37Satılır Obyekt
İçərişəhər m., Gənclik Mall, Səbail r.
65 m² -
105 000Bugün, 20:34Satılır Obyekt
9-cu mikrorayon, Binəqədi r.
40 m² -
600Bugün, 20:25Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 60 m² 4/9 mərtəbə -
105 000Bugün, 20:20Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 86 m² 5/6 mərtəbə -
1 800Bugün, 20:19Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
80 m² -
1 600Bugün, 20:17Kirayə (aylıq) Yeni Tikili
Türkiyə səfirliyi, Nəsimi r.
4 otaqlı 160 m² 6/16 mərtəbə -
700Bugün, 20:05Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 56 m² 9/20 mərtəbə -
700Bugün, 20:00Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 66 m² 7/20 mərtəbə -
5 000Bugün, 19:57Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
280 m² -
800Bugün, 19:51Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 100 m² 3/15 mərtəbə -
700Bugün, 19:47Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 57 m² 6/19 mərtəbə -
3 000Bugün, 19:45Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi r.
200 m² -
650Bugün, 19:43Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 53 m² 10/20 mərtəbə -
27 500Bugün, 19:38Satılır Yeni Tikili
Saray, Abşeron r.
3 otaqlı 68 m² 14/14 mərtəbə -
142 000Bugün, 19:31Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 2/7 mərtəbə -
700Bugün, 19:30Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 59 m² 11/20 mərtəbə -
800Bugün, 19:22Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 15/20 mərtəbə -
800Bugün, 19:19Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 55 m² 18/20 mərtəbə -
380Bugün, 19:18Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 11/11 mərtəbə -
700Bugün, 19:12Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 18/20 mərtəbə -
450Bugün, 19:09Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 7/8 mərtəbə -
800Bugün, 19:07Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 10/20 mərtəbə -
46 000Bugün, 19:04Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
2000 m² -
750Bugün, 19:04Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 56 m² 14/20 mərtəbə -
850Bugün, 19:00Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 22 m² -
158 000Bugün, 19:00Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 70 m² 12/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

