Füzuli Mərkəzi Parkı yaradılacaq - 22.4 Ha sahəsni əhatə edəcək
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
- 31.01.2023
- 1289
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
145 000Bugün, 17:58Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 140 m² -
750Bugün, 17:57Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., ADA universiteti, Nəsimi r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
185 000Bugün, 17:53Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 85 m² 9/9 mərtəbə -
110 000Bugün, 17:50Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 46 m² 4/7 mərtəbə -
135 000Bugün, 17:50Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
1 000Bugün, 17:45Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 112 m² 13/17 mərtəbə -
500Bugün, 17:39Kirayə (aylıq) Həyət evi/villa
28 May m., Nəsimi r.
3 otaqlı 70 m² -
140 000Bugün, 17:37Satılır Köhnə Tikili
Nəsimi r.
2 otaqlı 50 m² 3/3 mərtəbə -
27 000Bugün, 17:37Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
3 otaqlı 99 m² 9/14 mərtəbə -
57 000Bugün, 17:34Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 80 m² -
183 000Bugün, 17:28Satılır Yeni Tikili
Nəsimi m., Nəsimi r.
2 otaqlı 68 m² 13/18 mərtəbə -
139 000Bugün, 17:26Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
205 000Bugün, 17:25Satılır Yeni Tikili
Səbail r.
2 otaqlı 67 m² 2/6 mərtəbə -
650Bugün, 17:22Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
4 otaqlı 123 m² 4/5 mərtəbə -
420 000Bugün, 17:19Satılır Həyət evi/villa
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 250 m² -
125 000Bugün, 17:16Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 66 m² 15/17 mərtəbə -
1 480Bugün, 17:13Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 120 m² 8/18 mərtəbə -
93 000Bugün, 17:12Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 75.2 m² 11/18 mərtəbə -
5 000Bugün, 17:11Kirayə (aylıq) Obyekt
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
300 m² -
150 000Bugün, 17:05Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 91.6 m² 3/15 mərtəbə -
165 000Bugün, 17:04Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 64 m² 4/7 mərtəbə -
1 200Bugün, 17:03Kirayə (aylıq) Obyekt
H.Aslanov qəs., Xətai r.
25 m² -
165 000Bugün, 17:02Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
374 000Bugün, 16:58Satılır Xarici Əmlak
3 otaqlı 150 m² -
140 000Bugün, 16:57Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 56 m² 2/12 mərtəbə -
165 000Bugün, 16:56Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 95 m² 2/11 mərtəbə -
18 000Bugün, 16:56Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 73 m² 9/14 mərtəbə -
135 000Bugün, 16:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 92 m² 6/8 mərtəbə -
88 000Bugün, 16:52Satılır Həyət evi/villa
Sabunçu r.
3 otaqlı 70 m² -
30 000Bugün, 16:50Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 43.65 m² 11/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller