Füzuli Mərkəzi Parkı yaradılacaq - 22.4 Ha sahəsni əhatə edəcək

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
- 31.01.2023
- 1307
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
25 500Dünən, 23:16Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 101 m² 4/14 mərtəbə -
370Dünən, 22:55Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 60 m² 2/14 mərtəbə -
95 000Dünən, 22:53Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 100 m² -
94 000Dünən, 22:39Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 78 m² 5/11 mərtəbə -
170 000Dünən, 22:32Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 59.3 m² -
300 000Dünən, 22:26Satılır Torpaq
Mərdəkan, Xəzər r.
8 sot -
120 000Dünən, 22:20Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 84 m² 12/14 mərtəbə -
220 000Dünən, 22:12Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 74 m² 4/4 mərtəbə -
85 000Dünən, 22:00Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 58 m² 2/7 mərtəbə -
350Dünən, 21:56Kirayə (aylıq) Obyekt
Yeni Günəşli qəs., Suraxanı r.
60 m² -
170 000Dünən, 21:54Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 57 m² 4/4 mərtəbə -
2 000Dünən, 21:33Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
200 m² -
5 000Dünən, 21:30Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Gənclik Mall, Nərimanov r.
4 otaqlı 230 m² 5/16 mərtəbə -
138 000Dünən, 21:18Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 47 m² 2/5 mərtəbə -
400Dünən, 21:06Kirayə (günlük) Bağ evi
Suraxanı qəs., Suraxanı r.
5 otaqlı 6.5 sot -
14 000Dünən, 20:58Kirayə (aylıq) Obyekt
Binəqədi r.
2800 m² -
400Dünən, 20:52Kirayə (aylıq) Obyekt
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
38 m² -
2 850Dünən, 20:34Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 170 m² 12/18 mərtəbə -
85 000Dünən, 20:24Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 7/10 mərtəbə -
128 000Dünən, 20:22Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 100 m² -
5 000Dünən, 20:15Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, Xətai r.
4 otaqlı 250 m² -
249 000Dünən, 20:08Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 85 m² 7/14 mərtəbə -
207 000Dünən, 20:01Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 107 m² 5/15 mərtəbə -
1 800Dünən, 19:46Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
100 m² -
2 900Dünən, 19:45Kirayə (aylıq) Yeni Tikili
Maliyyə Nazirliyi, Nəsimi r.
4 otaqlı 160 m² 6/21 mərtəbə -
50Dünən, 19:41Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
3 otaqlı -
730Dünən, 19:41Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 110 m² 8/9 mərtəbə -
650Dünən, 19:40Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 90 m² 10/15 mərtəbə -
700Dünən, 19:38Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Zərifə Əliyeva adına Göz klinikası, Nəsimi r.
2 otaqlı 110 m² 5/15 mərtəbə -
2 500Dünən, 19:31Kirayə (aylıq) Yeni Tikili
28 May m., Port Baku, Nəsimi r.
2 otaqlı 90 m² 5/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
