Füzuli Mərkəzi Parkı yaradılacaq - 22.4 Ha sahəsni əhatə edəcək
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
- 31.01.2023
- 1305
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
145 000Bugün, 13:04Satılır Köhnə Tikili
Binəqədi r.
2 otaqlı 45 m² 4/5 mərtəbə -
500Bugün, 13:04Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 70 m² 11/12 mərtəbə -
600Bugün, 13:04Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 65 m² 1/9 mərtəbə -
139 000Bugün, 13:02Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
4 otaqlı 175 m² -
195 000Bugün, 13:02Satılır Torpaq
Astara ş.
30 sot -
147 000Bugün, 12:58Satılır Yeni Tikili
Nizami r.
2 otaqlı 48 m² 5/12 mərtəbə -
500Bugün, 12:56Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 80 m² 2/5 mərtəbə -
2 000Bugün, 12:53Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 120 m² 12/16 mərtəbə -
75 000Bugün, 12:53Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 100 m² -
850Bugün, 12:53Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 70 m² 8/16 mərtəbə -
800Bugün, 12:52Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 100 m² 13/20 mərtəbə -
1 800Bugün, 12:51Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
82 m² -
1 200Bugün, 12:50Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., Nizami r.
102 m² -
215 000Bugün, 12:49Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 75 m² 13/20 mərtəbə -
450Bugün, 12:47Kirayə (aylıq) Həyət evi/villa
UPD, Nizami r.
2 otaqlı 60 m² -
2 200Bugün, 12:41Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 150 m² -
108 000Bugün, 12:38Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 45 m² 1/9 mərtəbə -
279 000Bugün, 12:38Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 66 m² 15/18 mərtəbə -
600Bugün, 12:36Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
2 otaqlı 75 m² -
2 500Bugün, 12:34Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
118 m² -
150 000Bugün, 12:34Satılır Torpaq
Şüvəlan, Xəzər r.
5 sot -
104 000Bugün, 12:33Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
2 otaqlı 55 m² 11/11 mərtəbə -
270 000Bugün, 12:31Satılır Bağ evi
Goradil, Abşeron r.
7 otaqlı 4 sot -
97 000Bugün, 12:28Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 68 m² 16/18 mərtəbə -
720 000Bugün, 12:27Satılır Torpaq
Mərdəkan, Xəzər r.
18.7 sot -
45 000Bugün, 12:27Satılır Yeni Tikili
Zabrat qəs., Sabunçu r.
2 otaqlı 71 m² 4/10 mərtəbə -
700Bugün, 12:26Kirayə (aylıq) Yeni Tikili
Bayıl qəs., Səbail r.
3 otaqlı 90 m² 13/16 mərtəbə -
5 000Bugün, 12:26Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 320 m² -
89 000Bugün, 12:26Satılır Həyət evi/villa
Savalan qəs., Sabunçu r.
3 otaqlı 70 m² -
800Bugün, 12:23Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 70 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller